Logo
    main-post-cover

    Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir

    Elm & Texnologiya
    30.05.2025
    Emil
         İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir. Ənənəvi dron əleyhinə üsullardan - məsələn, siqnalın sıxışdırılması və ya dronun fiziki məhv edilməsi - fərqli olaraq, bu yeni texnologiya xüsusilə sıx məskunlaşmış ərazilərdə daha dəqiq və təhlükəsiz zərərsizləşdirmə üsulu təklif edir. Lakin qeyd olunur ki, güclü kibermüdafiəyə malik hərbi dronlara qarşı bu sistemin təsiri məhdud ola bilər. Dronu zərərsizləşdirməyin bir neçə üsulu mövcuddur və onların hər birinin çatışmazlıqları var.
         Siqnalın sıxışdırılması texniki baxımdan effektiv və nisbətən sadə üsul hesab olunur. Lakin bu üsul “kobud” yanaşma sayılır, çünki yalnız dronla əlaqəni deyil, mobil rabitə, təcili xidmətlər, hava nəzarət sistemləri və internet üçün vacib olan digər radiokanalları da bloklayır. Dronu zərərsizləşdirməyin başqa bir üsulu isə “kinetik” - yəni fiziki müdaxilə üsuludur. Bu, raket buraxılması, güllə ilə vurulma, tor atılması və ya başqa bir mərmi ilə dronun vurulması və ya sıradan çıxarılması deməkdir. Lakin bu metod təhlükəlidir, çünki qalıq hissələr insanlara və ya binalara düşə bilər, buraxılan raket isə hədəfə dəyməyib mülki şəxslərə toxuna bilər.
        D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb ki, bu da operatora düşmən dronunu sındıraraq (hack) onun idarəsini ələ keçirməyə imkan verir. Cihaz iri marşrutlayıcıya (routerə) bənzəyir, ştativdə və ya avtomobildə quraşdırıla bilər, həmçinin bel çantasına yerləşdirilə biləcək qədər kompaktdır. Digər dron əleyhinə sistemlər kimi EnforceAir də müəyyən edilmiş zonaya daxil olan istənilən pilotsuz uçuş aparatını aşkarlaya bilir. Operator dost dronların keçidinə icazə verə, digərlərini isə zərərsizləşdirə bilər. Texnologiya Vaşinqton yaxınlığında boş bir stadionda sınaqdan keçirilib.
         D-Fend şirkətinin əməkdaşlarından birinə məxsus dron qorunan zonaya daxil olan kimi sistem onu sürətlə ələ keçirib və yerə endirib. Sistemin son versiyası olan EnforceAir2, maksimum 4.5 km məsafədəki dronları aşkar edə və idarəni ələ keçirə bilir, yəni o, geniş fəaliyyət radiusuna malikdir. Dronun təhlükəsiz şəkildə endirilməsi hakimiyyət orqanlarına onu araşdırmaq imkanı verir. Bu xüsusilə polis və təhlükəsizlik xidmətləri üçün vacibdir. Eyni zamanda, əgər dron sadə bir istifadəçi tərəfindən zərərsiz məqsədlərlə təsadüfən buraxılıbsa, onu sahibinə qaytarmaq mümkündür. Lakin qeyd olunur ki, düşmən dronunun idarəsini sındırmaq prinsipi ilə işləyən bu sistemlər hərbi dronlara qarşı təsirsiz qala bilər, çünki onlar daha güclü kibermüdafiə sistemləri ilə təchiz olunurlar.
    Paylaş
    Bənzər xəbərlər
    starship-in-gelen-il-marsa-gonderilmesi-ehtimali-50-teskil-edir
    Elm & Texnologiya

    Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir

    Cəmi 2 gün əvvəl Starship kosmik gəmisinin doqquzuncu sınaq uçuşu zamanı növbəti partlayış baş verdikdən sonra Elon Musk bildirib ki, Starship-i artıq gələn ilin sonunda Marsa göndərmək niyyətindədir.
    cinde-me
    Elm & Texnologiya

    Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib

    Elə bir zaman gələcək ki, Çindən məhsul çatdırılması müddəti əvvəlcədən anbar ehtiyatı yaratmadan bir neçə saata qədər azalacaq. Bu məqsədə təkrar istifadə oluna bilən raketlər kömək edəcək.
    gunes-spacex-in-starlink-peyklerini-siradan-cixarir
    Elm & Texnologiya

    Günəş SpaceX-in Starlink peyklərini sıradan çıxarır

    Yer orbitində indiyə qədər heç vaxt indiki qədər çox peyk olmayıb. Bu, əsasən SpaceX-in Starlink kimi kosmik peyk qruplaşmasının meydana çıxması ilə bağlıdır. Lakin aqressiv kosmik mühit və Günəşdəki partlayışlar peyklərin xidmət müddətinə mənfi təsir göstərir.
    oled-ekran-piksellerine-sesguclendiriciler-inteqrasiya-edilib
    Elm & Texnologiya

    OLED ekran piksellərinə səsgücləndiricilər inteqrasiya edilib

    Cənubi Koreyanın POSTECH (Pohanq Elm və Texnologiya Universiteti) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik OLED panel nümayiş etdiriblər - səs birbaşa ekran səthindən yayımlanır.
    starship-in-dpqquzuncu-sinaq-ucusu-kosmik-geminin-ve-raketin-itirilmesi-ile-neticelenib-video
    Elm & Texnologiya

    Starship-in doqquzuncu sınaq uçuşu kosmik gəminin və raketin itirilməsi ilə nəticələnib (VİDEO)

    Mayın 27-də SpaceX-in Cənubi Texasdakı Starbase platformasından nəhəng Starship kosmik gəmisi doqquzuncu sınaq uçuşuna buraxıldı. SpaceX mühəndisləri həm Super Heavy sürətləndiricisi, həm də Starship gəmisi ilə əlaqəni, tapşırıqlar tam yerinə yetirilməmişdən əvvəl itiriblər.