Logo
    main-post-cover

    Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib

    Elm & Texnologiya
    25.06.2025
    Emil
         NASA may ayında Curiosity aparatının ilk dəfə ziyarət etdiyi Mars bölgəsinin ilk görüntülərini yayımlayıb. Bu bölgə dağılmış səkini xatırladan mineral süxurlar şəbəkəsi ilə maraq doğurur. Bu şəbəkə orbitdən müşahidə edilə bilməmişdi və Curiosity-nin bu tapıntısı elm üçün gözlənilməz olub. Yer kürəsində geoloqlar belə strukturları “qutulu strukturlar” adlandırır və onların keçmişdə qrunt sularla (yeraltı və ya səthaltı sular) əlaqəli olduğunu düşünürlər. Bu, Marsda bir zamanlar göllərin və bəlkə də bioloji həyatın mövcud olduğuna dair açıq bir işarədir. Qutulu strukturların əsasını təşkil edən minerallar, uzun müddət ərzində səthdən süxurların dərinliyinə doğru süzülən suyun təsiri ilə əmələ gəlir.
         Bu minerallar demək olar ki, sement kimidir və təbii eroziyaya - xüsusilə son 2-3 milyard il ərzində Marsda adi hal alan külək və qum eroziyasına - çox çətinliklə tabe olur. Eroziya əvvəllər mineralları örtən süxurları aşındırıb və bu strukturlar indi alimlərin gözləri önünə açılıb. Curiosity komandası qeyd edir ki, bu cür struktur daha əvvəl heç bir yerdə müşahidə olunmayıb. Hazırda aparat təxminən 5 kilometr hündürlüyə malik Sharp dağına qalxır. O, dağın ətəyində yerləşən daha qədim geoloji qatlardan başlayaraq yamac boyunca yuxarıda yerləşən daha gənc təbəqələrə doğru hərəkət edir.
         Su ilə bağlı strukturların daha qədim təbəqənin üst hissəsində aşkarlanması isə xüsusilə təəccüblüdür və alimlər hələ də buna izah tapmağa çalışırlar. Bundan əlavə, Curiosity bu ərazidən nümunə götürərək onu öz daxilində yerləşən mikrolaboratoriyaya göndərib. Nümunələr üzərində aparılan spektral analiz də bu bölgədə qədim zamanlarda suyun mövcud olmuş ola biləcəyini təsdiqləyir. Analiz zamanı maqnezium sulfat aşkar edilib. Bu maddə adətən suyun buxarlanması prosesi nəticəsində yaranır. Ümumilikdə, Curiosity 15-18 may tarixləri arasında ərazidə 291 şəkil çəkib və NASA bu şəkilləri birləşdirərək panoramik görüntü hazırlayıb.
    Paylaş
    Bənzər xəbərlər
    alimler-boyuk-partlayisa-alternativ-variant-teklif-edibler
    Elm & Texnologiya

    Alimlər Böyük partlayışa alternativ variant təklif ediblər

    Alimlər Böyük partlayış nəzəriyyəsinə alternativ variant irəli sürüblər. Fiziklər hesab edirlər ki, bizim kainat daha böyük başqa bir kainatın içində yerləşən nəhəng qara dəliyin daxilində yarana bilərdi.
    alimler-kainatin-ilk-evvelinde-isigin-olub-olmamasina-aydinliq-getiribler
    Elm & Texnologiya

    Alimlər kainatın ilk əvvəlində işığın olub-olmamasına aydınlıq gətiriblər

    Elə düşünmək olar ki, əvvəlcə kainatda tam qaranlıq hökm sürürdü. Amma bu, belə deyil. İşıq zərrəcikləri Böyük partlayışdan dərhal sonra yaranmışdı, lakin onlar bütün kainatı işıqlandıra bilmirdilər.
    bakteriyalar-plastik-materiali-parasetamola-cevirmeyi-oyrenibler
    Elm & Texnologiya

    Bakteriyalar plastik materialı parasetamola çevirməyi öyrəniblər

    Parasetamol xam neftdən istehsal olunur ki, bu da böyük enerji sərfiyyatı tələb edir və karbon qazı emissiyalarına səbəb olur. Edinburq Universitetinin alimləri alternativ üsul tapıblar.
    yeni-teleskop-kosmosun-inanilmaz-fotolarini-teqdim-edib
    Elm & Texnologiya

    Yeni teleskop kosmosun inanılmaz fotolarını təqdim edib

    Legacy Survey of Space and Time (LSST) kamerası, yeni istifadəyə verilmiş Vera Rubin adına rəsədxanada cəmi 10 saatlıq müşahidə zamanı milyonlarla uzaq səma cisminin işığını misilsiz miqyasda qeydə alıb.
    ay-tozu-meqapolis-havasindan-daha-az-toksikdir
    Elm & Texnologiya

    Ay tozu meqapolis havasından daha az toksikdir

    Yeni təcrübə göstərib ki, meqapolisin gur küçəsindəki hava Ay tozundan daha toksikdir. "Nəticələr insanın Aya qayıtmasının təhlükəsiz olduğunu təsdiqləyir" - deyə Sidney Texnologiya Universitetinin təbiət elmləri üzrə fəxri professoru Brian Oliver bildirib.