
Süni zəka tərəfindən xərçəngə qarşı hazırlanmış dərman klinik testlərə hazırlaşır
Süni İntellekt
10.07.2025
Emil
Alphabet şirkətinə məxsus törəmə müəssisə olan Isomorphic Labs dünyada ilk dəfə olaraq xərçəngə xəstəliyinə qarşı dərmanın insanlar üzərində klinik sınaqlarına hazırlaşdığını elan edib. Bu dərman DeepMind-ın AlphaFold 3 paketindən istifadə edilməklə hazırlanıb. Uzunmüddətli perspektivdə bu texnologiyanın, bir düymə ilə bütün xəstəliklərə qarşı dərman tapmaq üçün universal vasitəyə çevriləcəyi vəd olunur. AlphaFold paketi DeepMind tərəfindən zülalların üçölçülü strukturunu proqnozlaşdırmaq məqsədilə hazırlanıb. Zülallar, molekulyar tərkibindən asılı olaraq mürəkkəb formalar şəklində qatlanmağa meyllidir. İnsan toxumalarının canlı hüceyrələri yalnız uyğun struktura malik zülallarla qarşılıqlı təsirə girə bilər - sanki açarla kilid uyğunluğu kimi. Bu uyğunluq, kimyəvi birləşmələrin insan orqanizminə dərman kimi təsir etməsinin əsas şərtidir.

Elmə milyonlarla zülal məlumdur, lakin onların ümumi sayı 100 milyonlarla ölçülür ki, bu da adi şəraitdə onillərlə zəhmətli iş tələb edir. Süni zəka isə bu problemi cəmi bir neçə aya həll etməyə qadirdir. Zülalların məkan formalarının proqnozlaşdırılmasından dərmanların axtarışına keçmək qərara alındı. Beləliklə, 2021-ci ildə DeepMind-dan ayrılaraq Isomorphic Labs şirkəti yaradıldı. Bu şirkət AlphaFold layihəsini davam etdirərək, ayrı-ayrı zülal strukturlarının proqnozlaşdırılmasından zülalların digər molekullarla - məsələn, DNT və dərman preparatları ilə qarşılıqlı təsir proseslərinin modelləşdirilməsinə keçdi. Bu nailiyyətlər AlphaFold paketini dərmanların hazırlanması üçün xeyli daha faydalı etdi, tədqiqatçılara preparatları daha sürətli və dəqiq yaratmağa kömək edərək bu aləti daha genişmiqyaslı tapşırıqlar üçün başlanğıc platformasına çevirdi.

“Bu, Isomorphic Labs şirkətinin yaradılmasına ilham verdi. Bu, süni zəka sahəsində əsaslı bir şey edə biləcəyimizi və bunun yeni dərmanların kəşfinə kömək edə biləcəyini əyani şəkildə göstərir” - deyə şirkətin baş direktoru Colin Murdoch AlphaFold haqqında bildirib. 2024-cü ildə AlphaFold 3 paketi təqdim edildikdən sonra Isomorphic Labs əczaçılıq şirkətləri olan Novartis və Eli Lilly ilə genişmiqyaslı elmi-tədqiqat əməkdaşlığına dair razılaşma imzaladı. 1 il sonra, 2025-ci ilin aprelində Isomorphic Labs tarixində ilk xarici maliyyələşdirmə raundunda Thrive Capital rəhbərliyi ilə 600 milyon dollar investisiya cəlb etdi. Bu razılaşmalar Isomorphic Labs şirkətinin “dünya səviyyəli dərman hazırlama mühərriki” yaratmaq planının bir hissəsidir.

