
Sam Altman süni intellekt sahəsini balon adlandırıb
Tech-Biznes
18.08.2025
Emil
Hələ iqtisadçılar süni intellekt boom-unun fonunda fond bazarının mümkün “qızışmasından” danışarkən, OpenAI rəhbəri Sam Altman mətbuatla şam yeməyi zamanı kifayət qədər açıq şəkildə mövqeyini bildirib. “Hazırda biz elə bir mərhələdəyikmi ki, investorlar ümumilikdə süni intellekt haqqında həddindən artıq həvəsli davranırlar?” - deyə Altman soruşub və dərhal cavablayıb: “Mənim fikrimcə - bəli”. Jurnalistlərlə söhbət zamanı Altman bazarın süni intellektə reaksiyasını 90-cı illərdəki dotcom balonu ilə müqayisə edib. Həmin dövrdə internet startapların dəyəri kəskin artmış, 2000-ci ildə isə çökmüşdü.

Altman belə hesab edir: “Balonlar yarananda ağıllı insanlar həddindən artıq coşquya qapılırlar. Tarixdəki əksər balonlara, məsələn, texnoloji balona baxsaq, onlar həqiqətən mövcud idilər. Texnologiyalar həqiqətən vacib idi. İnternet həqiqətən böyük bir hadisə idi. İnsanlar sadəcə həddindən artıq həyəcanlanmışdılar”. Altman əlavə edib ki, bəzi süni intellekt startaplarının - “üç nəfər və bir ideyadan” ibarət komandaların - inanılmaz həcmdə maliyyələşmə almasını “dəlilik” hesab edir. “Bu, qeyri-rasional davranışdır. Məncə, kiminsə burada uğursuzluğa düçar olması qaçılmazdır” - deyə Altman qeyd edib.

Son bir ildə bir neçə süni intellekt startapı, o cümlədən OpenAI-ın həmtəsisçisi Ilya Sutskever tərəfindən idarə olunan Safe Superintelligence və OpenAI-ın keçmiş texniki direktoru Mira Murati tərəfindən təsis edilmiş Thinking Machines, milyardlarla dollar cəlb ediblər. Altman deyib: “Kimsə fenomenal məbləğdə pul itirəcək. Biz bilmirik kim, amma çox insan fenomenal məbləğdə pul qazanacaq. Mənim şəxsi inancım - səhv də ola bilərəm - budur ki, ümumilikdə bu, iqtisadiyyat üçün böyük xalis fayda olacaq”. Süni intellekt səbəbindən fond bazarında həddindən artıq qızışmanı qəbul etsə də, Altman OpenAI-ın parlaq gələcəyinə inanır: “Gözləmək olar ki, yaxın gələcəkdə OpenAI məlumat mərkəzlərinin tikintisinə trilyonlarla dollar sərf edəcək. Gözləmək olar ki, bir qrup iqtisadçı ümidsizliyə qapılacaq” - deyə Altman qeyd edib.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
OpenAI ChatGPT tətbiqi vasitəsilə 2 milyard dollar gəlir əldə edib
OpenAI tərəfindən hazırlanmış ChatGPT mobil tətbiqi 2023-cü ilin mayında istifadəyə verildikdən bəri 2 milyard dollar gəlir əldə edib, hər yükləmədən orta hesabla 2.91$ qazandırıb.

Tech-Biznes
Süni intellektə maraq bu sahədə milyardlarla dollar dəyərində şirkətlərin sayını sürətlə artırır
2025-ci ilə olan vəziyyətə görə, süni intellekt sahəsində dəyəri 1 milyard dollardan artıq olan özəl şirkətlərin sayı 500-ə yaxınlaşıb. Onların 100-ü son 2 ildə təsis olunub.

Tech-Biznes
Korporativ müştərilər GPT-5-dən məmnundurlar
Sam Altman və ChatGPT, OpenAI şirkətini təkcə süni intellekt sahəsində dünya liderinə çevirməklə kifayətlənməyib, həm də onu mədəni bir fenomen halına gətirib. Məlumata görə, korporativ müştərilər arasında tanınma və qəbul qazanmaqla uğurun həqiqi monetizasiyasına çatmaq üçün təxminən 3 il vaxt tələb olunub.

Süni İntellekt
Böyük Britaniyada potensial cinayətləri süni intellekt vasitəsilə proqnozlaşdırmağı planlaşdırırlar
Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətSüni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır.biq sahəsi davamlı olaraq artır.

Proqram Təminatı
OpenAI-nin top meneceri ChatGPT-də potensial reklam elanlarından danışıb
ChatGPT-də hələ ki, daxili reklam yoxdur - lakin bu, tezliklə dəyişə bilər. OpenAI-ın çat-botu daha da monetizasiya etmək planları barədə şirkətin yüksək vəzifəli meneceri Nick Turley danışıb.
Ən çox oxunanlar

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
