Logo
    main-post-cover

    Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)

    Elm & Texnologiya
    30.07.2025
    Emil
         2025-ci il iyulun 30-da Avstraliyada hazırlanmış və istehsal olunmuş ilk raketdaşıyıcı - Gilmour Space şirkətinin Eris raketi ilk buraxılışını həyata keçirdi. Uçuş cəmi 14 saniyə davam etdi. Raket start meydançasından güclə qopdu və dərhal yana əyilməyə başladı, sonra isə yerə çırpılıb alovlandı. Lakin bu uğursuzluq belə tarixə düşdü - Eris-dən əvvəl Avstraliyanın kosmosa aparat çıxarmaq üçün heç bir yerli vasitəsi olmamışdı. Üçpilləli və yüngül çəkili Eris raketinin istehsalçısı olan Gilmour Space şirkəti ilk buraxılışdan tam uğur gözləmədiyini əvvəlcədən bildirmişdi.
         Uğur sayılacaq nəticə, hətta sadə bir sıçrayışdan tutmuş orbitə çıxışa qədər istənilən uçuş müddəti ola bilərdi. Birinci pillənin mühərrikləri - ümumilikdə 4 ədəd (hamısı şirkətin öz istehsalıdır) - buraxıldıqdan sonra 23 saniyə işləyib, bu müddətin 14 saniyəsində raket havada olub. Mühərriklərin işlədikləri hər saniyə orbitə çıxış şanslarını artırmağa kömək edəcək qiymətli məlumatlar verib. Bu artıq özü bir uğurdur: axı neçə raket ilk cəhddə uğurla qalxıb?
         Eris raketinin buraxılışı, raketin bütün sistemlərinin və kosmodrom infrastrukturunun real şəraitdə sınaqdan keçirilməsinə imkan verdi. Əvvəlcə buraxılış erkən yaz aylarına planlaşdırılmışdı, lakin siklon səbəbilə təxirə salındı. Daha sonra raketin “qapağı uçdu” - yəni faydalı yükün örtüyü öz-özünə ayrıldı və bu hadisədə zarafatla böyük kakadu tutuquşusu günahlandırıldı. Ardınca yenidən fırtınalı hava buraxılışa mane oldu. Nəhayət, buraxılış günü hava şəraiti ən əlverişli səviyyədə oldu və start reallaşdı. Gilmour Space şirkəti buraxılış zamanı əldə olunmuş məlumatların analiz ediləcəyini və ikinci test buraxılışına hazırlıq görüləcəyini bildirib, lakin dəqiq tarix barədə danışmağın hələ tez olduğunu qeyd edib.
    Paylaş
    Bənzər xəbərlər
    qarisiq-realliq-ucun-hazirlanmis-en-qabaqcil-holoqrafik-eynek-prototipi-teqdim-edilib
    Elm & Texnologiya

    Qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynək prototipi təqdim edilib

    Stenford Universitetinin alimləri bu günə qədər qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynəyi təqdim ediblər. Bu eynək müasir AR (artırılmış reallıq) qurğularından əsaslı şəkildə fərqlənərək kompakt və yüngüldür.
    seudiyye-erebistani-dunyanin-en-boyuk-hidrogen-istehsali-zavodunu-insa-edecek
    Elm & Texnologiya

    Səudiyyə Ərəbistanı dünyanın ən böyük hidrogen istehsalı zavodunu inşa edəcək

    Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yerləşən Yanbu sənaye mərkəzində dünyanın ən böyük ekoloji təmiz hidrogen istehsalı zavodlarından birini tikməyi planlaşdırdığını bəyan edib. Bu layihə, artıq inşası davam edən və gücü 2.2 GVt olan Neom kompleksindən təxminən 2 dəfə böyük olacaq.
    neuralink-cipini-elde-etmis-ilk-qadin-fikir-gucu-vasitesile-oz-adini-yaza-bilib
    Elm & Texnologiya

    Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib

    ABŞ vətəndaşı olan bir qadın 16 yaşında hərəkət qabiliyyətini itirmişdi. 20 il keçdikdən sonra o yenidən öz adını yaza bilib. Bu, beynin siqnallarını birbaşa oxuyan Neuralink neyrointerfeysi sayəsində mümkün olub
    starship-insanlari-aya-catdirmis-saturn-v-den-3-defe-guclu-olacaq
    Elm & Texnologiya

    Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq

    Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır.
    cin-starlink-in-analoqunu-yaratmaga-calisir
    Elm & Texnologiya

    Çin Starlink-in analoqunu yaratmağa çalışır

    Yerin aşağı orbitində (1900 km-ə qədər yüksəklikdə) yerləşən peyklər rabitə, naviqasiya və kəşfiyyat məqsədləri üçün olduqca vacibdir. Starlink-ə rəqib olmaq istəyən Çin şirkətləri iki böyük peyk şəbəkəsinə böyük vəsait yatıraraq təxminən 27 000 peyk buraxmağı planlaşdırıblar.