
Çinlilər makaka beynini imitasiya edən neyromorf prosessor hazırlayıblar
Elm & Texnologiya
05.08.2025
Emil
Çjetszyan Universitetinin alimləri neyromorf kompüter yaradıblar. Yaradılmış neyromorf kompüter sinir fəaliyyətinin mürəkkəblik səviyyəsi baxımından makaka beyninə yaxınlaşır. Bu silisium əsaslı “beyin” çinli tədqiqatçıların özləri tərəfindən hazırlanmış süni intellekt sistemi ilə idarə olunur və geniş spektrli intellektual tapşırıqları yerinə yetirmək bacarığını nümayiş etdirib. Tərtibatçıların fikrincə, təqdim edilən bu platforma dünya üzrə süni intellektin gələcəyini dəyişə bilər. Əgər nəyisə gözdən qaçırmamışıqsa, bundan əvvəl ən mürəkkəb neyromorf platforma pişik beyninin imitasiyası idi. Həmçinin ötən il Intel şirkəti 1152 neyromorf Loihi 2 prosessoru əsasında 1.15 milyard neyronun imitasiya olunduğu bir platforma təqdim etmişdi.

Çinli tədqiqatçıların hazırladıqları Darwin Monkey adlı sistem isə 960 ədəd Darwin 3 neyromorf prosessorundan ibarət klasterdir. O, 2 milyard elektron neyron və 100 milyard sinapsdan ibarət massivlə işləyir. Bu “silisium beyin” həmçinin siçan və balıq kimi canlıların sinir fəaliyyətini də imitasiya edə bilir. Tədqiqatçıların şübhəsiz məqsədi insan beyninin silisiumda imitasiya olunması və daha güclü intellektual hesablama platformasının yaradılmasıdır. Bu, bir sıra elmi və texnoloji sahələrdə irəliləyiş təmin edəcək. “Bu, 2 milyarddan çox neyrona malik xüsusi neyromorf çip əsasında qurulmuş, dünyada beyinə bənzəyən ilk kompüterdir” - deyə layihənin iştirakçıları bildiriblər. Darwin Monkey adlı sistem uğurla kontent yaradılması, məntiqi düşüncə və riyazi məsələlərin həlli kimi tapşırıqları yerinə yetirmək üçün istifadə olunub.

Bununla yanaşı, bu hesablama platformasının enerji sərfiyyatı cəmi 2 kVt təşkil edib. “Təkmil paralellik səviyyəsinə və aşağı enerji sərfiyyatına malik genişmiqyaslı Darwin Monkey texnologiyaları mövcud hesablama ssenariləri üçün yeni bir hesablama paradiqması təmin edəcək” - deyə layihə tərtibatçıları əmindirlər. Bütün bunlarda ən təəccüblü məqam ondan ibarətdir ki, insan beyninin düşüncə fəaliyyəti hələ də neyrobiologiya sahəsində ixtisaslaşmış mütəxəssislər üçün belə sirr olaraq qalır. Bəzi əsaslandırılmış fərziyyələrə görə, düşüncə fəaliyyəti təbiətcə kvant xarakterli ola bilər. Bu isə o deməkdir ki, neyroprosessorların sayca artması keyfiyyətcə sıçrayışa heç vaxt gətirib çıxarmaya bilər - onların miqdarından asılı olmayaraq. Bununla belə, atılan hər yeni addım alimləri düşüncənin təbiətini və onun potensial imkanlarını anlamağa bir qədər də yaxınlaşdırır - bu prosesin necə nəticələnəcəyindən asılı olmayaraq.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Çin Starlink ilə mübarizə yollarını axtarır
2022-ci ilin fevral ayından etibarən, Starlink layihəsinin Şərqi Avropada strateji və taktiki əhəmiyyəti aydın şəkildə üzə çıxdıqdan sonra bu layihədən yaranan təhlükəni həm ABŞ-ın rəqibləri, həm də müttəfiqləri hiss etməyə başlayıblar.

Elm & Texnologiya
ABŞ-ın raketdən müdafiə sistemi "Qızıl Qübbə"nin testlərini 2028-ci ildə keçirə bilər
Prezidentlik müddətinin əvvəlində Donald Trump ballistik raketləri ABŞ hava məkanına daxil olmadan öncə məhv edə biləcək "Qızıl Qübbə" adlı raketdən müdafiə sistemi (RMS) yaratmaq niyyətində olduğunu bəyan etmişdi.

Elm & Texnologiya
Xueba 01 adlı robot dramaturgiya üzrə aspiranturaya daxil olub
Xueba 01 adlı antropomorf robot Çində ilk dəfə olaraq “Teatr və kino dramaturgiyası” ixtisası üzrə aspiranturaya qəbul olunub. Onu Şanxay Teatr Akademiyası qəbul edib və təhsilini başa vurduqdan sonra ona incəsənət sahəsində elmlər namizədi diplomu verməyi planlaşdırır.

Elm & Texnologiya
ABŞ-da dünyanın ilk termonüvə elektrik stansiyasının inşasına start verilib
ABŞ-ın Helion Energy startapı Birləşmiş Ştatlarda ilk termonüvə elektrik stansiyasının yaradılmasına gətirib çıxaracaq tikinti işlərinə başlayıb. Təxminən 5 il sonra istifadəyə veriləcək bu obyektin demək olar ki, bütün elektrik enerjisi artıq Microsoft tərəfindən Vaşinqton ştatındakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün alınıb.

Elm & Texnologiya
Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb
Bəzi ölkələrdə artıq onlayn səsverməyə imkan verən rəqəmsal seçkilər tətbiq olunub. Lakin yaxın 10-15 il ərzində kvant kompüterləri mövcud şifrələmə metodlarını sındıra biləcəkləri üçün belə sistemlərin təhlükəsizliyinə ciddi təhdid yarana bilər.
Ən çox oxunanlar

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
