Wikipedia süni intellektlə yazılmış mətnləri necə tanıdığını açıqlayıb
Süni İntellekt
21.11.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Wikipedia süni intellekt mətnlərini tanımaq üçün ən dəqiq bələdçisini açıqlayıb. Son illər oxuduğumuz mətnlərin süni intellekt tərəfindən yazılıb-yazılmadığını müəyyənləşdirmək getdikcə çətinləşir. Bəzən müəyyən sözlərin məsələn, “delve” və ya “underscore” kimi ifadələrin modeli ələ verdiyi düşünülürdü, amma sübutlar zəif idi və modellər inkişaf etdikcə bu işarələr daha da gizlənməyə başladı.
Lakin görünür ki, Wikipedia redaktorları bu problemi nəzərəçarpacaq dərəcədə dəqiqliklə həll etməyi bacarıb. Platformanın könüllüləri “AI Cleanup Project” çərçivəsində 2023-cü ildən bəri süni intellektlə yazılmış mətnləri təmizləməklə məşğuldur. Gündə milyonlarla redaktə daxil olduğu üçün böyük həcmli məlumat bazasına malikdirlər və nəticədə “AI yazı işarələri” adlanan çox detallı və sübutlu bir bələdçi hazırlayıblar.
Bələdçidə öncə bildirilir ki, avtomatik AI-detect alətləri demək olar ki, yararsızdır. Əvəzində, redaktorlar modellərin tipik yazı vərdişlərini izləyir. Məsələn, süni intellekt mətnləri mövzunun nə qədər “önəmli” olduğunu vurğulamağa həddindən artıq meyillidir. Tez-tez “həlledici an”, “geniş hərəkatın bir hissəsi” kimi ümumi ifadələrdən istifadə edir. Bu tip ton şəxsi bloqlara və internet məzmunlarına uyğundur, lakin ensiklopedik mətn üçün qeyri-peşəkar görünür.
Wikipedia həmçinin modellərin kiçik media qeydini belə mövzunu daha əhəmiyyətli göstərmək üçün şişirtmək vərdişinə diqqət çəkir. Bu, şəxsi bio formatındaki yazılara xasdır, amma müstəqil mənbə tərzinə uyğun deyil.
Bələdçinin ən maraqlı müşahidələrindən biri isə budur: AI tez-tez cümlələrin sonuna “təqdir edən”, “vurğulayan”, “əks etdirən” kimi -ing formalarına bənzər iştirakçı feli ifadələr əlavə edir. Bu, mətnə bulanıq, qeyri-müəyyən bir ton verir və bir müddət sonra demək olar ki, hər yerdə gözə dəyir.
Redaktorlar həmçinin süni intellektin reklam tərzində ümumi təsvirlərə “mənzərəli”, “nəfəskəsici”, “müasir və təmiz” kimi ifadələrə həddindən artıq meyilli olduğunu bildirir. Onların sözləri ilə desək, belə yazılar “sanki TV reklamının transkriptinə oxşayır”.
Wikipedia bələdçisi süni intellekt mətnlərinin sürətlə dəyişdiyi düşüncəsinə baxmayaraq, AI yazısının köhnəlməyən, dərin şəkildə oturuşmuş xüsusiyyətləri olduğunu göstərir. Bu xüsusiyyətləri gizlətmək mümkündür, lakin tam aradan qaldırmaq çətin olacaq.
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
Anthropic-in AI yarışında mövqeyi möhkəmlənir
Microsoft və Nvidia şirkətləri Anthropic-ə 10 milyard dollardan çox investisiya ayıraraq şirkətin bulud və AI infrastrukturunu genişləndirir.
Süni İntellekt
Nvidia üçüncü rübdə rekord gəlir əldə edib
Nvidia üçüncü rübdə 57 milyard dollar rekord gəlir və 65 milyard dollarlıq növbəti rüb proqnozunu açıqlayaraq AI bazarındakı “balon” iddialarını zəiflədib.
Süni İntellekt
Avropa öz məxfilik və süni intellekt qanunlarını geri çəkir
Avropa İttifaqı iqtisadi təzyiqlər və Big Tech-in təsiri altında həm GDPR məxfilik qaydalarını, həm də AI Act süni intellekt tələblərini yumşaldaraq bəzi maddələrin tətbiqini gecikdirir və cookie pop-uplarını azaldır
Təhlükəsizlik
Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib
Şirkət bildirir ki, süni intellekt agentlərinin genişləndiyi dövrdə etibar, təhlükəsizlik və dayanıqlılıq Windows-un əsas prioritetidir.
Süni İntellekt
OpenAI 2028-ci ilə qədər süni intellekt tədqiqatçısını yaratmağı planlaşdırır
OpenAI şirkəti dərin öyrənmə sistemlərinin sürətli inkişafı barədə bəyan edib. Şirkətin məlumatına görə, bu sistemlər 2026-cı ilin sentyabrına qədər tədqiqatçı-təcrübəçi səviyyəsində elmi araşdırma funksiyalarını yerinə yetirə biləcək, 2028-ci ilə qədər isə tamamilə müstəqil “süni intellekt tədqiqatçısı” səviyyəsinə çatmaq mümkündür.
Ən çox oxunanlar