
Meta öz süni zəkasının təlimində avropalıların məluimatlarından istifadə edəcək
Süni İntellekt
15.04.2025
Emil
Meta Platforms yaxın vaxtlarda Avropa Birliyi ölkələrindəki istifadəçilərin məlumatları əsasında öz süni zəka modellərini öyrətməyə başlayacaq. Söhbət Facebook və Instagram kimi tətbiqlərdəki açıq paylaşımlar və şərhlər, eləcə də istifadəçilərin Meta AI süni zəka botu ilə qarşılıqlı əlaqə tarixçəsindən gedir. Qeyd olunur ki, neyroşəbəkələrin öyrədilməsi üçün istifadəçilərin dostları və ailə üzvləri ilə şəxsi yazışma məlumatları istifadə olunmayacaq. Bundan əlavə, alqoritmlər yalnız yetkinlik yaşına çatmış istifadəçilərin məlumatları əsasında öyrədiləcək.

Meta bu həftə ərzində Avropa Birliyi sakinlərinə bu barədə bildiriş göndərməyə başlayacaq. Bildirişdə, məlumatlarının süni zəka modellərinin öyrədilməsində istifadə olunmasını istəməyənlər üçün imtina formasına da yer veriləcək. Qeyd edək ki, Meta ötən il Avropa Birliyi istifadəçilərinin məlumatlarını öyrətmə prosesində istifadə etməyi planlaşdırırdı, lakin bu proses bölgədə fəaliyyət göstərən tənzimləyici qurumun tələbi ilə dayandırılmışdı. Şirkət bildirir ki, Avropa Birliyi istifadəçilərinin məlumatları əsasında öyrədilən süni zəka modelləri regional xüsusiyyətləri daha yaxşı nəzərə ala biləcək.

Bu isə xüsusilə yalnız mətn deyil, həm də şəkil və video yarada bilən multimodal neyroşəbəkələrin kontent generasiyası üçün vacib sayılır. Ötən il Meta Böyük Britaniya istifadəçilərinin məlumatları ilə də neyroşəbəkələrini öyrətməyi planlaşdırdığını açıqlamışdı. Lakin şirkətin əvvəlki qədər geniş həcmdə məlumat əldə edə bilməsi çətin görünür. Səbəb isə budur ki, ötən il Meta 2007-ci ildən bəri Facebook istifadəçiləri tərəfindən açıq şəkildə paylaşılmış bütün mətn postları və fotoların süni intellektin öyrədilməsi üçün istifadə edildiyini etiraf etmişdi.
Mənbə: The Verge
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
WhatsApp və Instagram-ın Meta-dan potensial ayrılmasına dair məhkəmə prosesinə start verilib
Bu gün Meta şirkətinə qarşı sosial şəbəkələr sahəsində qanunsuz inhisar yaratmaq ittihamı ilə məhkəmə prosesi başlayıb. Bu, Meta-nın Instagram və WhatsApp-ı alması ilə əlaqələndirilir.

Tech-Biznes
Meta-nın iddialı metakainat layihəsi "maliyyə faciəsi"nə çevrilib
4 il əvvəl Mark Zuckerberg, Facebook-u Meta olaraq yenidən adlandıraraq öz metakainat (metaverse) ideyasını həyata keçirməyə başladı və bu layihəyə 45 milyard dollar vəsait xərclədi.

Tech-Biznes
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.

Sosial Media
Instagram-da şifrələnmiş Reels-lər test edilir
Məlumdur ki, ABŞ-da TikTok-un qeyri-müəyyən vəziyyəti fonunda Meta təcili olaraq Instagram və digər tətbiqlərini təkmilləşdirməyə başlayıb.

Tech-Biznes
Meta, Instagram və WhatsApp-ı qanunsuz əldə etməkdə şübhəli bilinir
Mark Zuckerberg-in 2012-ci ildə Instagram, 2014-cü ildə isə WhatsApp sosial platformalarını əldə etməsi onun imperiyasına milyardlarla istifadəçiyə çatmağa kömək edib.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
