Logo
    main-post-cover

    Elon Musk ABŞ iqtisadiyyatını robotlar vasitəsilə xilas etmək niyyətindədir

    Elm & Texnologiya
    26.05.2025
    Emil
         Elon Musk bildirib ki, humanoid (insanabənzər) robotlar 4-5 il ərzində bəzi ölkələrin ÜDM-ə (Ümumi Daxili Məhsul) töhfə verməyə başlayacaq, tam pilotsuz avtomobillər isə artıq 1-2 il ərzində bu mərhələyə çata bilər. 23 may tarixində Musk, Trump administrasiyasındakı rolundan uzaqlaşdığını bildirərək, belə bir aydın nəticəyə gəldiyini deyib: “ÜDM-in artımını sürətləndirmək ABŞ-ı dövlət borcu böhranından xilas etmək üçün həlledici əhəmiyyət daşıyır” - deyə Musk qeyd edib. O keçən həftənin əvvəlində həmçinin qeyd edib ki, gələcəkdə siyasi ianələrə xeyli az vəsait sərf edəcək. TeslaSpaceX-in baş direktoru olan Elon Musk, eyni zamanda Hökumət Effektivliyi Departamentindəki (DOGE) rəhbərlik vəzifəsindən də geri çəkilərək diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib.
         X sosial şəbəkəsində istifadəçilərdən biri yazıb: “Respublikaçılar Partiyasının fəlakətli qanun layihəsini nəzərə alsaq, ABŞ üçün yeganə çıxış yolu ÜDM-in partlayışvari artımıdır. Əgər bu, növbəti 2-3 ildə baş verməzsə, işimiz bitdi”. Başqa bir istifadəçi əlavə edib: “Maraqlıdır, bəlkə də Elon siyasətdən bir qədər uzaqlaşmasının səbəbi də elə budur. Humanoid robotlar vasitəsilə ÜDM-in artımını sürətləndirmək. Əgər o düşünürsə ki, bu yeganə çıxış yoludur, bu, onun üçün ən məntiqli seçim olar”. Musk bu ikinci paylaşıma cavab verərək bildirib ki, bu fikir onun mövqeyini tam əks etdirir.
         “Mən, yəqin ki, aydın olan bir nəticəyə gəldim. ÜDM-in artımını sürətləndirmək həlledici əhəmiyyət daşıyır. DOGE Amerika Birləşmiş Ştatlarının müflis olma gününü təxirə salmaq üçün artıq böyük işlər görüb və görəcək, lakin hökumətin israfçılığı fonunda ölkəmizi yalnız radikal məhsuldarlıq artımı xilas edə bilər”. Daha əvvəl Musk proqnoz vermişdi ki, 2040-cı ilə qədər Yer üzündə 10 milyard insanabənzər robot olacaq və onlar 20 000-25 000$ qiymət intervalında satılacaq. O həmçinin bu ilin aprel ayında bildirmişdi ki, təxminən 5 il ərzində robotlar ən yaxşı cərrah insanları geridə qoyacaq.
    Paylaş
    Bənzər xəbərlər
    gece-gorme-imkanina-sahib-linzalar-hazirlanib
    Elm & Texnologiya

    Gecə görmə imkanına sahib linzalar hazırlanıb

    Çin Elm və Texnologiyalar Universitetinin tədqiqatçıları, insanın adi gözlə görə bilmədiyi infraqırmızı diapazonda görməsini mümkün edən kontakt linzalar hazırladıqlarını açıqlayıblar. Gecə görmə cihazlarından fərqli olaraq, bu kontakt linzalar enerji mənbəyinə ehtiyac duymur və onların şəffaflığı həm infraqırmızı işığı, həm də adi görünən işıq spektrini eyni anda qəbul etməyə imkan verir.
    2-pizza-ucun-10-000-bitcoinin-odenildiyi-gunden-15-il-otur
    Təhlükəsizlik

    2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür

    2010-cu il mayın 22-də kriptomayner Laszlo Hanyecz bitcoin ilə qeydə alınmış ilk kommersiya əməliyyatını həyata keçirdi. O, iki Papa John's pizzasına görə 10 000 BTC ödədi.
    suni-zeka-esasli-oyunlar-elon-musk-xai-gaming-i-tesis-edib
    Süni İntellekt

    Süni zəka əsaslı oyunlar: Elon Musk xAI Gaming-i təsis edib

    Son xəbərlərə əsasən, Elon Musk-ın siyasi karyerası başa çatmaq üzrədir və görünür ki, məşhur milyarderin yeni layihələrə daha çox vaxt ayırmaq imkanı yaranacaq.
    bitcoinin-qiymeti-111-000-i-kecib
    Elm & Texnologiya

    Bitcoinin qiyməti 111 000$-ı keçib

    Bitcoin yeni rekord müəyyənləşdirib. Bu gün o, tarixi maksimuma çataraq 111 861$-a yüksəlib, daha sonra isə bir qədər düzəliş edərək 111 368$ düşüb.
    novbeti-5-il-erzinde-wi-fi-keyfiyyeti-asagi-duse-biler
    Elm & Texnologiya

    Növbəti 5 il ərzində Wi-Fi keyfiyyəti aşağı düşə bilər

    CableLabs qeyri-kommersiya təşkilatının (kabel televiziyası operatorlarının təşəbbüsü ilə) ekspertləri hesablayıblar ki, Wi-Fi şəbəkələrinin sayının sürətlə artması ilə 6 GHz tezlik diapazonunun ötürmə qabiliyyəti yaxın zamanda tükənə bilər.