Logo
    main-post-cover

    Amerikalılar 2030-cu illərin əvvəllərində Marsa yollanmağı istəyirlər

    Elm & Texnologiya
    04.09.2025
    Emil
         ABŞ gələcək onilliyin əvvəlində Marsa pilotlu missiya göndərməyi planlaşdırır, bunu verdiyi müsahibədə nəqliyyat naziri və NASA rəhbərinin səlahiyyətlərini icra edən Sean Duffy bildirib. O, qeyd edib: “Biz Ayda baza qurmağa başlamaq üçün ora faydalı yüklər göndərmək istəyirik və sonra 2030-cu illərin əvvəlində Marsa yollanacağıq. Bu, 8 ay davam edəcək missiya olacaq”. Artıq 2026-cı ilin yazında ABŞ 4 astronavtlı kosmik gəmi göndərməyi planlaşdırır. Gəmi Ay ətrafında dövrə vuracaq, eniş edəcək və insanlar onun səthində 8-12 gün qalacaqlar.
         O əlavə edib ki, indiyədək insan Ayda 3 gündən artıq qalmayıb. Tesla SpaceX şirkətlərinin rəhbəri Elon Musk 2026-cı ilin sonunda Marsa insanabənzər robot Optimus-un da yerləşdirildiyi Starship kosmik gəmisini göndərməyi planlaşdırır. Biznesmenin fikrincə, əgər missiya uğurlu olarsa, növbəti imkan pəncərəsində pilotlu missiya başladılıb, artıq 2029-cu ildə eniş həyata keçirilə bilər, lakin o bunun üçün daha real tarixi 2031-ci il hesab edir. Marsın mənimsənilməsi planları barədə dəfələrlə ABŞ prezidenti Donald Trump və onun administrasiya üzvləri bəyanatlar veriblər. Dövlət başçısı vəzifəyə başladığı gün Marsa astronavtlar göndərib, orada ölkənin “ulduzlu-zolaqlı bayrağını” sancmaq istədiyini açıqlamışdı.
    Paylaş
    Bənzər xəbərlər
    mars-mantiyasinda-yad-formalasmalar-askar-edilib
    Elm & Texnologiya

    Mars mantiyasında yad formalaşmalar aşkar edilib

    NASA InSight eniş modulu tərəfindən əldə edilən məlumatlar Marsın daxili quruluşunun unikal xüsusiyyətlərini üzə çıxarıb və onun mantiyasında yad formalaşmalar aşkar edilib.
    290-milyon-km-mesafeden-yer-ile-ayin-fotosu-cekilib
    Elm & Texnologiya

    290 milyon km məsafədən Yer ilə Ayın fotosu çəkilib

    Yer kürəsindən təxminən 290 milyon km məsafəni qət etdikdən sonra NASA-nın Psyche adlı planetlərarası stansiyası ilk dəfə olaraq Yer və Ayın görüntülərini əldə edib. Bu görüntülər nadir metal asteroidi ilə yaxınlaşmağa hazırlıq məqsədilə elmi cihazların genişmiqyaslı kalibrlənməsinin bir hissəsi olub.
    avropa-kosmik-agentliyi-mars-infrastrukturunun-qurulmassi-uzerinde-calisir
    Elm & Texnologiya

    Avropa Kosmik Agentliyi Mars infrastrukturunun qurulmassı üzərində çalışır

    Avropa Kosmik Agentliyi (ESA) Marsın araşdırılması sahəsində iddialı planlarını genişləndirir. Agentlik Qırmızı planetin elmi tədqiqi və mənimsənilməsi üzrə planlar qurur və kosmosda daha böyük müstəqilliyə nail olmağa çalışır.
    nasa-qlobal-istilesme-ile-bagli-arasdirmalarini-dayandirir
    Elm & Texnologiya

    NASA qlobal istiləşmə ilə bağlı araşdırmalarını dayandırır

    NASA rəsmi olaraq qlobal istiləşmə ilə bağlı araşdırmaları dayandırır və fəaliyyətini yalnız kosmik tədqiqatlara yönəldir.
    marsda-mercana-benzer-obyekt-askar-edilib
    Elm & Texnologiya

    Marsda mərcana bənzər obyekt aşkar edilib

    İyulun 24-də NASA-nın Curiosity robotu dəniz və okeanlarda gördüyümüz mərcanlara bənzəyən bir obyektin təsvir olunduğu təəccüblü bir şəkil göndərdi.