
Çin öz sənayesini sürətli şəkildə robotlaşdırır
Elm & Texnologiya
13.08.2025
Emil
Beynəlxalq Robototexnika Federasiyasının (IFR) ilkin məlumatlarına görə, 2024-cü ildə Çin qlobal tənəzzülə baxmayaraq sənaye robotlarının quraşdırılmasında artım nümayiş etdirib. Dünyada yeni quraşdırmaların ümumi sayı təxminən 520 000 ədədə qədər azalarkən, Çində bu göstərici 5% artaraq təxminən 290 000 ədədə çatıb və bu, 2023-cü ildəki 51%-lə müqayisədə dünya üzrə payın 54%-ni təşkil edib. Müqayisə üçün, digər əsas bazarlarda azalma müşahidə olunub: Yaponiyada 7% (43 000 ədədə qədər), ABŞ-da 9% (34 000 ədədə qədər) və Avropa Birliyində 6% (86 000 ədədə qədər). IFR prezidenti Takayuki Ito Pekində keçirilən Ümumdünya Robototexnika Konfransında bildirib ki, son 4 ildə Çində xarici çətinliklərə baxmayaraq quraşdırmalarda davamlı artım tendensiyası mövcuddur.

Çin Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ilin birinci yarısında ölkədə sənaye robotlarının istehsalı illik ifadədə 35.6% artaraq təxminən 370 000 ədədə çatıb. Bu artım, Çinin istehsal zəncirini modernləşdirmək və əmək tutumlu modeldən yüksək texnologiyalı modelə keçmək istəyini əks etdirir. Çin robotlaşdırma sıxlığı üzrə dünya reytinqində də əhəmiyyətli irəliləyiş əldə edib: 2020-ci ildə hər 10 000 işçiyə 246 robot düşürdüsə, 2023-cü ildə bu rəqəm artıq 470-ə çatıb. Bu, ölkəyə yalnız Cənubi Koreya və Sinqapura uduzaraq doqquzuncu yerdən üçüncü yerə yüksəlməyə imkan verib. Çində robotların tətbiqi elektronika və avtomobil istehsalı kimi ənənəvi sahələrin hüdudlarını aşır. 2024-cü ildə quraşdırmaların 53%-i ümumi sənayeyə aid olub, halbuki 2020-ci ildə bu göstərici 38% idi.

Əksinə, elektronika sektorunun payı 45%-dən 28%-ə düşüb ki, bu da robototexnikanın tətbiq sahələrinin şaxələndiyini göstərir. Sənaye avtomatlaşdırmasının artımı ilə paralel olaraq, Çin süni intellekt və humanoid (insanabənzər) robot texnologiyalarına da fəal şəkildə investisiya yatırır. Pekində dünyanın ilk “Robot Mall”u - tamamilə robotlara həsr olunmuş ticarət məkanı açılıb, Şanxay və Şençjen isə yaxın illərdə milyardlarla dollarlıq istehsal həcmlərinə nail olmağı hədəfləyən süni intellekt sənayesinin inkişafına dair strateji planlar işə salıblar. Geosiyasi risklərə və tarif maneələrinə baxmayaraq, Çin avtomatlaşdırma sahəsində mövqelərini gücləndirməyə davam edir. İto-nun sözlərinə görə, növbəti 5 illik plan çərçivəsində iqtisadiyyatın modernləşdirilməsi robotlara olan tələbi artıracaq və ölkə sənaye robototexnikası sahəsində dünyanın ən böyük bazarı olaraq qalacaq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Çin bütün gücünü robototexnikaya yönəldib
Pekində Dünya Robot Texnologiyaları Konfransı (World Robot Conference, WRC) açılıb və burada onlarla Çin startapı humanoid (insanabənzər) robotlarını təqdim edib.

Elm & Texnologiya
Unitree yeni 4 ayaqlı robotunun unikal imkanlarını sərgiləyib (VİDEO)
Unitree Robotics, yeni A2 Stellar Explorer adlı 4 ayaqlı robotun çətin relyefli ərazidə hərəkət qabiliyyətini nümayiş etdirən bir video təqdim edib.

Elm & Texnologiya
Çinlilər makaka beynini imitasiya edən neyromorf prosessor hazırlayıblar
Çjetszyan Universitetinin alimləri neyromorf kompüter yaradıblar. Yaradılmış neyromorf kompüter sinir fəaliyyətinin mürəkkəblik səviyyəsi baxımından makaka beyninə yaxınlaşır.

Elm & Texnologiya
Çin Starlink ilə mübarizə yollarını axtarır
2022-ci ilin fevral ayından etibarən, Starlink layihəsinin Şərqi Avropada strateji və taktiki əhəmiyyəti aydın şəkildə üzə çıxdıqdan sonra bu layihədən yaranan təhlükəni həm ABŞ-ın rəqibləri, həm də müttəfiqləri hiss etməyə başlayıblar.

Elm & Texnologiya
ABŞ-ın raketdən müdafiə sistemi "Qızıl Qübbə"nin testlərini 2028-ci ildə keçirə bilər
Prezidentlik müddətinin əvvəlində Donald Trump ballistik raketləri ABŞ hava məkanına daxil olmadan öncə məhv edə biləcək "Qızıl Qübbə" adlı raketdən müdafiə sistemi (RMS) yaratmaq niyyətində olduğunu bəyan etmişdi.
Ən çox oxunanlar

iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air təqdim olunub - QİYMƏTİ
