Logo
    main-post-cover

    Səudiyyə Ərəbistanı dünyanın ən böyük hidrogen istehsalı zavodunu inşa edəcək

    Elm & Texnologiya
    29.07.2025
    Emil
         Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yerləşən Yanbu sənaye mərkəzində dünyanın ən böyük ekoloji təmiz hidrogen istehsalı zavodlarından birini tikməyi planlaşdırdığını bəyan edib. Bu layihə, artıq inşası davam edən və gücü 2.2 GVt olan Neom kompleksindən təxminən 2 dəfə böyük olacaq. O, ildə 400 000 tonyaşılhidrogen istehsalını hədəfləyir. İstehsal olunacaq yanacaq ammonyaka çevriləcək və dünyaya ixrac ediləcək ki, bu da karbonsuz enerjiyə artan qlobal tələbatı dəstəkləmək məqsədi daşıyır. Layihənin təşəbbüskarı Səudiyyə Ərəbistanının enerji sektorundakı əsas oyunçulardan biri olan ACWA Power şirkətidir. Layihə Almaniyanın enerji nəhəngi EnBW ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
         ACWA Power-ın açıqlamasına görə, zavod ümumi gücü 4 GVt olan elektroliz qurğuları ilə təchiz olunacaq. Bu isə hidrogen istehsalını elə bir miqyasda artırmağa imkan verəcək ki, Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər dünya hidrogen ixracının 10%-ni təmin etmək kimi iddialı hədəfinə ciddi töhfə verilmiş olacaq. Müqayisə üçün qeyd edək ki, əvvəllər dünyanın ən böyük hidrogen zavodu adlandırılan Neom layihəsi 2.2 GVt gücə və ildə 240 000 ton hidrogen istehsalına hesablanıb. İnfrastrukturun əsas elementi yaşıl ammonyak ixracı üçün xüsusi terminal, həmçinin elektroliz prosesi üçün zəruri olan suyun duzsuzlaşdırılması sistemi olacaq.
         Zavodun fəaliyyəti üçün enerji bərpa olunan mənbələrdən - paralel olaraq tikilməsi planlaşdırılan genişmiqyaslı günəş və külək elektrik stansiyalarından təmin olunacaq. Hərçənd bu stansiyaların inşası hələ ki, zavodun layihələndirilməsi müqaviləsinə daxil deyil, onların mövcudluğu layihənin “yaşıl” hidrogen kriteriyalarına cavab verməsi baxımından həlledici əhəmiyyət daşıyır. Yanbu mərkəzinin istifadəyə verilməsi daha geniş regional kontekstə uyğundur: Yaxın Şərq və Şimali Afrika ölkələri dünya hidrogen bazarında aparıcı mövqe tutmağa çalışırlar.
         Birləşmiş Ərəb Əmirlikləri öz hidrogen strategiyasının həyata keçirilməsi üçün 10 milyard avrodan çox vəsait ayırıb, Mərakeş isə Avropaya tədarük imkanı verəcək güclərin inkişafına 32 milyard dollar investisiya qoymağı planlaşdırır. Ümumilikdə, regionun layihələri hazırda dünyada inkişaf mərhələsində olan bütün elektroliz güclərinin təxminən 10%-ni əhatə edir. Bəyan edilmiş investisiyaların təsiredici miqyasına baxmayaraq, ekspertlər vurğulayırlar ki, bu kimi bir çox layihələr hələ də yekun investisiya qərarlarını gözləyir. Bununla belə, aparıcı enerji korporasiyaları və dövlətlərin artan marağı təsdiqləyir ki, Fars körfəzi regionu qlobal hidrogen bazarının əsas mərkəzlərindən birinə çevrilməkdədir.
    Paylaş
    Bənzər xəbərlər
    neuralink-cipini-elde-etmis-ilk-qadin-fikir-gucu-vasitesile-oz-adini-yaza-bilib
    Elm & Texnologiya

    Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib

    ABŞ vətəndaşı olan bir qadın 16 yaşında hərəkət qabiliyyətini itirmişdi. 20 il keçdikdən sonra o yenidən öz adını yaza bilib. Bu, beynin siqnallarını birbaşa oxuyan Neuralink neyrointerfeysi sayəsində mümkün olub
    starship-insanlari-aya-catdirmis-saturn-v-den-3-defe-guclu-olacaq
    Elm & Texnologiya

    Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq

    Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır.
    cin-starlink-in-analoqunu-yaratmaga-calisir
    Elm & Texnologiya

    Çin Starlink-in analoqunu yaratmağa çalışır

    Yerin aşağı orbitində (1900 km-ə qədər yüksəklikdə) yerləşən peyklər rabitə, naviqasiya və kəşfiyyat məqsədləri üçün olduqca vacibdir. Starlink-ə rəqib olmaq istəyən Çin şirkətləri iki böyük peyk şəbəkəsinə böyük vəsait yatıraraq təxminən 27 000 peyk buraxmağı planlaşdırıblar.
    turkiye-sirketi-yuk-konteynerini-raket-buraxilisi-sistemine-cevirib
    Elm & Texnologiya

    Türkiyə şirkəti yük konteynerini raket buraxılışı sisteminə çevirib

    Son zamanlar raket qurğularını yük konteynerləri formasında maskalamaq geniş yayılıb. Daha əvvəl belə bir konstruksiya ABŞ-da müşahidə olunmuşdu, indi isə Türkiyə öz versiyasını təqdim edib.
    danimarkadan-olan-telebeler-hem-uzen-hem-de-ucan-dron-hazirlayiblar-video
    Elm & Texnologiya

    Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)

    Olborq Universitetinin bir qrup tələbəsi, bir uçuş dövrü ərzində həm havada uça, həm suya dalaraq su altında hərəkət edə, sonra isə yenidən havaya qalxa bilən hibrid pilotsuz uçan aparat (PUA) hazırlayıb.