Logo
    main-post-cover

    4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub

    Elm & Texnologiya
    02.06.2025
    Emil
         5000 ədəd 4K keyfiyyətində filmi cəmi bir saniyəyə yükləmək - bu, fantastika kimi səslənsə də, yapon alimlər qrupu təxminən bu nəticəyə nail olmağı bacarıb. Bunun üçün onlar bu gün geniş istifadə olunan optik kabellərlə eyni qalınlıqda olan xüsusi hazırlanmış optik lifdən istifadə ediblər. Yapon alimləri dünya rekordu qırıblar. Onlar xüsusi hazırlanmış 19 nüvəli optik lif vasitəsilə 1.02 petabit (1.02 x 10⁶ Gbit və ya 127.5 TB) məlumatı saniyədə 1808 km məsafəyə ötürə biliblər. Layihənin müəllifləri bildiriblər ki, onların yaratdıqları texnologiya müasir şəbəkələri gələcəyə - süni zəkanın yaratdığı trafik artımına, 6G əlaqəsinə, əşyaların internetinə (IoT) və digər həllərə hazırlamağa kömək edəcək.
         Mühəndislər uzun illərdir optik lif vasitəsilə ötürülə bilən məlumatın həcmini artırmağa çalışırlar. Daha əvvəl saniyədə petabit ötürmə sürətinə nail olsalar da, bu yalnız qısa məsafələrdə - 1000 km-dən az məsafədə mümkün idi. Daha uzun məsafələrə ötürmə isə çətinlik yaradırdı, çünki məsafə artdıqca siqnal zəifləyir və çox nüvəli kabellərdə onu təhrif etmədən gücləndirmək mürəkkəbdir. Yeni texnologiyanın yaradıcıları bu problemi xüsusi tipli 19 nüvəli optik lif hazırlamaqla həll ediblər. Bu, birzolaqlı yolu 19 zolaqlı magistralla əvəz etmək kimidir. Özü də cəmi 0.125 mm qalınlığında lifdə. Məhz bu qalınlıq mövcud infrastrukturda istifadə olunur.
         Məlumat hər bir nüvə üzrə müstəqil şəkildə ötürülür və nəticədə kabel üzrə nəhəng məlumat axını formalaşır. Bunun üçün eyni anda həm C, həm də L diapazonlarında bütün nüvələr üzrə gücləndirmə həyata keçirə bilən intellektual gücləndirmə sistemi tələb olunurdu. Sistemdə bütün 19 nüvə ilə işləyə bilən, siqnalları qarışdırmayan gücləndirici kombinasiyasından istifadə olunub. Alimlər hər biri bir lif nüvəsi üzərində işləyən 19 dövretmə konturu qurublar və siqnalları 21 dəfə bu konturlardan keçirərək ümumi 1808 km məsafəni imitasiya ediblər. Nəticədə siqnalları 19 kanallı qəbuledici qəbul edib və MIMO adlı rəqəmsal prosessor onları təmizləyərək maneələri aradan qaldırıb və ötürmə sürətini hesablayıb.
         Nəticədə 1808 km məsafədə 1.02 Pbit/s ötürmə qabiliyyəti əldə olunub. Bu, standart ölçülü liflərdən istifadə olunan optik rabitə üçün dünya rekordudur. Həmçinin lifli sistemin məhsuldarlığını xarakterizə edən rekord səviyyəli spesifik göstərici də qeydə alınıb - 1 km üçün 1.86 Ebit/s. Daha əvvəl alimlər əvvəlki nəsil 19 nüvəli optik kabel üzərində saniyədə 1.7 Pbit sürətinə nail olmuşdular, lakin bu yalnız 63.5 km kimi nisbətən qısa məsafədə mümkün olmuşdu. “Cəmiyyətdə 5G-dən sonra yeni rabitə xidmətləri səbəbindən məlumat trafikinin partlayış səviyyəsində artacağı gözlənilir və bu da qabaqcıl informasiya-kommunikasiya infrastrukturunun həyata keçirilməsini tələb edir” - deyə layihə müəllifləri qeyd ediblər.
     
    Paylaş
    Bənzər xəbərlər
    yeni-texnologiya-dronlarin-idaresini-ele-kecirmeye-imkan-verir
    Elm & Texnologiya

    Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir

    İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir.
    starship-in-gelen-il-marsa-gonderilmesi-ehtimali-50-teskil-edir
    Elm & Texnologiya

    Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir

    Cəmi 2 gün əvvəl Starship kosmik gəmisinin doqquzuncu sınaq uçuşu zamanı növbəti partlayış baş verdikdən sonra Elon Musk bildirib ki, Starship-i artıq gələn ilin sonunda Marsa göndərmək niyyətindədir.
    cinde-me
    Elm & Texnologiya

    Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib

    Elə bir zaman gələcək ki, Çindən məhsul çatdırılması müddəti əvvəlcədən anbar ehtiyatı yaratmadan bir neçə saata qədər azalacaq. Bu məqsədə təkrar istifadə oluna bilən raketlər kömək edəcək.
    gunes-spacex-in-starlink-peyklerini-siradan-cixarir
    Elm & Texnologiya

    Günəş SpaceX-in Starlink peyklərini sıradan çıxarır

    Yer orbitində indiyə qədər heç vaxt indiki qədər çox peyk olmayıb. Bu, əsasən SpaceX-in Starlink kimi kosmik peyk qruplaşmasının meydana çıxması ilə bağlıdır. Lakin aqressiv kosmik mühit və Günəşdəki partlayışlar peyklərin xidmət müddətinə mənfi təsir göstərir.
    oled-ekran-piksellerine-sesguclendiriciler-inteqrasiya-edilib
    Elm & Texnologiya

    OLED ekran piksellərinə səsgücləndiricilər inteqrasiya edilib

    Cənubi Koreyanın POSTECH (Pohanq Elm və Texnologiya Universiteti) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik OLED panel nümayiş etdiriblər - səs birbaşa ekran səthindən yayımlanır.