Logo
    main-post-cover

    Meta çat-botlarına azyaşlılar ilə romantik söhbətlər aparmağa icazə verilibmiş

    Proqram Təminatı
    15.08.2025
    Emil
         Son aylarda insanla süni intellekt əsaslı çat-botlar, o cümlədən ChatGPT arasında emosional bağlılıq məsələsi getdikcə daha kəskin xarakter alır. Meta şirkətində isə problemin miqyası daha dərindən olub. Məlumata görə, şirkət öz çat-botlarına yetkinlik yaşına çatmayanlarla flirt etməyə, həqiqətə uyğun olmayan məlumat yaymağa və azlıqları alçaldan cavablar verməyə icazə verib. Meta-da çat-botların davranış qaydaları mövcud idi və bu qaydalar yetkinlik yaşına çatmayanların romantik xarakterli dialoqlara cəlb edilməsinə imkan verirdi - bu barədə Reuters jurnalistlərinin araşdırdıqları və Meta-nın özü tərəfindən də həqiqiliyi təsdiqlənmiş şirkət daxili sənəddə qeyd olunur. Sənəd Meta AI süni intellekt köməkçisinin və digər çat-botların Facebook, WhatsApp Instagram platformalarındakı davranış standartlarını təsvir edir.
         Qaydalar Meta-nın hüquq şöbəsi, dövlət siyasəti şöbəsi, mühəndislik şöbəsi və baş etika mütəxəssisi tərəfindən təsdiqlənmişdi. Bir neçə media orqanı xəbər verib ki, bəzən incə məna daşıyan məzmunlara malik Meta çat-botları yetkinlik yaşına çatmayanlarla ünsiyyət qura bilib. Reuters isə müəyyən edib ki, şirkət bu süni intellekt personajlarını hazırlayarkən, Meta-nın baş direktoru Mark Zuckerberg-in ifadə etdiyi kimi, “tənhalıq epidemiyası”ndan maddi mənfəət əldə etməyə çalışıb. “Generativ süni intellekt: məzmun riskləri standartları” adlı, 200 səhifəlik sənəddə sorğu nümunələri və onlara verilə biləcək məqbul və məqbul olmayan cavab variantları izahlarla birlikdə göstərilib.
         Sənəddə, xüsusilə, “yetkinlik yaşına çatmayanın romantik və hissi söhbətlərə cəlb edilməsinə” icazə verildiyi, lakin “rol oyunu zamanı yetkinlik yaşına çatmayana intim hərəkətlərin təsvir edilməsinin” qadağan olunduğu qeyd olunur. Meta-nın nümayəndəsi Andy Stone bildirib: “Siyasətimiz uşaqlarla təxribat xarakterli davranışa yol vermir. Həmin sənədə səhvən və uyğun olmayan qeydlər və izahlar əlavə edilib, halbuki onlar orada olmamalı idi”. Onun vurğuladığına görə, şirkət bu normaları çıxarıb və indi çat-botlara yetkinlik yaşına çatmayanlarla romantik və ya flirt xarakterli söhbətlər aparmaq qadağandır. Üstəlik, 13 yaşdan kiçik uşaqlara ümumiyyətlə süni intellekt əsaslı çat-botlarla ünsiyyət qurmaq icazə verilmir.
         Daha bir mübahisəli məqam - çat-botlara nifrət dilindən istifadəni ümumi qadağa istisnalarla nəzərdə tutur və onlara “qanunla qorunan əlamətlərinə görə insanları alçaldan ifadələr” işlətməyə imkan verirdi. Məsələn, qaydalar süni intellektə bir irqin nümayəndələrinin digər irqin nümayəndələrindən intellektual baxımdan üstün olduğunu iddia etməyə birbaşa icazə verirdi. Çat-botlar yalan xarakteri ümumilikdə tanınan ifadələr olduğu halda, yalan bəyanatlar verə bilirdilər. Tibbi, hüquqi və maliyyə mövzularında məsləhətlər verərkən süni intellektin “məsləhət görürəm” kimi qeydlər əlavə etməsi tələb olunurdu. Məşhurların açıq-saçıq şəkildə çılpaq təsvirlərini yaratmaq qadağan idi, lakin bədənin hissələri və ya əşyalarla örtülü olduğu hallara icazə verilirdi. İnsanların davalarını əks etdirən təsvirlər yaratmaq mümkün idi, əgər həmin təsvirlərdə qan və ya ölüm yox idisə.
    Paylaş
    Bənzər xəbərlər
    it-nehenglerin-rehberlerinin-tehlukesizliklerine-xercler-artirilib
    Tech-Biznes

    İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

    Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.
    threads-gundelik-aktiv-istifadeci-sayina-gore-x-e-yaxinlasir
    Sosial Media

    Threads gündəlik aktiv istifadəçi sayına görə X-ə yaxınlaşır

    Cəmi 2 il əvvəl Twitter-ə (indiki X) rəqib kimi istifadəyə verilmiş Meta-nın sosial platforması Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçib.
    meta-nin-superintellekt-laboratoriyasi-baresinde-teferruatlar-verilib
    Süni İntellekt

    Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib

    Meta Platforms-un superintellekt və yeni Llama süni intellekt modelinin versiyasını hazırlayan, geniş şəkildə reklam olunan yeni bölməsinin artıq rəsmi adı var.
    anthropic-suni-intellekt-mutexessisleri-movzusunda-lider-sirketdir
    Süni İntellekt

    Anthropic süni intellekt mütəxəssisləri mövzusunda lider şirkətdir

    Meta və OpenAI kimi texnologiya nəhəngləri arasında süni intellekt sahəsində ən yaxşı mütəxəssislər uğrunda mübarizə yeni zirvələrə çatıb. Lakin məlum olub ki, bir çox mühəndislər Claude modellərinin inkişafı ilə məşğul olan Anthropic şirkətində işləməyi üstün tuturlar.
    ilin-evvelinden-firildaqciliq-ile-bagli-68-milyondan-cox-whatsapp-hesabi-bloklanib
    Təhlükəsizlik

    İlin əvvəlindən fırıldaqçılıq ilə bağlı 6.8 milyondan çox WhatsApp hesabı bloklanıb

    Yalnız bu il ərzində Meta fırıldaqçılıq əməliyyatları ilə əlaqəli 6.8 milyondan çox WhatsApp hesabını bloklayıb. Bu hesabların çoxu maliyyə piramidalarından tutmuş saxta kriptovalyuta investisiyalarına qədər müxtəlif fəaliyyətlərlə məşğul olan Cənub-Şərqi Asiyadakı cinayət şəbəkələri ilə əlaqəlidir.