Logo
    main-post-cover

    NASA qlobal istiləşmə ilə bağlı araşdırmalarını dayandırır

    Elm & Texnologiya
    19.08.2025
    Emil
         NASA rəsmi olaraq qlobal istiləşmə ilə bağlı araşdırmaları dayandırır və fəaliyyətini yalnız kosmik tədqiqatlara yönəldir. Bu barədə bəyanatı NASA-nın inzibati işlər üzrə icraçı direktoru və eyni zamanda ABŞ-ın nəqliyyat naziri vəzifəsini icra edən Sean Duffy, Fox Business telekanalına verdiyi müsahibə zamanı səsləndirib. Duffy bildirib: “NASA-nın əvvəlki administrasiyası tərəfindən müəyyənləşdirilmiş bütün iqlim elmi və digər prioritetlər təxirə salınacaq. Bütün elmi fəaliyyətimiz kosmosun öyrənilməsinə yönəldiləcək - bu bizim əsas missiyamızdır. NASA-nın mövcudluq məqsədi kosmosu araşdırmaqdır, Yer kürəsini yox”.
         Əvvəllər Trump administrasiyası NASA-ya öz veb saytında iqlim qiymətləndirməsinə dair məlumat yerləşdirməyi qadağan etmiş və iqlim məlumatları toplayan iki peyk üzərindəki işlərin dayandırılması barədə göstəriş vermişdi. Kosmik agentlik 1960-cı illərdən bəri Yer kürəsi və onun təbii sistemləri ilə bağlı genişmiqyaslı tədqiqatlar aparır. Bu çoxillik araşdırmalar sayəsində alimlər gələcək dəyişiklikləri proqnozlaşdıra və modelləşdirə, həmçinin iqlim məlumatlarından ekzoplanetlərin potensial yaşayış mühitinə sahib olub-olmadıqlarını qiymətləndirmək üçün istifadə edə bilirlər.
    Paylaş
    Bənzər xəbərlər
    marsda-mercana-benzer-obyekt-askar-edilib
    Elm & Texnologiya

    Marsda mərcana bənzər obyekt aşkar edilib

    İyulun 24-də NASA-nın Curiosity robotu dəniz və okeanlarda gördüyümüz mərcanlara bənzəyən bir obyektin təsvir olunduğu təəccüblü bir şəkil göndərdi.
    nasa-ve-google-birlikde-astronavtlar-ucun-suni-intellekt-esasli-tibbi-komekci-uzerinde-calisirlar
    Süni İntellekt

    NASA və Google birlikdə astronavtlar üçün süni intellekt əsaslı tibbi köməkçi üzərində çalışırlar

    Məlum olub ki, NASA və Google yaxın və uzaq kosmosda tibbi yardım göstərmək üçün süni intellekt əsaslı tibbi platforma üzərində birgə işləyirlər.
    voyager-1-300-ilden-sonra-ferziyyevi-kosmik-bolgeye-catacaq
    Elm & Texnologiya

    Voyager-1 aparatı 300 ildən sonra fərziyyəvi kosmik bölgəyə çatacaq

    Kosmik aparat Voyager-1 300 ildən sonra hələ sübut olunmamış, lakin alimlərin mövcud olduğuna əmin olduqları fərziyyəvi bir kosmik bölgəyə çatacaq. Voyager-1 1977-ci ildə buraxılıb və hal-hazırda Yerdən təxminən 167 astronomik vahid (a.v.) məsafədə yerləşir.
    nasa-nin-yeni-nuve-yanacagi-kosmik-ucuslari-dieyise-biler
    Elm & Texnologiya

    NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər

    Alimlər dərin kosmosda istifadə olunan kosmik aparatlara enerji təmin edən radioizotop generatorlar üçün alternativ nüvə yanacağı kimi amerisium-241-in sınaqlarını keçiriblər.
    horumcekler-mikroqravitasiya-seraitinde-tor-qura-bilirlermi
    Elm & Texnologiya

    Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?

    Yarım əsrdən çox əvvəl NASA layihəsi çərçivəsində Arabelle və Anita adlı iki hörümçək kosmosa göndərilmişdi. Tədqiqatçılar onların tor qurub-qura bilməyəcəyini yoxlamaq istəyirdilər və nəticələr alimləri olduqca təəccübləndirdi. Hörümçəklər mikroqravitasiya şəraitində tor qura bilirlərmi?