Logo
    main-post-cover

    Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)

    Elm & Texnologiya
    13.05.2025
    Emil
         Elon Musk-ın siyasi fəallığı onun bütün fikirlərini zəbt etməyib, çünki o, hələ də Tesla şirkətinin layihələrinə vaxt ayırmağı bacarır. Bu layihələrdən biri də Optimus adlı insanabənzər robotun yaradılmasıdır. Optimus robotunun ikinci nəsil prototiplərdən biri rəqs etməyi öyənib. Musk bu barədə videonu da yayımlayıb. Musk-ın özünün sosial şəbəkəsi olan X-də paylaşdığı qısa videoda Tesla Optimus robotunun prototipi eyni anda həm əlləri, həm də ayaqları ilə ritmik hərəkətlər edir və hətta tarazlığını itirmədən mürəkkəb addımlar zamanı yerindən tullanır.
         Arxa planda görünən təhlükəsizlik qayışı robotu dik vəziyyətdə saxlamaq üçün istifadə edilmir - sadəcə yıxılma halı üçün ehtiyat tədbiri olaraq orada sərbəst şəkildə asılı vəziyyətdə qalır. İkinci nəsil Optimus robotları ilk dəfə 2023-cü ilin dekabr ayında nümayiş etdirilmişdi və o vaxtdan bəri proqram təminatı baxımından təkmilləşdirilməyə davam edir. Elon Musk-ın sözlərinə görə, videodakı bu rəqs edən model rəqs hərəkətlərini təcrübə və səhvlər üzərində qurulan təkmilləşmə (lreinforcement earning - RL) üsulu ilə öyrənib. Bu metod optimal nəticələrə nail olmaq üçün sınaq və səhvlərin kombinasiyasına əsaslanır. Musk-ın əvvəlki vədinə əsasən, gələn ilin sonunda bu cür bir robot SpaceX-in Starship kosmik gəmisilə Marsa göndərilməlidir.
    Paylaş
    Bənzər xəbərlər
    seudiyye-erebistaninin-the-line-layihesi-regiondaki-iqlimi-deyise-biler
    Elm & Texnologiya

    Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər

    Səudiyyə Ərəbistanında regionun iqliminə bilavasitə təsir göstərə biləcək bir neçə irimiqyaslı tikinti layihəsinə start verilib. Bu barədə Financial Times nəşrinin dərc etdiyi müsahibədə bir iqlim mütəxəssisi xəbərdarlıq edib.
    xai-sirketinin-colossus-adli-suni-zeka-superkomputeri-tam-gucle-ise-salinib
    Elm & Texnologiya

    xAI şirkətinin Colossus adlı süni zəka superkompüteri tam güclə işə salınıb

    Elon Musk-ın xAI Memphis Supercluster layihəsinin birinci mərhələsi tam gücü ilə işə düşüb - süni zəka superkompüteri yerli yarımstansiyaya və əsas elektrik şəbəkəsinə qoşulmağa hazırdır.
    ikinci-dunya-muharibesi-veterani-tesla-model-3-u-tank-ile-mehv-edib-video
    Nəqliyyat

    İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)

    98 yaşlı britaniyalı İkinci Dünya Müharibəsi veteranı Ken Turner, Tesla Model 3 elektrik sedanını Sherman tankı ilə məhv edib.
    tesla-anbarlarinda-hec-kime-lazim-olmayan-10-000-den-cox-cybertruck-var
    Nəqliyyat

    Tesla anbarlarında heç kimə lazım olmayan 10 000-dən çox Cybertruck var

    ABŞ-da Tesla anbarlarında 10 000-dən çox satılmamış Cybertruck-ın qalması, Elon Musk-ın ən iddialı layihələrindən biri olan bu modelin mümkün böhranla üzləşdiyini göstərir. Futuristik elektrik pikapı, satış rekordu qıracağı gözlənilərkən, birdən-birə tələbatın kəskin şəkildə azalması ilə qarşılaşıb.
    cin-polisi-insanabenzer-robotu-xidmete-celb-edib
    Elm & Texnologiya

    Çin polisi insanabənzər robotu xidmətə cəlb edib

    Çinin Şençjen şəhərində polis ilk dəfə olaraq ictimai yerlərdə patrul xidməti aparmaq, itkin düşmüş uşaqları axtarmaq və turistlərə yardım göstərmək məqsədilə humanoid (insanabənzər) robota müraciət edib.