Logo
    main-post-cover

    Meta öz süni intellekt şöbəsində miqyaslı infrastruktur dəyişikliyi keçirəcək

    Tech-Biznes
    18.08.2025
    Emil
         Meta şirkəti son 6 ay ərzində dördüncü dəfə süni intellekt ilə məşğul olan bölmələrinin strukturunu dəyişir. Yeni Superintelligence Labs bölməsi 4 komandaya ayrılacaq: hələ adı müəyyən edilməmiş TBD Lab, məhsullar üzrə qrup, o cümlədən Meta AI köməkçisi, infrastruktur komandası, həmçinin uzunmüddətli layihələrə fokuslanan fundamental tədqiqat laboratoriyası FAIR. Bu restrukturizasiya süni intellekt sahəsində rəqabətin güclənməsi fonunda baş verir.
         Meta-nın baş direktoru Mark Zuckerberg isə insan düşüncəsini üstələyə bilən sistem - ümumi süni intellekt (AGI) yaratmağa üstünlük verir. Bu istiqamət şirkətin gələcək maliyyə axınları üçün açar sahə kimi qiymətləndirilir. Eyni zamanda şirkət infrastruktur sahəsinə fəal şəkildə investisiya yatırır. Əvvəllər bildirilmişdi ki, Meta Luiziana, Vayominq və ya Texas ştatında kampus tikmək imkanını nəzərdən keçirir, bu ay isə məlum olub ki, Meta Luizianada məlumat mərkəzlərinin genişləndirilməsini maliyyələşdirmək üçün PIMCO Blue Owl Capital şirkətlərini cəlb edib.
         Bu layihənin dəyəri 29 milyard dollardır. İyul ayında Zuckerberg bəyan edib ki, Meta süni intellekt üçün genişmiqyaslı məlumat mərkəzlərinin tikintisinə 100 milyardlarla dollar xərcləyəcək. Ötən ay isə şirkət illik kapital xərcləri üzrə minimum proqnozunu 2 milyard dollar artıraraq 66-72 milyard dollar aralığına yüksəldib. Xərclərin artması təkcə infrastrukturla bağlı deyil, həm də yüksək maaşlı tədqiqatçıların aqressiv şəkildə işə götürülməsi ilə əlaqədardır. Meta nümayəndələrinin sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 2026-cı ildə xərclərin daha da artmasına gətirib çıxaracaq. Meta, bölmələrinin strukturunda dəyişikliklərlə bağlı məlumatı hələ şərh etməyib.
    Paylaş
    Bənzər xəbərlər
    meta-cat-botlarina-azyaslilar-ile-romantik-sohbetler-aparmaga-icaze-verilibmis
    Proqram Təminatı

    Meta çat-botlarına azyaşlılar ilə romantik söhbətlər aparmağa icazə verilibmiş

    Son aylarda insanla süni intellekt əsaslı çat-botlar, o cümlədən ChatGPT arasında emosional bağlılıq məsələsi getdikcə daha kəskin xarakter alır. Meta şirkətində isə problemin miqyası daha dərindən olub.
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Tech-Biznes

    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

    Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.
    threads-gundelik-aktiv-istifadeci-sayina-gore-x-e-yaxinlasir
    Sosial Media

    Threads gündəlik aktiv istifadəçi sayına görə X-ə yaxınlaşır

    Cəmi 2 il əvvəl Twitter-ə (indiki X) rəqib kimi istifadəyə verilmiş Meta-nın sosial platforması Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçib.
    meta-nin-superintellekt-laboratoriyasi-baresinde-teferruatlar-verilib
    Süni İntellekt

    Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib

    Meta Platforms-un superintellekt və yeni Llama süni intellekt modelinin versiyasını hazırlayan, geniş şəkildə reklam olunan yeni bölməsinin artıq rəsmi adı var.
    anthropic-suni-intellekt-mutexessisleri-movzusunda-lider-sirketdir
    Süni İntellekt

    Anthropic süni intellekt mütəxəssisləri mövzusunda lider şirkətdir

    Meta və OpenAI kimi texnologiya nəhəngləri arasında süni intellekt sahəsində ən yaxşı mütəxəssislər uğrunda mübarizə yeni zirvələrə çatıb. Lakin məlum olub ki, bir çox mühəndislər Claude modellərinin inkişafı ilə məşğul olan Anthropic şirkətində işləməyi üstün tuturlar.