Logo
    main-post-cover

    NASA astronavtlarının Ay ətrafı uçuşu artıq gələn ilin fevral ayında baş tuta bilər

    Elm & Texnologiya
    24.09.2025
    Emil
         NASA-nın yüksək vəzifəli şəxsləri “Artemis 2” missiyası çərçivəsində tarixi uçuşun artıq 2026-cı il fevralın 5-də baş tuta biləcəyini bildiriblər. Orion gəmisində Ay ətrafında uçuşa 4 astronavt göndəriləcək - bu, 50 ildən artıq fasilədən sonra ilk dəfə olacaq. Ay missiyası üçün sonuncu uçuş tarixi 26 aprel kimi müəyyən olunub, lakin agentlik mümkün qədər tez başlamasına ümid edir. NASA-da “Artemis 2” missiyasının məqsədləri belə izah olunur: “Bu missiyanı tam uğurlu adlandırmaq üçün biz Ayı dövrə vurmalı, ekipajı sağ-salamat geri gətirməli və onları geniş qucaqla qarşılamalıyıq”.
         Ekipajlı gəmi Ay orbitinə çıxmayacaq - o, peyki sərbəst dövrə vuracaq və onun səthinə 9260 km-dən yaxın məsafəyə yaxınlaşmayacaq. Bu cür ehtiyatlılıq onunla bağlıdır ki, “Artemis 2” missiyası böyük ölçüdə sınaq xarakteri daşıyır. NASA astronavtların həyatını riskə atmaq fikrində deyil. “Artemis 2” missiyasının göndərilməsi 1 ildən çox gecikib. Problemlər Orion gəmisinin istilik qalxanı ilə bağlı yaranıb. “Artemis 1” missiyasında Orion pilotsuz rejimdə təxminən 2 həftə Ay orbitində olduqdan sonra Yer atmosferinə daxil olarkən istilik qalxanı bəzi yerlərdə gözlənilmədən ciddi şəkildə yanmışdı.
         Buna görə də “Artemis 2” missiyasında gəmi ekipajla birlikdə uçarkən seçilən trayektoriya elə müəyyən edilib ki, Orion-un istilik qalxanı Yer atmosferinə daxilolma zamanı daha az istilik yüklənməsinə məruz qalsın. Bu tarixi uçuşa NASA astronavtları qatılacaq: komandir Reid Wiseman, pilot Victor Glover, mütəxəssis Christina Koch Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen. NASA-nın “Artemis 2” missiyasını başlatmaq üçün fevral, mart və apreldə 5 günlük imkan pəncərəsi var. Orion gəmisi bu ilin may ayında agentliyə təhvil verilib. Yaxın vaxtlarda gəmi SLS daşıyıcı raketinə quraşdırılacaq. Tam hazır raketi NASA oktyabr ayında göstərməyi vəd edir.
    Paylaş
    Bənzər xəbərlər
    gunes-sisteminden-kenarda-6000-ci-ekzoplanet-kesf-edilib-video
    Elm & Texnologiya

    Günəş sistemindən kənarda 6000-ci ekzoplanet kəşf edilib (VİDEO)

    NASA əlamətdar nəticə əldə olunduğunu açıqlayıb - Günəş sistemindən kənarda 6000 ekzoplanetin mövcudluğu təsdiqlənib. Daha 8000 ekzoplanet isə namizəd hesab olunur və təsdiqlənməsini gözləyir.
    elde-olunmus-mars-torpaq-numunesinde-qedim-mikroblarin-heyat-izleri-movcud-ola-biler
    Elm & Texnologiya

    Əldə olunmuş Mars torpaq nümunəsində qədim mikrobların həyat izləri mövcud ola bilər

    NASA hesab edir ki, Perseverance aparatı tərəfindən 2024-cü ilin iyulunda toplanmış Mars torpağı nümunələrindən biri qədim mikrobların həyat izlərini daşıya bilər.
    amerikalilar-2030-cu-illerin-evvellerinde-marsa-yollanmagi-isteyirler
    Elm & Texnologiya

    Amerikalılar 2030-cu illərin əvvəllərində Marsa yollanmağı istəyirlər

    ABŞ gələcək onilliyin əvvəlində Marsa pilotlu missiya göndərməyi planlaşdırır, bunu verdiyi müsahibədə nəqliyyat naziri və NASA rəhbərinin səlahiyyətlərini icra edən Sean Duffy bildirib.
    mars-mantiyasinda-yad-formalasmalar-askar-edilib
    Elm & Texnologiya

    Mars mantiyasında yad formalaşmalar aşkar edilib

    NASA InSight eniş modulu tərəfindən əldə edilən məlumatlar Marsın daxili quruluşunun unikal xüsusiyyətlərini üzə çıxarıb və onun mantiyasında yad formalaşmalar aşkar edilib.
    290-milyon-km-mesafeden-yer-ile-ayin-fotosu-cekilib
    Elm & Texnologiya

    290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib

    Yer kürəsindən təxminən 290 milyon km məsafəni qət etdikdən sonra NASA-nın Psyche adlı planetlərarası stansiyası ilk dəfə olaraq Yer və Ayın görüntülərini əldə edib. Bu görüntülər nadir metal asteroidi ilə yaxınlaşmağa hazırlıq məqsədilə elmi cihazların genişmiqyaslı kalibrlənməsinin bir hissəsi olub.