Bu sistem süni zəka sahəsində çalışan tədqiqatçıları və əczaçılıq sahəsində təcrübəli mütəxəssisləri bir araya gətirərək yeni dərmanların daha sürətli, daha ucuz və daha yüksək uğur ehtimalı ilə hazırlanmasını hədəfləyir. Adətən, hətta klinik sınaqlardan sonra belə, yeni dərmanların istehsalata daxil olma ehtimalı təxminən 10% təşkil edir. Süni zəka isə bu ehtimalı 100% uğurla artırmağı vəd edir. Isomorphic Labs böyük əczaçı şirkətlərlə imzalanmış razılaşmalar çərçivəsində həm mövcud dərman proqramlarını dəstəkləyir, həm də onkologiya və immunologiya sahələrində klinik sınaqlardan sonra lisenziyalaşdırmaq məqsədilə öz namizəd preparatlarını hazırlayır.

“Biz qarşılanmamış tibbi ehtiyacları müəyyənləşdirir və öz dərman hazırlama proqramlarımızı işə salırıq. Bu dərmanları hazırlayır və insanlar üzərində klinik sınaqlar aparırıq... hələ ki, hazır məhsulumuz yoxdur, amma əhəmiyyətli irəliləyiş əldə edirik. Sonrakı vacib mərhələ - bu preparatların klinik sınaq mərhələsinə keçidi və insanların üzərində tətbiqinə başlanmasıdır. Hazırda biz komanda toplayırıq. Hədəfə çox yaxınlaşmışıq. Bir gün ümid edirik ki, belə deyə biləcəyik: ‘Budur xəstəlik’, sonra isə sadəcə bir düyməyə basaraq həmin xəstəliklə mübarizə aparacaq dərmanın hazırlanmasına başlaya biləcəyik. Bütün bunlar süni intellektin möhtəşəm alətləri sayəsində mümkün olacaq” - deyə Isomorphic Labs şirkətinin rəhbəri bildirib.
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
ChatGPT şahmatda keçən əsrin kompüter proqramına uduzub
Retro oyun konsolu Atari 2600 tezliklə 50 illiyini qeyd edəcək. Bu konsolda o dövr üçün texnoloji sıçrayış hesab olunan şahmat proqramı quraşdırılmışdı - insanlar onun vasitəsilə kompüterə qarşı şahmat oynaya bilirdilər.

Elm & Texnologiya
Google DeepMind robotlara daxili nitq imkanını vermək istəyir
DeepMind “agentdaxili nitq” adlanan bir sistem üzərində çalışır. Bu, süni zəka agentləri üçün daxili monoloq funksiyasıdır və robotlara gördüklərini təsvir etməyə və bunu uyğun hərəkətlərlə əlaqələndirməyə kömək edir.

Süni İntellekt
GPT-5 eyni anda bir neçə süni zəka modelini əvəz edəcək
OpenAI şirkəti yaxın vaxtlarda flaqman süni zəka modeli olacaq GPT-5-i təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Gözlənilir ki, bu model hazırda mövcud olan bir neçə süni zəka modelini - məsələn, GPT-4o və GPT-4-ü əvəz edəcək, bu da ChatGPT istifadəçiləri üçün iş prinsiplərini sadələşdirəcək və süni zəka texnologiyalarının effektivliyini artıracaq.

Süni İntellekt
Apple görmə məhdudiyyətli insanlara süni zəka vasitəsilə yardıma gəlib
SceneScout - Apple və Kolumbiya Universitetinin birgə tədqiqat layihəsidir. Layihənin məqsədi görmə qabiliyyəti zəif və tamamilə görmə imkanından məhrum olmuş insanlara ətraf məkanda istiqamətlənməkdə kömək etməkdir.

Süni İntellekt
Süni zəka bir cütlüyə uşaq sahibi olmaqda yardımçı olub
Kolumbiya Universitetində hazırlanmış süni zəka əsaslı yeni texnologiya ilk dəfə olaraq azospermiya diaqnozu qoyulmuş - yəni eyakulyasiyada spermatozoid olmayan - kişidə yaşama qabiliyyətinə malik spermatozoidlərin aşkar edilməsinə imkan verib.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
