Avropa öz məxfilik və süni intellekt qanunlarını geri çəkir
Süni İntellekt
19.11.2025
Sevinc
Avropa İttifaqı illərdir dünyanın ən böyük texnologiya şirkətlərinə qarşı sərt qaydalar tətbiq etməklə qlobal miqyasda nümunə göstərirdi. Bununla belə, sənaye nəhəngləri və ABŞ hökumətinin artan təzyiqindən sonra Avropa Komissiyası həm GDPR çərçivəsində bəzi qoruyucu maddələri zəiflədir, həm də iqtisadi aktivliyi artırmaq üçün süni intellekt qanunlarında geri addım atır.
Yeni təklif GDPR çərçivəsində bəzi məşhur müddəaları, o cümlədən məşhur “cookie” pəncərələrini sadələşdirir. Eyni zamanda 2024-cü ildən qüvvədə olan, lakin mərhələli şəkildə tətbiq edilən "AI Act" qaydalarının bir hissəsini gecikdirir. Xüsusilə də, sağlamlıq, təhlükəsizlik və əsas hüquqlar üçün “ciddi risk yaradan” yüksək riskli süni intellekt sistemlərinə dair qaydalar növbəti yay qüvvəyə minməli idi. Yeni dəyişikliklərə görə, bu tələblər yalnız AI şirkətləri üçün lazımi standartlar və dəstək alətləri tam hazır olduqdan sonra tətbiq olunacaq.
Əksər istifadəçilərin ən çox razı qalacağı dəyişikliklərdən biri Avropada bitməyən “cookie” pop-uplarının azalması olacaq. Yeni təklifə əsasən, “risksiz” sayılan bəzi kukilər üçün xəbərdarlıq pəncərələri göstərilməyəcək. Digər kukilər üzrə seçimlər isə birbaşa brauzerin mərkəzi məxfilik idarəetməsindən edilə biləcək. Təklif hazırda Avropa Parlamenti və Aİ-yə üzv 27 dövlət tərəfindən müzakirə olunmalıdır. Qəbul üçün ixtisaslaşdırılmış çoxluq lazımdır və proses aylarla davam edə, həmçinin ciddi dəyişikliklərə səbəb ola bilər.
Paylaş
Bənzər xəbərlər
Təhlükəsizlik
Microsoft Windows-da yeni təhlükəsizlik və bərpa funksiyalarını elan edib
Şirkət bildirir ki, süni intellekt agentlərinin genişləndiyi dövrdə etibar, təhlükəsizlik və dayanıqlılıq Windows-un əsas prioritetidir.
Süni İntellekt
OpenAI 2028-ci ilə qədər süni intellekt tədqiqatçısını yaratmağı planlaşdırır
OpenAI şirkəti dərin öyrənmə sistemlərinin sürətli inkişafı barədə bəyan edib. Şirkətin məlumatına görə, bu sistemlər 2026-cı ilin sentyabrına qədər tədqiqatçı-təcrübəçi səviyyəsində elmi araşdırma funksiyalarını yerinə yetirə biləcək, 2028-ci ilə qədər isə tamamilə müstəqil “süni intellekt tədqiqatçısı” səviyyəsinə çatmaq mümkündür.
Süni İntellekt
Süni intellekt əsaslı axtarış sistemləri məşhur olmayan mənbələrə daha çox üstünlük verirlər
Ötən il Google axtarış sistemində süni intellekt tərəfindən yaradılan icmal funksiyasını istifadəyə verdi - ilk mərhələdə o qədər də uğurlu olmayan bu təcrübə göstərdi ki, bu xidmətin nəticələri onilliklərdir istifadəçilərə təqdim edilən ənənəvi keçidli axtarış nəticələrindən xeyli fərqlənir.
Süni İntellekt
Studiyalar film və seriallar üçün heyvan animasiyalarını süni intellekt ilə hazırlamağa başlayıblar
Studiyalar artıq çəkiliş meydançasına real heyvanlar gətirmək əvəzinə, post-prodakşn mərhələsində animasiya yaratmaq üçün süni intellekt və kompüter qrafikası texnologiyalarından istifadə etməyə başlayıblar.
Süni İntellekt
İlk süni superintellekt öyrənmə qabiliyyətinə görə insanı geridə qoyacaq
OpenAI və Google DeepMind kimi nəhənglər süni intellekt modellərini və hesablama gücünü genişləndirməyə üstünlük verdikləri bir vaxtda, Thinking Machines Lab tədqiqatçısı Rafael Rafailov superintellektin yaradılması üçün alternativ yanaşma təklif edib.
Ən çox oxunanlar