Logo
    main-post-cover

    Süni intellektə maraq bu sahədə milyardlarla dollar dəyərində şirkətlərin sayını sürətlə artırır

    Tech-Biznes
    18.08.2025
    Emil
         2025-ci ilə olan vəziyyətə görə, süni intellekt sahəsində dəyəri 1 milyard dollardan artıq olan özəl şirkətlərin sayı 500-ə yaxınlaşıb. Onların 100-ü son 2 ildə təsis olunub. Bu şirkətlərin ümumi dəyəri təxminən 2.7 trilyon dollardır. Onların arasında 100 şirkət artıq “unicorn” statusu alıb, baxmayaraq ki, onlar 2023-cü ildən sonra təsis edilib. Bu fakt investor marağının artması fonunda sektorun sürətlə böyüməsinə işarə edir. Süni intellekt sahəsində 1300-dən çox startapın dəyəri ən azı 100 milyon dollardır. Belə şirkətlər - Anthropic, OpenAI, AnysphereSafe Superintelligence - son maliyyələşdirmə raundlarında böyük investisiyalar cəlb ediblər.
         Bu razılaşmalar onların təsisçilərinin və əsas səhmdarlarının paylarının böyüməsinə səbəb olub, nəticədə bəziləri ən azı kağız üzərində artıq multimilyarderə çevriliblər. Dotcom dövrünün texnoloji boom-undan fərqli olaraq, bir çox müasir süni intellekt startapları daha uzun müddət özəl qalır və maliyyələşməni vençur fondlarından, suveren fondlardan və fərdi investorlardan alırlar. Səhmdarlar üçün likvidlik isə ikinci bazarlar, həmçinin birləşmə və alqı-satqı əməliyyatları vasitəsilə təmin olunur. Belə şirkətlərin əksəriyyəti ABŞ-ın qlobal texnoloji sənayesinin ənənəvi mərkəzi olan San-Fransisko bölgəsində cəmləşib.
    Paylaş
    Bənzər xəbərlər
    boyuk-britaniyada-potensial-cinayetleri-suni-intellekt-vasitesile-proqnozlasdirmagi-planlasdirirlar
    Süni İntellekt

    Böyük Britaniyada potensial cinayətləri süni intellekt vasitəsilə proqnozlaşdırmağı planlaşdırırlar

    Süni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətSüni intellekt texnologiyaları artıq bir sıra sahələrdə istifadə olunur, müxtəlif tapşırıqların yerinə yetirilməsini sadələşdirir və imkanları genişləndirir, həmçinin onların tətbiq sahəsi davamlı olaraq artır.biq sahəsi davamlı olaraq artır.
    suni-zekani-bir-nece-setr-melumat-vasitesile-aqressiv-veziyyete-salmaq-olar
    Süni İntellekt

    Süni intellekt bir neçə sətr məlumat vasitəsilə aqressiv vəziyyətə salmaq olar

    London İmperial Kolleci, Gent Universiteti və Truthful AI tədqiqat qrupundan olan bir qrup alim bir sıra təcrübələr aparıb. Nəticədə məlum olub ki, süni intellektin böyük dil modelləri (LLM) az miqdarda məlumatlar toplusu üzərində təkrar təlimdən sonra davranışlarını kəskin şəkildə dəyişdirə bilər.
    it-sahenin-mezunlari-suni-intellekt-sebebile-is-tapa-bilmirler
    Süni İntellekt

    İT sahənin məzunları süni intellekt səbəbilə iş tapa bilmirlər

    The New York Time-ın yeni materialı göstərib ki, hazırda ABŞ əmək bazarında bir problem yaranıb: bir neçə il əvvəl informasiya texnologiyaları boom-undan ruhlanan, müvafiq ixtisaslara malik indiki universitet məzunları işsizlik və mənəvi məyusluqla üzləşirlər.
    cinin-aciq-menbeli-suni-intellekt-sahesindeki-liderliyi-abs-i-narahat-edir
    Süni İntellekt

    Çinin açıq mənbəli süni intellekt sahəsindəki liderliyi ABŞ-ı narahat edir

    Çinin açıq mənbə kodlu süni intellekt modellərini qlobal standart halına gətirmə istəyi ABŞ şirkətləri və siyasətçiləri arasında narahatlıq yaradıb. Wall Street Journal yazır ki, sonuncular bunun ABŞ həllərini kölgədə qoya biləcəyindən ehtiyat edirlər.
    gpt-5-evvelki-modellerden-20-defe-daha-cox-enerji-serf-edir
    Süni İntellekt

    GPT-5 əvvəlki modellərdən 20 dəfə daha çox enerji sərf edir

    The Guardian xəbər verir ki, OpenAI-nin yeni təqdim olunmuş GPT-5 modeli, 2023-cü ilin ortalarına aid ChatGPT ilə müqayisədə eyni sorğunu emal etmək üçün 20 dəfə daha çox enerji tələb edir.