
Kainat artıq 7 milyard il sonra sıxılmağa başlaya bilər
Elm & Texnologiya
08.07.2025
Emil
Yeni tədqiqat, alimləri uzun müddətdir düşündürən bir suala cavab tapmış kimi görünür. Astronomik məlumatlar kainatın sonunun necə olacağını və bunun nə zaman baş verəcəyini göstərib. Tədqiqat Kornell Universiteti, Şanxay Ciaotun Universiteti və digər qurumlardan olan fiziklər tərəfindən aparılıb. Onlar belə bir model hazırlayıblar ki, bu modelə əsasən kainatın sonu Böyük sıxılma (Big Crunch) olacaq və bu, təxminən 33.3 milyard ildən sonra baş verəcək. Hazırda kainatın yaşı 13.8 milyard ildir, bu da onun sonuna təxminən daha 20 milyard il qaldığını göstərir. Bu nəticələr, kainatın sonsuza qədər genişlənəcəyi barədə uzun müddət mövcud olan nəzəriyyəni təkzib edir. Proqnozlara görə, kainat təxminən 7 milyard il sonra maksimum genişlənməyə çatdıqdan sonra yığılmağa başlayacaq və nəticədə bir nöqtəyə qədər çökəcək. Bu sirrin açarı kainatın təxminən 70%-ni təşkil edən və onun genişlənməsinə nəzarət edən qaranlıq enerjidə gizlənir.

Əvvəllər alimlər düşünürdülər ki, qaranlıq enerji kosmoloji sabitdir - yəni daima təzyiq yaradaraq məkanı sonsuz şəkildə genişləndirir. Lakin son müşahidələr göstərib ki, qaranlıq enerji dinamik xarakter daşıyır. Tədqiqat, aksion adlanan çox yüngül hissəcik və mənfi kosmoloji sabit nəzəriyyəsinə əsaslanır. Alimlər bunu böyük bir rezin lentə bənzətməyi təklif edirlər. Başlanğıcda kainat necə ki rezin lent dartılır, eləcə də genişlənirdi. Lakin sonda elastiklik gücü genişlənməni üstələyir və hər şeyi yenidən yığılmağa məcbur edir. Yeni nəzəriyyəyə görə, kainat hələ də genişlənməyə davam edir, lakin bu artıq yavaşlayan bir sürətlə baş verir. Tədqiqatın müəllifləri hesab edirlər ki, kainat maksimum ölçüsünə təxminən 7 milyard ildən sonra çatacaq və məhz o zaman Böyük sıxılma prosesi başlayacaq. Bu nöqtədən etibarən qravitasiya qüvvələri və mənfi kosmoloji sabit üstünlük qazanacaq.

Alimlər etiraf edirlər ki, onların proqnozlarında hələ də bir çox boşluqlar mövcuddur. Lakin bu araşdırmanı həqiqətən həyəcanverici edən məqam ondan ibarətdir ki, bu proqnoz yaxın gələcəkdə yoxlanıla bilər. Yaxın illərdə istifadəyə veriləcək bir neçə böyük astronomik layihə qaranlıq enerjinin davranışına dair xeyli dəqiq ölçmələr təqdim edəcək. Bu da Böyük sıxılma ssenarisini ya təsdiqləyə, ya dəqiqləşdirə, ya da tamamilə inkar edə bilər. Hətta bu ssenari təsdiqlənsə belə, 20 milyard illik geri sayım insanlıq üçün təcili böhran mənasını vermir. Müqayisə üçün, Yer üzündə mürəkkəb həyat formaları təxminən 600 milyon ildir ki, mövcuddur. 20 milyard il o qədər uzun bir zaman kəsiyidir ki, bu müddət ərzində Günəş sönəcək, qalaktikamız isə Andromeda qalaktikası ilə toqquşacaq - hələ kosmik çöküş başlamazdan çox əvvəl.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Süd Yolunun mərkəzində yeni növ ulduzlar yerləşə bilərlər
Astrofiziklər hesab edirlər ki, qalaktikamızın mərkəzində gizlənən qaranlıq cırtdan ulduzlar kainatın ən sirli hadisələrindən biri olan qaranlıq materiyanın sirrini açmağa kömək edə bilər.

Elm & Texnologiya
Qlobal CO2 emissiyası rekord həddə çatıb
Enerji İnstitutu (EI) “2025-ci ildə Dünya Enerjisi üzrə Statistik Baxış” adlı yeni hesabatını dərc edib. Bu hesabat daha əvvəl 70 ildən artıq müddət ərzində BP şirkəti tərəfindən nəşr olunurdu. Araşdırma göstərib ki, bərpa olunan enerji mənbələrinə qoyulan böyük investisiyalara və müxtəlif səviyyələrdə sıfır emissiyaya doğru irəliləmək üçün verilmiş çoxsaylı vədlərə baxmayaraq, emissiyaların artım tendensiyası davam edir.

Elm & Texnologiya
James Webb iki qalaktika topasının toqquşmasını çəkib
NASA-nın James Webb kosmik teleskopu Yerə “Güllə” (Bullet Cluster) adlanan qalaktikalar topasının təsirli bir fotosunu göndərib. Bu topa iki ayrı qalaktika qrupunun toqquşmasından ibarətdir.

Elm & Texnologiya
Günəş sistemindəki üçüncü ulduzlararası obyekt kometa imiş
Alimlər dəqiq müəyyən ediblər ki, keçən həftə Günəş sistemində müşahidə olunmuş üçüncü ulduzlararası obyekt (3I/ATLAS) əslində kometadır.

Elm & Texnologiya
Google-da məlumat axtarışı kreativliyi boğa bilər
Karnegi Mellon Universitetinin (CMU) mütəxəssisləri internetə çıxışın insan yaradıcılığına təsirini araşdırıblar. Məlum olub ki, Google vasitəsilə məlumat axtarma imkanı yaradıcılığı həm stimullaşdıra, həm də boğa bilər. İnsanlar baş verən dəyişikliklərə effektiv uyğunlaşmaq üçün yeni ideyalar irəli sürməyi və problemlərə yaradıcı yanaşmağı bacarmalıdırlar.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
