Logo
    main-post-cover

    Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var

    Elm & Texnologiya
    02.07.2025
    Emil
         NASA-nın Perseverance aparatı Marsın geoloji keçmişinə nüfuz edə bilib. Bunun üçün o, qəribə bir dağ süxurunu araşdırıb. Alimlərin fikrincə, bu süxur özündə Marsda həyatın olub-olmaması barədə məlumat daşıya bilər. Perseverance öz alətindən istifadə edərək qayalı Mars süxurunun üst qatını təmizləyib və bununla da onun tərkibini və tarixini daha ətraflı analiz etmək üçün yeni bir səthi üzə çıxarıb. Bu prosedur mexaniki üyüdmə və qaz şırnağı ilə təmizləmə kombinasiyasını əhatə edir və alimlərə süxurun iç qatlarını araşdırmağa imkan verir. Bu daxili qatlar milyardlarla il ərzində külək, radiasiya və toz tərəfindən dəyişdirilməmiş şəkildə qalmışdır. Alimlərin sözlərinə görə, Perseverance qəribə bir qayalı süxur aşkar edib və buna görə də ona bu süxuru alətləri vasitəsilə daha ətraflı araşdırmaq tapşırılıb.
    A metal machine uses a drill to dig into reddish-brownish soil
         Sələfləri ilə müqayisədə Perseverance nümunələri təmizləmək üçün təkmilləşdirilmiş bir toz təmizləmə alətindən istifadə edir. Bu sistem süxurları təmizləmək üçün 5 azot şırnağından istifadə edir. Süxurun üst qatı təmizləndikdən sonra aparat aşkar olunmuş səthi təhlil etmək üçün digər cihazlarını işə salıb. Perseverance-ın WATSON kamerası yaxın plan şəkillər çəkir, SuperCam isə materialın tərkibini təhlil etmək üçün lazer impulslarından və spektrometrdən istifadə edir, eyni zamanda yeni səthdən əks olunmuş görünən və infraqırmızı işığı araşdırır. Araşdırma göstərib ki, bu süxur özündə gil tərkibli minerallar birləşdirir. Bu minerallar suyu hidroksid molekulları formasında saxlayır və dəmir ilə maqneziuma bağlı olur ki, bu da Marsın qədim süxurlarına xas xüsusiyyətdir. Perseverance həmçinin SHERLOCPIXL alətlərindən istifadə edərək süxurlarda mineral tərkibini, kimyəvi quruluşu və keçmiş su fəaliyyəti və ya mümkün mikrob həyatının əlamətlərini müəyyənləşdirir.
    Perseverance aparatı:
         Bu alətlər yalnız gil deyil, həm də çöl şpatının mövcudluğunu aşkar etməyə kömək edib. Çöl şpatı Yer qabığında və digər qayalı planetlərdə geniş yayılmış mineraldır. Alimlər həmçinin ilk dəfə olaraq süxur nümunələrində manqan hidroksidini aşkar ediblər. Perseverance bu qəribə süxuru milyardlarla il əvvəl çay deltasının və gölün yerləşdiyi Jezero kraterində tədqiq edib. Alimlərin fikrincə, burada Marsda bir zamanlar mövcud olmuş mikrob həyatının mümkün izləri qorunub saxlanmış ola bilər, çünki həmin dövrdə planetin səthində maye halında su olub. Tədqiqatçılar hesab edirlər ki, bu və Marsdakı digər oxşar süxurların gələcəkdə daha dərindən araşdırılması Qırmızı planetin əsas sirrlərindən birini - Marsın keçmişdə yaşama uyğun bir dünya olub-olmadığını - açmağa kömək edə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    qisa-formatli-videolar-yeniyetmeler-ucun-tehlukeli-ola-biler
    Elm & Texnologiya

    Qısa formatlı videolar yeniyetmələr üçün təhlükəli ola bilər

    Yeni bir araşdırma, bir neçə saniyə ərzində göz önündən keçən videoların yeniyetmələrin psixi sağlamlığına daha dərin təsir edib-etmədiyini araşdırıb. Çində aparılmış son tədqiqat sübut edib ki, bu cür videolar gənclərin bədənlərinə və hətta qidalanma tərzinə münasibətlərini gizli şəkildə dəyişdirə bilər.
    polsa-4-gunluk-is-heftesinin-testine-hazirlasir
    Elm & Texnologiya

    Polşa 4 günlük iş həftəsinin testinə hazırlaşır

    Polşa əməkhaqqı azaldılmadan iş saatlarının qısaldılması ilə bağlı pilot proqramın başladılmasına hazırlaşır. Ailə, Əmək və Sosial Siyasət Nazirliyi elan edib ki, bu gündən etibarən şirkətlər və dövlət müəssisələri könüllü şəkildə növbəti 3 yeni iş formatından birinə keçə biləcəklər.
    james-webb-oz-ilk-ekzoplanetini-kesf-edib-ve-onun-fotosunu-cekib
    Elm & Texnologiya

    James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib

    3 illik astronomik müşahidələrdən sonra James Webb (JWST) kosmik teleskopu ilk dəfə olaraq yeni bir planet kəşf edib. Antila bürcündə yerləşən bu ekzoplanet TWA 7b adlandırılıb və Günəş sistemindən kənarda vizual şəkildə müşahidə edilə bilən bütün bu tip planetlər arasında ən az kütləyə sahib olanıdır.
    cindeki-yarasalarda-iki-tehlukeli-virus-askar-edilib
    Elm & Texnologiya

    Çindəki yarasalarda iki təhlükəli virus aşkar edilib

    Çində alimlər yarasalarda insanlara keçə biləcək yeni infeksiyalar aşkar ediblər. Bu viruslar beyində ağır iltihab və tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
    marsda-qedim-qrunt-sularinin-mumkun-izleri-askar-edilib
    Elm & Texnologiya

    Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib

    NASA may ayında Curiosity aparatının ilk dəfə ziyarət etdiyi Mars bölgəsinin ilk görüntülərini yayımlayıb. Bu bölgə dağılmış səkini xatırladan mineral süxurlar şəbəkəsi ilə maraq doğurur.