Logo
    main-post-cover

    Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb

    Tech-Biznes
    29.05.2025
    Emil
         Elon Musk-ın ABŞ hökumətində rəsmi fəaliyyəti üçün müəyyən olunmuş müddət başa çatıb. Biznesmen vəzifədən istefa verdiyini açıqlayıb və ABŞ prezidenti Donald Trump-a israfçı xərclərin azaldılması imkanı üçün təşəkkür edib. Musk, Tramp-ın ikinci dəfə ABŞ prezidenti vəzifəsinə başlamasından sonra, Hökumət Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edirdi. Bu departamentə federal qurumların ölçüsünü azaltmaq tapşırılmışdı. Xüsusi dövlət qulluqçusu statusunda olan biznesmen təqvim ili ərzində 130 gün administrasiyada işləyə bilər. Bu müddət may ayının sonunda başa çatır.
         Musk sosial şəbəkə X-də belə yazıb: “Zaman keçdikcə DOGE missiyası güclənəcək və bütün hökumətin həyat tərzinə çevriləcək”. Onun vəzifədən getməsi barədə məlumatı CNBC-yə adının açıqlanmasını istəməyən Ağ Ev mənbəsi təsdiqləyib. Elon Musk dünyanın ən varlı insanıdır, Tesla, SpaceXxAI şirkətlərinin baş icraçı direktoru vəzifəsini tutur, həmçinin X sosial şəbəkəsinin sahibidir. O, daha əvvəl öz bizneslərindəki problemlərin həllinə daha ciddi yanaşacağını bildirmişdi.
         Aprel ayında Musk may ayının sonuna qədər DOGE-dəki fəaliyyətini xeyli azaldacağını vəd etmiş, lakin Trump-ın prezidentliyi başa çatana qədər dövlət işlərinə həftədə 1-2 gün vaxt ayıracağını demişdi. O, eyni zamanda Ağ Evdə ona ayrılmış kiçik ofisi saxlamağı planlaşdırdığını da qeyd edib. Hazırda Musk hüquqi təzyiqlərlə üzləşib. ABŞ-da onun barəsində DOGE rəhbəri kimi federal qanunları pozduğuna dair bir neçə iddia qaldırılıb. Bir neçə pensiya fondunun rəhbərləri Tesla-nın direktorlar şurasına məktub göndərərək, Musk-ın baş direktor kimi maaş alması üçün həftədə azı 40 saat elektromobil istehsalında işləməsini tələb etməyə çağırıblar.
    Paylaş
    Bənzər xəbərlər
    grok-cat-botu-yaxin-zamanda-telegram-a-inteqrasiya-edilecek
    Sosial Media

    Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək

    Pavel Durov Telegram ilə Elon Musk-ın xAI şirkəti arasında tərəfdaşlıq sazişinin bağlandığını elan edib. Bu əməkdaşlıq çərçivəsində məşhur süni zəka əsaslı Grok çat-botu Telegram istifadəçiləri üçün əlçatan olacaq və Telegram tətbiqlərinə inteqrasiya ediləcək.
    elon-musk-siyasetden-biznese-qayidir
    Tech-Biznes

    Elon Musk siyasətdən biznesə qayıdır

    Hələ ötən il məlum olmuşdu ki, amerikalı biznesmen Elon Musk Donald Trump-ın administrasiyasında vəzifə alacaq və Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.
    elon-musk-abs-iqtisadiyyatini-robotlar-vasitesile-xilas-etmek-niyyetindedir
    Elm & Texnologiya

    Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir

    Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər.
    suni-zeka-esasli-oyunlar-elon-musk-xai-gaming-i-tesis-edib
    Süni İntellekt

    Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib

    Son xəbərlərə əsasən, Elon Musk-ın siyasi karyerası başa çatmaq üzrədir və görünür ki, məşhur milyarderin yeni layihələrə daha çox vaxt ayırmaq imkanı yaranacaq.
    elon-musk-suni-zeka-sahesinin-novbeti-problemi-elektrik-enerjisinin-catismazligi-olacaq
    Süni İntellekt

    Elon Musk: "Süni zəka sahəsinin növbəti problemi elektrik enerjisinin çatışmazlığı olacaq"

    CNBC-yə verdiyi müsahibənin ikinci hissəsində Elon Musk, xAI startapının və ümumilikdə süni zəka sahəsinin inkişaf perspektivlərindən danışıb.