Logo
    main-post-cover

    Trump administrasiyası Apple-a yenidən təzyiq göstərib

    Tech-Biznes
    09.07.2025
    Emil
         Hələ may ayının ortalarında ABŞ prezidenti Donald Trump Çin məhsullarına tətbiq olunmuş artırılmış gömrük rüsumlarından sonra Apple şirkətinin podratçılarının Hindistanda daha fəal şəkildə istehsal müəssisələri tikməyə başlamasından narazılığını ifadə etmişdi. Son günlərdə isə ABŞ administrasiyasının başqa bir nümayəndəsi Apple-ı istehsal prosesini ABŞ-a keçirməkdə ləngiməkdə günahlandırıb. CNBC-nin məlumatına görə, bu tənqidlərlə Apple-a və xüsusilə onun baş direktoru Tim Cook-a qarşı ABŞ prezidentinin ticarət üzrə müşaviri Peter Navarro çıxış edib. CNBC kanalında çıxışı zamanı məmur bildirib: “Trump-ın ilk prezidentlik müddəti zamanı Tim Cook öz müəssisələrini Çindən çıxarmaq üçün daim daha çox vaxt istəyirdi. Bu, Silikon Vadisi tarixindəki ən uzun “sabun operası”dır”.
         Navarro-nun sözlərinə görə, Apple şirkətinin iPhone istehsalını Çin xaricində təşkil edə bilməməsi fikri ağlabatan deyil və heç bir tənqidə tab gətirmir, çünki müasir istehsal texnologiyaları bu prosesi dünyanın istənilən yerində, o cümlədən ABŞ-da da qurmağa imkan verir. May ayında Donald Trump Tim Cook-a açıq şəkildə xəbərdarlıq edib ki, əgər Apple smartfon istehsalını Çində davam etdirərsə, həmin cihazlara 25% əlavə gömrük rüsumu tətbiq olunacaq. O, həmçinin Cook-a birbaşa olaraq belə deyib: “İstəmirəm ki, sən Hindistanda zavod tikəsən”.
         Mütəxəssislərin qənaətinə görə, ABŞ ərazisində istehsal olunan iPhone modellərinin qiyməti təxminən 3500$ təşkil edərdi ki, bu da hazırkı qiymətlərdən xeyli yüksəkdir. Apple-ın ABŞ-da tətbiq olunan idxal rüsumlarından yayınmaq cəhdləri, mart ayının sonunda Hindistandan ABŞ-a tamamilə iPhone-larla dolu bir neçə təyyarənin təcili göndərilməsi ilə də müşahidə olunub. Qeyd edək ki, Trump-ın ilk prezidentliyi dövründə Apple-a Texasda 3000$ dəyərində olan Mac Pro kompüterlərinin yığılmasını təşkil etmək mümkün olmuşdu. Hazırda isə Apple-ın istehsal prosesinin lokallaşdırılması ilə bağlı səyləri əsasən ABŞ-da yerli hesablama infrastrukturunda istifadə olunacaq server avadanlıqlarının podratçılar vasitəsilə yığılması ilə məhdudlaşır.
    Paylaş
    Bənzər xəbərlər
    iphone-17-seriyasinda-dynamic-island-interfeys-yenilikleri-elde-edecek
    Cihazlar+

    iPhone 17 seriyasında Dynamic Island interfeys yenilikləri əldə edəcək

    Apple şirkəti iPhone 17 smartfon seriyasını sentyabr ayında təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən iPhone 17 seriyasındakı Dynamic Island ekran çıxıntısı yeni interfeysi əldə edəcək.
    donald-trump-truth-adli-streaming-servisini-ise-salib
    Sosial Media

    Donald Trump Truth+ adlı streaming servisini işə salıb

    ABŞ prezidenti Donald Trump-ın ailəsinə məxsus Trump Media şirkəti Truth+ adlı streaming xidmətinin qlobal şəkildə istifadəyə verildiyini elan edib.
    apple-gorme-mehdudiyyetli-insanlara-suni-zeka-vasitesile-yardima-gelib
    Süni İntellekt

    Apple görmə məhdudiyyətli insanlara süni zəka vasitəsilə yardıma gəlib

    SceneScout - Apple və Kolumbiya Universitetinin birgə tədqiqat layihəsidir. Layihənin məqsədi görmə qabiliyyəti zəif və tamamilə görmə imkanından məhrum olmuş insanlara ətraf məkanda istiqamətlənməkdə kömək etməkdir.
    donald-trump-in-big-beautiful-bill-qanunu-tesla-ya-ciddi-zerer-vura-biler
    Tech-Biznes

    Donald Trump-ın “Big, beautiful bill” qanunu Tesla-ya ciddi zərər vura bilər

    Keçən il Elon Musk ABŞ-da Donald Trump-ın prezident seçilməsi üçün 250 milyon dollardan çox ianə etdi. Lakin bu əməlin qarşılığında biznesmen elə bir qanunla qarşılaşıb ki, bu onun Tesla şirkətinə milyardlarla dollar zərər vura bilər. Keçən həftə Trump-ın imzaladığı “Big, beautiful bill” qanunu Tesla-nın əsas gəlir mənbələrindən birini təhlükə altına atır.
    apple-awb-ve-azure-alternativini-yaratmagi-nezerden-keciribmis
    Elm & Texnologiya

    Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş

    Apple, bulud texnologiyaları bazarının ən böyük iştirakçılarına rəqabət yaratmaq və özünə yeni gəlir mənbəyi təmin etmək məqsədilə tərtibatçılar üçün öz bulud xidmətlərini işə salmaq imkanını araşdırıb.