
Süni intellekt ABŞ iqtisadiyyatını resessiyadan xilas edib
Tech-Biznes
13.10.2025
Emil
Süni intellekt sahəsi üçün infrastruktur investisiyalarındakı misilsiz artım bu il ABŞ iqtisadi artımının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu tendensiya süni intellektin iqtisadiyyatı nə dərəcədə dərin şəkildə dəyişdirdiyini açıq şəkildə göstərir və eyni zamanda mütəxəssisləri yeni ABŞ iqtisadi artım modelinin davamlı olub-olmaması barədə düşünməyə vadar edir. Harvard Universitetindən iqtisadçı Jason Furman mövcud vəziyyəti təhlil edib. Onun nəticəsinə görə, texnoloji infrastruktur xərclərini istisna etdikdə, cari ilin birinci yarısında ABŞ-ın ÜDM artımı cəmi 0.1% təşkil edərdi. Bu, rəqəmsal infrastruktur sahəsinə edilən investisiyaların ümumi iqtisadi göstəricilərə təsirinin nə qədər böyük olduğunu göstərir. “Data emalı avadanlığına və proqram təminatına investisiyalar ÜDM-in 4%-ni təşkil edir. Lakin bu kateqoriyalar bu ilin birinci yarısında ÜDM artımının 92%-nə səbəb olub. Bu kateqoriyalar istisna edildikdə, ÜDM-in artım tempi ilin ilk yarısında illik hesabla cəmi 0.1% təşkil edib” - deyə Furman qeyd edib.

İqtisadçının təhlil nəticələri göstərir ki, qabaqcıl hesablama resurslarına olan tələbin sürətlə artması ABŞ-ın ən böyük texnologiya şirkətləri tərəfindən kapital xərclərinin genişmiqyaslı şəkildə artmasına səbəb olub. Bəzi analitiklər hesab edirlər ki, süni intellekt üçün məlumat emalı mərkəzlərinin tikintisinə yönəlmiş investisiya dalğası o qədər güclü olub ki, bu, ABŞ-da ənənəvi olaraq ölkə ÜDM-nin 2/3-ni təşkil edən istehlak xərclərini belə üstələyib və iqtisadi artımın əsas faktoru halına gəlib. Furman qeyd edib ki, süni intellekt infrastrukturu sahəsindəki investisiyaların təsiri bu qədər güclü olmazdı, əgər faiz dərəcələri və enerji xərcləri bu qədər yüksək olmasaydı. “Olsaydı ki, süni intellekt sahəsində bu qədər böyük bum yaşanmasın, yəqin ki, bizdə faiz dərəcələri və elektrik enerjisinin qiyməti daha aşağı olardı, bu da digər sektorlarda əlavə artıma səbəb olardı. Təxmini desək, bu, süni intellekt boom-undan əldə etdiyimiz artımın təxminən yarısını kompensasiya edə bilərdi” - deyə Furman bildirib.

Xərclərin kəskin artımı Microsoft, Google, Amazon, Meta və NVIDIA kimi sənaye liderlərinin kapital xərcləri strategiyalarında aydın şəkildə görünür. Bu şirkətlər məlumat emalı mərkəzlərinin tikintisi, genişləndirilməsi və modernləşdirilməsi üçün 10 milyardlarla dollar investisiya yönəldiblər. Şirkətlər müasir avadanlıqların, ixtisaslaşmış süni intellekt sürətləndiricilərinin, qabaqcıl enerji idarəetmə sistemlərinin və digər infrastruktur elementlərinin alınmasına böyük investisiyalar yatırırlar. Morgan Stanley Wealth şirkətinin investisiyalar üzrə direktoru Lisa Shallet apardığı araşdırma nəticəsində belə qənaətə gəlib ki, son illərdə ən böyük texnoloji nəhənglər süni intellekt və onunla əlaqəli infrastruktur üçün məlumat emalı mərkəzlərinə kapital xərclərini 4 dəfə artırıblar. Hazırda ümumi illik xərclərin həcmi 400 milyard dollara yaxınlaşır.

O, qeyd edib ki, İT nəhəngləri arasında xərclərin bu qədər sürətlə artması sənaye miqyasında bütün kapital xərclərinin demək olar ki, 1/3-ni təşkil edir. Bu isə ümumi iqtisadi mənzərəni təhrif edir və ABŞ-ın real ÜDM artımını təxminən 100 baza bəndi qədər yüksəldir. “İnvestisiyaların artım tempi və miqyası onların ümumi iqtisadi təsirini təhrif edir” - deyə Shallet bildirib. Digər sektorlarda iqtisadi artım xeyli daha zəif olub. İlin birinci yarısında yeni iş yerlərinin yaradılması nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Eyni zamanda, emal sənayesi, daşınmaz əmlak, pərakəndə ticarət və ənənəvi xidmətlər kimi sahələr ümumi ÜDM-ə minimal töhfə verib və ya hətta mənfi təsir göstərib. Bu dinamika analitiklər arasında narahatlıq doğurur - onlar hesab edirlər ki, texnologiya sektorundakı investisiyalar olmasaydı, ABŞ iqtisadiyyatı resessiya ilə üzləşə bilərdi. Bununla belə, gələcək iqtisadi artımın davamlılığı ilə bağlı suallar hələ də açıq qalır.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib.

Tech-Biznes
Süni intellekt balonunun partlama ehtimalı barəsində xəbərdarlıq edilib
Mütəxəssislər getdikcə daha çox süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkətlərin səhmlərində yaranan şişirdilmiş balonun bazar üçün yaratdığı təhlükələrdən danışırlar.

Süni İntellekt
İnsanlar süni intellekti internetdən daha tez qəbul etdilər
“Süni intellekt artıq hər yerdədir” ifadəsi bu gün demək olar ki, aksioma kimi qəbul olunur və Financial Times jurnalistləri cəmiyyətin yeni texnoloji paradiqmanı nə qədər sürətlə mənimsədiyini qiymətləndirməyə qərar veriblər - məlum olub ki, internet bundan daha yavaş yayılmışdı.

Süni İntellekt
Böyük şirkətlərin əksəriyyəti süni intellektin iş prosesinə inteqrasiyası səbəbilə maliyyə itkiləri ilə qarşılaşır
Böyük Britaniyanın konsaltinq şirkəti EY (Ernst & Young) tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən, fəaliyyətinə süni intellekt tətbiq edən demək olar ki, bütün iri bizneslər müəyyən maliyyə itkiləri ilə üzləşiblər.

Süni İntellekt
Avropa Komissiyası 10 əsas sahəyə süni intellektin inteqrasiyası üçün 1 milyard avro ayıracaq
Avropa Komissiyası iqtisadiyyatın 10 əsas sektorunun iştirakçılarını süni intellekt alətlərini tətbiq etməyə çağırıb ki, regionun ABŞ və Çin qarşısında rəqabət qabiliyyəti güclənsin.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
