Logo
    main-post-cover

    Meta-nın iddialı metakainat layihəsi "maliyyə faciəsi"nə çevrilib

    Tech-Biznes
    14.04.2025
    Emil
         4 il əvvəl Mark Zuckerberg, Facebook-u Meta olaraq yenidən adlandıraraq öz metakainat (metaverse) ideyasını həyata keçirməyə başladı və bu layihəyə 45 milyard dollar vəsait xərclədi. Lakin bu günə qədər əldə olunan nəticələr mübahisəli görünür və tənqidçilər bu təşəbbüsü “maliyyə fəlakəti” adlandırırlar. TechSpot-un məlumatına görə, metakainat layihəsi əsl maliyyə boşluğuna çevrilib və 2025-ci ilin əvvəlinə qədər bu boşluq 45 milyard dollar udub. Bu məbləğ Meta-nın rəqibləri olan Snap Pinterest şirkətlərinin birgə bazar dəyərinə və ya Elon Musk-ın Twitter-i (indiki X) almaq üçün ödədiyi məbləğə yaxın bir rəqəmdir.
         Ötən ilki gəlir hesabatında Zuckerberg xəbərdarlıq etmişdi ki, zərərlər “əhmiyyəti dərəcədə artacaq”, lakin o, bununla konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamamışdı. Yahoo Finance müxbirləri, artırılmış reallıq (AR) və virtual reallıq (VR) texnologiyalarının hazırlanmasına cavabdeh olan Meta Reality Labs bölməsinin bir neçə keçmiş yüksək vəzifəli meneceri ilə söhbət ediblər. Onlar bu bölmədəki iş prosesini “funksional olmayan və təşkilatsız” kimi xarakterizə ediblər. Onların sözlərinə görə, rəhbərlikdə tez-tez baş verən dəyişikliklər və strukturun davamlı şəkildə yenidən qurulması yalnız xaosu daha da dərinləşdirib. Bir çox menecer Meta-nın digər şöbələrindən AR və VR sahəsində zəruri təcrübəyə malik olmadan bu bölməyə gətirilib.
         Tədqiqat bölməsinin keçmiş əməkdaşlarından biri bildirib: “İş mühiti son dərəcə qeyri-sabit idi.” Onun sözlərinə görə, Instagram komandasında çalışan əsas işçilər heç bir təcrübələri olmadan virtual reallıq komandalarında rəhbər vəzifələrə təyin olunublar. Nəticədə, qeyri-peşəkar rəhbərlik və qeyri-müəyyən məhsul strategiyasının birləşməsi bölmənin böyük itkilərə məruz qalmasının əsas səbəblərindən birinə çevrilib. Maliyyə hesabatları göstərir ki, Reality Labs bölməsinin itkiləri son illərdə kəskin şəkildə artıb. 2020-ci ildə 6 milyard dollardan çox, 2021-ci ildə 10 milyard dollar, 2022-ci ildə 13 milyard dollar və 2023-cü ildə isə 16 milyard dollar zərər qeydə alınıb.
         Əlavə olaraq, 2024-cü ilin birinci rübündə bölmə daha 3.8 milyard dollar itirib ki, bu da onun 2022 və 2023-cü illərdə əldə etdiyi ümumi gəlirdən çoxdur. Artan xərclərə baxmayaraq, 2021-ci ildən bəri bölmənin illik gəliri zəifləyib - bunun əsas səbəbi zəif satışlar və kütləvi auditoriyanı cəlb etmək bacarığının olmamasıdır. Deepwater Asset Management-dən Wall Street analitiki Gene Munster bildirib ki, bu istiqamət həyati qabiliyyətə malik deyil və Meta-nın səhmlərini aşağı çəkir. Bəzi investorlar artırılmış və virtual reallığın uzunmüddətli potensialına güvənərək səbr göstərsələr də, onların nikbinliyi getdikcə azalır. Əgər bu texnologiyalar tez bir zamanda geniş yayılmazsa, “Zuckerberg-in metakainat arzusu”na hər il 10-15 milyard dollar həcmində itki vermək açıq şəkildə dözülməz hala gəlir.
    Mənbə: Techspot
    Paylaş
    Bənzər xəbərlər
    mueyyen-yukselisden-sonra-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yeniden-asagi-dusub
    Tech-Biznes

    Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

    Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
    instagram-da-sifrelenmis-reels-ler-test-edilir
    Sosial Media

    Instagram-da şifrələnmiş Reels-lər test edilir

    Məlumdur ki, ABŞ-da TikTok-un qeyri-müəyyən vəziyyəti fonunda Meta təcili olaraq Instagram və digər tətbiqlərini təkmilləşdirməyə başlayıb.
    meta-instagram-ve-whatsapp-i-qanunsuz-elde-etmekde-subheli-bilinir
    Tech-Biznes

    Meta, Instagram və WhatsApp-ı qanunsuz əldə etməkdə şübhəli bilinir

    Mark Zuckerberg-in 2012-ci ildə Instagram, 2014-cü ildə isə WhatsApp sosial platformalarını əldə etməsi onun imperiyasına milyardlarla istifadəçiyə çatmağa kömək edib.
    meta-sonunda-instagram-in-ipad-ucun-nezerde-tutulmus-versiyasini-istifadeye-verecek
    Sosial Media

    Meta sonunda Instagram-ın iPad üçün nəzərdə tutulmuş versiyasını istifadəyə verəcək

    Meta şirkəti iPad üçün Instagram tətbiqinin hazırlanmasına başlayıb. Bu addıma səbəb ABŞ-da TikTok-un satılması və ya qadağan olunması ilə bağlı qanun layihəsinin müzakirəsi fonunda yaranmış hüquqi qeyri-müəyyənlik, həmçinin Donald Trump administrasiyası tərəfindən tətbiq edilmiş tariflər olub.
    boyuk-texnoloji-sirketlerin-sehmlerinin-deyeri-yukselmeye-baslayib
    Tech-Biznes

    Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

    Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib.