Logo
    main-post-cover

    Tərtibatçılar 2024-cü ildə App Store vasitəsilə 406 milyard dollar gəlir əldə ediblər

    Tech-Biznes
    30.05.2025
    Emil
         ABŞ-ın tənzimləyici orqanlarının artan təzyiqləri fonunda, Apple App Store ekosisteminin 2024-cü ildə tərtibatçılara 406 milyard dollar həcmində satış imkanı yaratdığını göstərən müstəqil tədqiqatın nəticələrini açıqlayıb. Bu rəqəm 2019-cu ildəki göstəricidən (142 milyard dollar) iki dəfədən çox yüksəkdir və bu məbləğin 90%-i Apple komissiyası ödənilmədən əldə olunub. Araşdırma Boston Universitetinin Questrom Biznes Məktəbindən professor Andrey Fradkin Analysis Group şirkətindən iqtisadçı Jessica Burley tərəfindən hazırlanıb. Onların məlumatına görə:
    - 277 milyard dollar fiziki məhsulların satışına aiddir - bu kateqoriyada Apple heç vaxt komissiya almır
    - 53 milyard dollar rəqəmsal məhsullar və xidmətlərə aiddir (bunların bir qismi komissiyaya tabedir)
    - 75 milyard dollar isə tətbiqdaxili reklam gəlirlərindən ibarətdir.
         App Store ekosistemi 2019-cu ildən bu yana 3 dəfə böyüyüb. Eyni dövrdə - 2019-dan 2024-cü ilə qədər - amerikalı tərtibatçıların gəlirləri iki dəfədən çox artıb. Xüsusilə ildə 1 milyon dollardan az qazanan kiçik studiyalar arasında artım nəzərəçarpandır. Onlar 2021-2024-cü illər arasında gəlirlərini 76% artırıblar. ABŞ App Store-da ən məşhur 10 tətbiqdən 9-u yerli tərtibatçılar tərəfindən yaradılıb. 2024-cü ildə qlobal olaraq 12.4 milyard tətbiq yüklənməsi qeydə alınıb. Bu da 2019-cu illə müqayisədə 36% çoxdur. Xərclərin strukturu da artım göstərib.
         Xüsusilə fiziki məhsulların tətbiqlər vasitəsilə alınması son 3 ildə üç dəfədən çox artıb, rəqəmsal məhsullara və reklama çəkilən xərclər isə demək olar ki, ikiqat artıb. Qeyd olunur ki, fiziki məhsul satışındakı artım əsasən onlayn pərakəndə ticarət və ərzaq çatdırılma xidmətləri hesabına baş verib. Rəqəmsal kateqoriyalar arasında isə ən çox gəlir hər zamanki kimi oyun sənayesindən əldə olunub. Apple, App Store-un tərtibatçılar üçün təqdim etdiyi üstünlükləri də sadalayıb: 175 ölkədə tətbiq dərc etmək imkanı, Xcode Swift kimi alətlər, TestFlight vasitəsilə test imkanları, təhlükəsiz ödənişlər, analitika və inkişaf üçün dəstək. İstifadəçilər üçün isə aşağıdakı üstünlüklər qeyd olunub:
         Fırıldaqçılıqdan qorunma, məxfilik üzərində nəzarət, ailə funksiyaları və cihaz istifadəsinə nəzarət imkanı. Tim Cook bəyan edib ki, Apple 15 ildir App Store vasitəsilə tərtibatçılar, sahibkarlar və istənilən ölçüdə şirkətlər üçün böyük imkanlar yaradır və bundan sonra da dünyadakı tərtibatçılara yeni nəsil tətbiqlər yaratmağa kömək etmək üçün alətlərə, texnologiyalara və resurslara investisiya yatırmağa davam edəcək. Bu yeni tədqiqat, Apple ilə Epic Games arasında davam edən hüquqi mübahisələr fonunda dərc olunub. Məhkəmə qərarından sonra Apple, tərtibatçılara App Store xaricində alternativ ödəniş üsullarına keçid üçün link əlavə etməyə icazə verməyə məcbur edilib. İndi tətbiq tərtibatçıları Apple komissiyasından yayınaraq rəqəmsal məhsullar təklif edə bilirlər.
     
    Paylaş
    Bənzər xəbərlər
    apple-avropa-birliyi-terefinden-500-milyon-avro-mebleginde-cerimelene-biler
    Tech-Biznes

    Apple Avropa Birliyi tərəfindən 500 milyon avro məbləğində cərimələnə bilər

    Avropa Komissiyasının dərc etmiş olduğu qərara əsasən Apple şirkətinin App Store qaydaları hələ də Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə cavab vermir.
    iphone-16-bu-ilin-birinci-rubunde-en-cox-satilmis-smartfon-olub
    Cihazlar+

    iPhone 16 bu ilin birinci rübündə ən çox satılmış smartfon olub

    Counterpoint Research məlumatlarına əsasən, iPhone 16 2025-ci ilin birinci rübündə dünyanın ən çox satılan smartfonu olub. Bu nailiyyət Yaponiya və Afrika ölkələrində tələbatın artması, həmçinin Apple-ın uğurlu qiymət strategiyası sayəsində mümkün olub.
    apple-oyunlar-ucun-game-center-evezine-yeni-tetbiqi-istifadeye-verecek
    Proqram Təminatı

    Apple oyunlar üçün Game Center əvəzinə yeni tətbiqi istifadəyə verəcək

    Apple videooyunlar üçün ayrıca bir tətbiqin istifadəyə verilməsinə hazırlaşır. Bu tətbiq iPhone, iPad, Mac və Apple TV cihazlarında əvvəlcədən quraşdırılmış olacaq. Gözlənilir ki, şirkət tətbiqi gələn ay baş tutacaq WWDC 2025 konfransından bir neçə gün əvvəl təqdim edəcək (konfrans 9 iyunda başlayır).
    apple-ios-19
    Proqram Təminatı

    Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək

    Apple əməliyyat sistemləri seriyası üçün genişmiqyaslı rebrendinq hazırlayır. Bu barədə məşhur insayder Mark Gurman şirkətdaxili mənbələrə istinadən məlumat verib.
    apple-butun-emeliyyat-sistemlerinin-redizaynini-hazirlayir
    Proqram Təminatı

    Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır

    Nüfuzlu insayder Mark Gurman dəfələrlə bildirib ki, iOS 19 əməliyyat sistemi Apple-ın mobil platformasında dizayn və interfeys baxımından əhəmiyyətli dəyişikliklər gətirəcək.