Logo
    main-post-cover

    Media sənayesi süni zəka üçün kontent oğurluğunun dayandırılmasını tələb edir

    Süni İntellekt
    08.04.2025
    Emil
         The Verge xəbər verir ki, The New York Times, The Washington Post The Guardian da daxil olmaqla yüzlərlə media şirkəti, süni zəkanın nəzarətsiz istifadəsindən kontenti qorumaq üçün ABŞ hökumətinə çağırış edən reklam kampaniyasına start veriblər. “Support Responsible AI” (Məsuliyyətli süni zəkanı dəstəkləyin) adlı bu təşəbbüs News/Media Alliance assosiasiyası tərəfindən təşkil olunub və həm çap, həm də onlayn nəşrlərdə elanlarla müşayiət olunur. Kampaniya, OpenAI Google-un süni zəka modellərinin müəllif hüquqları ilə qorunan materiallar əsasında öyrədilməsinə icazə verilməsi üçün hökumətə müraciət etdikləri məktublardan bir neçə həftə sonra başlayıb.
         Reklamlarda belə şüarlardan istifadə olunur: “Süni zəkaya nəzarət edin”, “Süni zəka oğurluğunu dayandırın”, “Süni zəka sizdən də oğurlayır” - və bütün bu mesajların sonunda belə bir çağırış yer alır: “Oğurluq amerikalılara yaraşmaz. Vaşinqtona deyin ki, texnologiya nəhəngləri nəşriyyatlardan aldıqları kontentə görə ödəniş etsinlər”. “Hazırda böyük texnologiya şirkətləri və süni zəka şirkətləri nəşriyyatların kontentlərini onların özlərinə qarşı istifadə edirlər - yəni bu kontenti icazə və ödəniş olmadan götürürlər və süni zəka modellərini öyrətmək üçün istifadə edirlər. Nəticədə isə bu modellər yaradıcıların reklam gəlirlərini tamamilə öz üzərlərinə çəkirlər” - deyə News/Media Alliance təşkilatının prezidenti və baş direktoru Danielle Coffey bildirib.
         “O vurğulayıb ki, media sənayesi süni zəkaya qarşı deyil - bir çox şirkət bu alətlərdən özü də istifadə edir. Amma biz məsuliyyətli şəkildə inkişaf edən, balanslı bir ekosistem istəyirik”. Fevral ayında oxşar bir kampaniyanı böyük Britaniya qəzetləri keçirmişdi - qəzetlərin birinci səhifələrində “Make It Fair” (Ədalətli edin) şüarı yer almış və süni zəka modellərinin öyrədilməsində müəllif hüquqlarının qorunmasına çağırış edilmişdi.
         Bugünkü təşəbbüsə qoşulanlar arasında The Atlantic, Seattle Times, Tampa Bay Times, Conde Nast (Wired jurnalının nəşriyyatçısı) və Axel Springer (Politico-nun sahibi) də var. Aydındır ki, media şirkətləri ilə texnologiya nəhəngləri arasında qarşıdurma getdikcə kəskinləşir. OpenAI və Google ABŞ hökumətindən süni zəkanın öyrədilməsi üçün məlumatlara sərbəst çıxış əldə etməyə çalışdığı halda, nəşriyyatlar bu materialların istifadəsi üçün qanuni tənzimləmə və ödənişlərin tətbiq olunmasında israr edirlər. Neyron şəbəkələr dövründə bu mübarizənin nəticəsi rəqəmsal kontentin gələcəyini müəyyən edə bilər.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-oz-suni-zeka-modelleri-uzerinde-calisdigini-tesdiqleyib
    Süni İntellekt

    Microsoft öz süni zəka modelləri üzərində çalışdığını təsdiqləyib

    Süni zəka sistemlərinin yaradıcısı OpenAI ilə əməkdaşlıq etməsinə və ona 13.75 milyard dollar investisiya yatırmasına baxmayaraq, Microsoft şirkəti öz süni zəka modellərini yaratmaqla məşğuldur.
    deepseek-suni-zeka-mdoellerinin-effektivliklerini-yukseltmeyin-usulunu-tapib
    Süni İntellekt

    DeepSeek süni zəka mdoellərinin effektivliklərini yüksəltməyin üsulunu tapıb

    Çin startapı DeepSeek ilin əvvəlində düşünmə qabiliyyətinə malik R1 modelini təqdim etməklə məşhurlaşdı. Bu model, məhdud büdcəyə baxmayaraq, ABŞ-ın texnoloji nəhənglərinin süni zəka modelləri ilə rəqabət apara bildi.
    meta-llama-4-suni-zeka-modellerini-istifadeye-verib
    Süni İntellekt

    Meta Llama 4 süni zəka modellərini istifadəyə verib

    Meta Platforms açıq mənbə koduna sahib süni zəka əsaslı modellərindən ibarət Llama 4 ailəsinin istifadəyə verildiyini elan edib. Bu ailəyə Llama 4 Scout, Maverick və Behemoth modelləri daxildir və onlar multimodal qarşılıqlı əlaqə imkanı təqdim edirlər.
    fotolarin-tertibati-ucun-midjourney-v7-suni-zeka-sistemi-teqdim-edilib
    Süni İntellekt

    Fotoların tərtibatı üçün Midjourney V7 süni zəka sistemi təqdim edilib

    Midjourney süni zəkaya əsaslanan V7 təsvir generatorunun alfa versiyasını təqdim edib. OpenAI-nin ChatGPT-sindən fərqli olaraq, bu model Ghibli üslubunda şəkillər yaratmaq üçün optimallaşdırılmayıb, lakin bu, onun estetik cəhətdən xoş təsvirlər yaratmasına mane olmur.
    bmt-suni-zeka-2033-cu-ile-qeder-is-yerlerinin-yarisini-ixtisar-edecek
    Süni İntellekt

    BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"

    BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozuna görə, 2033-cü ilə qədər süni zəka bazarının həcmi 4.8 trilyon dollara çatacaq. Lakin süni zəkanın üstünlükləri məhdud iştirakçı dairəsi üçün əlçatan olacaq ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqin daha da artmasına səbəb ola bilər.