Logo
    main-post-cover

    Avstraliya kosmik sahəyə daxil olmağa hazırlaşır

    Elm & Texnologiya
    15.05.2025
    Emil
         16 may Avstraliyanın Kosmonavtika Günü ola bilər. Özünün ilk uçuşuna hazır olan Gilmour Eris daşıyıcı raketi Avstraliyanın özəl Gilmour Space şirkəti tərəfindən hazırlanıb. Raketin uçuşu bu gün baş tutmalı idi, lakin texniki səbəblərə görə cümə gününə təxirə salınıb. 10 saatlıq buraxılış pəncərəsi 17 may tarixində açılacaq. Avstraliya heç vaxt müstəqil şəkildə kosmik aparat buraxmayıb. Milli peykini orbitə çıxarmaq lazım gələndə, ölkə bu işdə ABŞ-dan kömək istəyib. Maraqlıdır ki, Avstraliya səmasında uçuşlara, o cümlədən kosmik fəaliyyətə nəzarət ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən həyata keçirilir. Buna görə də, Gilmour Eris raketinin bu tarixi uçuşu üçün lisenziyanın verilməsində həmin qurumun da iştirak etdiyi ehtimal olunur.
         Gilmour Space şirkəti 2012-ci ildə iki qardaş - AdamJames Gilmour tərəfindən təsis olunub. Onlardan biri bank işçisi, digəri isə marketinq sahəsində mütəxəssisdir. Bu gün şirkətdə 200-dən artıq əməkdaş çalışır. Onların əksəriyyəti təxminən 20 yaşında olan texniki ixtisaslı məzunlardır. Lakin Rocket Lab, Firefly Aerospace, Avio Airbus kimi şirkətlərdən gəlmiş sənaye veteranları da komandada yer alır. Gilmour Eris raketi, 200 km hündürlüyündə orbitə 300 kq-a qədər faydalı yük çıxarmağa qadir olan yüngül daşıyıcı raket kimi hazırlanıb. Raket 3 pillədən ibarətdir. İlk 2 pillə şirkətin özünün hazırladığı Sirius adlı hibrid mühərriklərlə təchiz edilib. Birinci pillədə 4, ikinci pillədə isə 1 mühərrik yerləşir.
         Yanacaq kimi bərk yanacaqla maye oksidləşdiricinin qarışığından istifadə olunur. Bu qarışıq spesifik itələmə gücünü azaltsa da, onu tənzimləməyə imkan verir. Bu isə sırf bərk yanacaqlı mühərriklərdə demək olar ki, mümkün deyil. Oksidləşdirici kimi hidrogen peroksid istifadə olunur, yanacağın dəqiq tərkibi isə açıqlanmır. Üçüncü pillənin mühərriki - Phoenix - maye yanacaqla işləyir və o da tamamilə Gilmour Space tərəfindən hazırlanıb. Fəaliyyəti dövründə Gilmour Space şirkəti investorlar tərəfindən təxminən 90 milyon dollar maliyyə cəlb edib. Bu vəsait hesabına müxtəlif tədqiqat işləri aparılıb, montaj kompleksi və Avstraliyanın şimal-şərqində, Kvinslend ştatında yerləşən Bowen Orbital Spaceport adlı kosmodrom inşa olunub.
         Lakin şirkət həmin bölgədə uçuşların keçirilməsi üçün icazə almaqda çətinliklərlə üzləşib. Uçuş zamanı raket Böyük Sədd RifiKoral dənizi üzərindən keçəcək. Böyük Sədd Rifi UNESCO-nun Dünya İrs Siyahısına daxildir və riflərlə bağlı vəziyyət mürəkkəb olaraq qalır - onlar tədricən yox olurlar. Buna baxmayaraq, yerli hakimiyyət riskləri idarəolunan hesab edib və uçuşlara icazə verib. Əvvəlcədən hazırlanmış plana əsasən, Gilmour Eris raketinin bu gün uçuşu nəzərdə tutulmuşdu. Lakin start avadanlıqları ilə bağlı problemlər səbəbilə buraxılış 1 gün sonraya təxirə salınıb. Bu isə ilk uçuş üçün tamamilə adi haldır. Şirkət böyük gözləntilərlə çıxış etmir. Onlar raketin start platformasından qopması və sabit şəkildə azı 10-20 saniyə uçmasından belə razı qalacaqlar.
    Mənbə: Arstechnica
    Paylaş
    Bənzər xəbərlər
    yeni-robot-rubik-kubunu-goz-qirpimindan-daha-suretli-yigir-video
    Elm & Texnologiya

    Yeni robot Rubik kubunu göz qırpımından daha sürətli yığır (VİDEO)

    ABŞ-da yeni yaradılmış bir robot Rubik kubunu rekord vaxtda - cəmi 0.103 saniyəyə yığır. Bu, Yaponiyadan olan əvvəlki modeldən təxminən 3 dəfə sürətlidir və nəticə olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
    apple-oz-cihazlarinin-fikir-gucu-ile-idaresi-texnologiyasini-hazirlayir
    Elm & Texnologiya

    Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

    Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir.
    spacex-falcon-9-un-tekrar-istifadesinde-yeni-rekorda-imza-atib
    Elm & Texnologiya

    SpaceX Falcon 9-un təkrar istifadəsində yeni rekorda imza atıb

    SpaceX şirkəti Falcon 9 raketlərinin çoxistifadəli ilk pillələrinin yenidən istifadəsində sərhədləri genişləndirməyə davam edir. Bu gün B1067 indeksli pillə artıq 28-ci dəfə faydalı yük daşıyan sürətləndirici blokla kosmosa qalxdı və okeandakı platformaya yumşaq eniş etdi.
    tesla-nin-optimus-robotu-reqs-etmeyi-oyrenib-video
    Elm & Texnologiya

    Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)

    Elon Musk-ın siyasi fəallığı onun bütün fikirlərini zəbt etməyib, çünki o, hələ də Tesla şirkətinin layihələrinə vaxt ayırmağı bacarır.
    seudiyye-erebistaninin-the-line-layihesi-regiondaki-iqlimi-deyise-biler
    Elm & Texnologiya

    Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər

    Səudiyyə Ərəbistanında regionun iqliminə bilavasitə təsir göstərə biləcək bir neçə irimiqyaslı tikinti layihəsinə start verilib. Bu barədə Financial Times nəşrinin dərc etdiyi müsahibədə bir iqlim mütəxəssisi xəbərdarlıq edib.