Logo
    main-post-cover

    Apple iOS 19 əvəzinə iOS 26-nı təqdim edəcək

    Proqram Təminatı
    29.05.2025
    Emil
         Apple əməliyyat sistemləri seriyası üçün genişmiqyaslı rebrendinq hazırlayır. Bu barədə məşhur insayder Mark Gurman şirkətdaxili mənbələrə istinadən məlumat verib. Gələcəkdə Apple-ın əməliyyat sistemləri versiya nömrələrinə görə deyil, buraxılış ilinə görə adlandırılacaq. Beləliklə, iOS 18-dən sonra iOS 19 yox, iOS 26 təqdim olunacaq. Eyni şəkildə digər platformaların da adlandırılması dəyişəcək: iPadOS 26, macOS 26, watchOS 26, tvOS 26 visionOS 26. Məlumata əsasən bu dəyişikliklərin məqsədi brendinqin unifikasiyası və müxtəlif sistemlərin fərqli nömrələnməsi səbəbindən yaranan qarışıqlığın aradan qaldırılmasıdır.
         Hazırda, məsələn, iOS 18, watchOS 12, macOS 15 visionOS 2 aktiv versiyalardır. Bu fərqlilik həmin sistemlərin müxtəlif illərdə istifadəyə verilməsi ilə izah olunur. Apple bu dəyişikliklərlə bağlı hələlik rəsmi şərh verməyib. Yeni adlandırma sxeminin 9 iyunda başlayacaq WWDC 2025 konfransında təqdim olunacağı gözlənilir. Ad dəyişiklikləri ilə yanaşı, Apple bütün platformalar üçün yenilənmiş interfeysləri də göstərəcək. Şirkət daxilində bu yeni dizayn Solarium kod adı ilə tanınır.
         Apple-ın yanaşması Samsung Microsoft-un təcrübəsini xatırladır. 2020-ci ildə Samsung Galaxy S10-dan birbaşa Galaxy S20-yə keçdi ki, cihazın adı buraxılış ili ilə uyğunlaşsın. Microsoft isə bir zamanlar Windows 95, Windows 98 Windows 2000 adlarında olduğu kimi, illəri məhsul adlarında istifadə edirdi, lakin sonradan bu sxemdən imtina etdi. Apple-ın strategiyasının özəlliyi ondadır ki, şirkət cari ili deyil, gələcək ili istifadə edəcək. Məsələn, 2025-ci ilin payızında çıxacaq əməliyyat sistemləri 2026-cı il adı ilə təqdim olunacaq. Apple bu praktikanı əvvəllər də tətbiq edib - xüsusilə, 2007-ci ildə təqdim edilmiş iWork ’08iLife ’08 paketlərində, həmçinin 2010-cu ildə buraxılmış iLife ’11-də.
    Mənbə: Bloomberg
    Paylaş
    Bənzər xəbərlər
    apple-butun-emeliyyat-sistemlerinin-redizaynini-hazirlayir
    Proqram Təminatı

    Apple bütün əməliyyat sistemlərinin redizaynını hazırlayır

    Nüfuzlu insayder Mark Gurman dəfələrlə bildirib ki, iOS 19 əməliyyat sistemi Apple-ın mobil platformasında dizayn və interfeys baxımından əhəmiyyətli dəyişikliklər gətirəcək.
    xiaomi-qlobal-agilli-saat-ve-qolbaqlar-bazarinda-apple-sirketini-geride-qoyub
    Tech-Biznes

    Xiaomi qlobal ağıllı saat və qolbaqlar bazarında Apple şirkətini geridə qoyub

    Canalys analitik agentlik 2025-ci ilin birinci rübü üzrə taxıla bilən elektronika bazarı ilə bağlı hesabatını dərc edib. Bu kateqoriyaya hazırda məşhur olan ağıllı saatlar və qolbaqlar daxildir.
    iphone-17-pro-nun-govde-dizayninda-hansi-deyisiklikler-olacaq
    Cihazlar+

    iPhone 17 Pro-nun gövdə dizaynında hansı dəyişikliklər olacaq?

    Apple sentyabr ayında iPhone 17 Pro modelini təqdim etməyə hazırlaşır və bu model əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcək bir sıra dəyişiklikləri özündə birləşdirəcək.
    iphone-istehsalinin-abs-a-kocurulmesi-uzun-iller-ceke-biler
    Tech-Biznes

    iPhone istehsalının ABŞ-a köçürülməsi uzun illər çəkə bilər

    Keçən həftə ABŞ prezidenti Donald Trump-ın smartfonların idxalına 25% gömrük rüsumu tətbiq edəcəyinə dair verdiyi vədlə yadda qala bilərdi. Bu siyasətin ilk hədəfi isə Apple şirkəti oldu.
    apple-google-microsoft-ve-diger-servislerin-180-milyon-istifadecisinin-melumatlari-internetde-yerlesibmis
    Təhlükəsizlik

    Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş

    Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler açıq şəkildə əlçatan olan bir məlumat bazası aşkarlayıb. Bu bazada Apple, Google, Facebook, Microsoft, Discord və digər xidmətlərə aid 184 milyondan çox istifadəçi adı və şifrə mövcuddur.