Logo
    main-post-cover

    Apple görmə məhdudiyyətli insanlara süni zəka vasitəsilə yardıma gəlib

    Süni İntellekt
    08.07.2025
    Emil
         SceneScout - Apple Kolumbiya Universitetinin birgə tədqiqat layihəsidir. Layihənin məqsədi görmə qabiliyyəti zəif və tamamilə görmə imkanından məhrum olmuş insanlara ətraf məkanda istiqamətlənməkdə kömək etməkdir. Bu məqsədlə Apple Maps GPT-4o texnologiyalarının imkanları birləşdirilib. İstifadəçilər yalnız marşrut üzrə addım-addım təlimat və istiqamətlər əldə etməklə kifayətlənmir, həm də marşrutu məhəllə-məhəllə araşdıra bilirlər. Sistem iki rejim təklif edir. Route Preview rejimi istifadəçinin yolda nələrə rast gələcəyini əvvəlcədən təsvir edir: səkidəki maneələr, yolayrıcılar və vizual istinad nöqtələri haqqında məlumat verir.
         Virtual Exploration rejimində isə istifadəçi nə axtardığını bildirir (məsələn, “parkları olan sakit yaşayış məhəlləsi”) və süni zəka bu sorğu əsasında istifadəçini mərhələli şəkildə lazım olan yerə istiqamətləndirir. SceneScout Apple Maps xəritələrinə əsaslanır və piyadanın görmə bucağını təqlid edir. Sistem gördüklərini şərh edir və onları qısa, orta və ya uzun təsvirlərə bölünmüş strukturlaşdırılmış mətn şəklində təqdim edir. Məsələn, sistem belə məlumat verə bilər: “Binanın qarşısında avtomobillər park edilib. Küçə nişanları buranın Figueroa küçəsi olduğunu göstərir. Sağ tərəfdə Bank of America yerləşir”. Və ya: “Burada ağaclarla əhatələnmiş geniş səkilər və bir neçə mağaza var.
         Həmçinin, küçənin üstündən keçən piyada körpüləri görünür, hansı ki binaları birləşdirir”. Görmə məhdudiyyətli 10 nəfərin iştirak etdiyi ilkin sınaqlar ümidverici nəticələr göstərib. İştirakçılar xidmətin faydalılığını yüksək qiymətləndiriblər və xüsusilə Virtual Exploration rejimini vurğulayıblar. Lakin müəyyən çatışmazlıqlar da müşahidə olunub. Bəzi təlimatlar qeyri-dəqiq olub. Məsələn, yol nişanlarının səhv göstərilməsi və ya tikinti işləri və park edilmiş nəqliyyatla bağlı köhnəlmiş məlumatlar. SceneScout-un geniş tətbiqindən danışmaq hələ tezdir. Layihənin əsas məqsədi Apple Maps API-si ilə çoxmodallı böyük dil modeli arasında qarşılıqlı əlaqəni araşdırmaqdır.
    Paylaş
    Bənzər xəbərlər
    suni-zeka-bir-cutluye-usaq-sahibi-olmaqda-yardimci-olub
    Süni İntellekt

    Süni zəka bir cütlüyə uşaq sahibi olmaqda yardımçı olub

    Kolumbiya Universitetində hazırlanmış süni zəka əsaslı yeni texnologiya ilk dəfə olaraq azospermiya diaqnozu qoyulmuş - yəni eyakulyasiyada spermatozoid olmayan - kişidə yaşama qabiliyyətinə malik spermatozoidlərin aşkar edilməsinə imkan verib.
    suni-zeka-vasit-elmi-reye-mudaxile-ifsa-olundu
    Süni İntellekt

    Süni zəka vasitəsilə elmi rəylərə müdaxilə mexanizmi ifşa olunub

    Son zamanlar alimlər öz elmi işlərinin uğurlu ekspert qiymətləndirilməsi şansını artırmaq üçün getdikcə daha çox qeyri-standart üsullara müraciət edirlər.
    suni-zeka-tarixin-ilk-trilyonerini-ortaya-cixa-biler
    Süni İntellekt

    Süni zəka tarixin ilk trilyonerini ortaya çıxa bilər

    Süni zəka ilə bağlı geniş müzakirələrə baxmayaraq, onun perspektivlərinin çoxu hələlik yalnız gözlənti səviyyəsində qalır. Lakin milyarder Mark Cuban bunun əksini düşünür.
    suni-zeka-ureyin-aniden-dayanmasi-risklerini-hekimlerden-daha-yaxsi-teyin-edir
    Süni İntellekt

    Süni zəka ürəyin anidən dayanması risklərini həkimlərdən daha yaxşı təyin edir

    Alimlər, ölümcül aritmiya risklərini həkimlərdən daha dəqiq proqnozlaşdıra bilən yeni süni zəka alqoritmi hazırlayıblar. Bu texnologiya yalnız bir çox insanın həyatını xilas etməklə kifayətlənmir, həm də defibrilyator implantasiyası kimi lazımsız tibbi müdaxilələrdən xəstələri xilas edə bilər.
    avropa-komissiyasi-suni-zeka-qanununun-icrasinda-hec-bir-texire-yol-vermeyecek
    Süni İntellekt

    Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək

    Avropa Birliyi, böyük texnologiya şirkətləri və bəzi ölkələrin vaxt cədvəlinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, süni zəkanın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini müəyyən olunmuş müddətlərə uyğun şəkildə davam etdirir.