Logo
    main-post-cover

    Fotoların tərtibatı üçün Midjourney V7 süni zəka sistemi təqdim edilib

    Süni İntellekt
    04.04.2025
    Emil
         Midjourney süni zəkaya əsaslanan V7 təsvir generatorunun alfa versiyasını təqdim edib. OpenAI-nin ChatGPT-sindən fərqli olaraq, bu model Ghibli üslubunda şəkillər yaratmaq üçün optimallaşdırılmayıb, lakin bu, onun estetik cəhətdən xoş təsvirlər yaratmasına mane olmur. Midjourney V7 ilə işləməyə başlamazdan əvvəl istifadəçi təxminən 200 təsviri qiymətləndirməli olacaq ki, sistem onun üçün “fərdiləşdirmə” profili yaratsın. Bu addım modelin konkret şəxsin vizual üstünlüklərinə uyğunlaşdırılmasına kömək edir. Bu layihədə fərdiləşdirmə ilk dəfə olaraq standart olaraq aktiv edilib.
         Ayarlar tamamlandıqdan sonra V7 ilə həm Midjourney-in rəsmi saytında, həm də şirkətin Discord serverində işləmək mümkündür. Midjourney-in baş direktoru David Holz-un sözlərinə görə, bu modelin yaradılmasında “tamamilə fərqli arxitektura” istifadə olunub. Model 2 versiyada təqdim olunur: Daha çox resurs tələb edən Turbo Draft Mode rejimə Relax variantı. Bu rejimdə təsvirlər 10 dəfə daha sürətlə yaradılır və 2 dəfə az hesablama resursu istifadə olunur. Draft Mode rejimində yaradılan “qaralama” təsvirlər standart rejimdə hazırlanan şəkillərlə müqayisədə daha aşağı keyfiyyətə malikdir, lakin onları bir kliklə təkmilləşdirmək və yenidən çəkmək mümkündür.
         Modelin üstünlükləri ilə yanaşı çatışmazlıqları da var - deyə cənab Holz xəbərdarlıq edir. Buna görə də optimal nəticə əldə etmək üçün istifadəçilərə sorğu formalaşdırmaqla təcrübə aparmaları tövsiyə olunur. Midjourney qeyri-adi şirkətdir. O, 2022-ci ildə vaxtilə Leap Motion periferik cihaz istehsalçısının həmtəsisçisi olan David Holz tərəfindən yaradılıb. Startapın əsas xüsusiyyətlərindən biri tamamilə xarici maliyyələşmənin olmamasıdır. 2023-cü ilin sonunda şirkət təxminən 200 milyon dollar mənfəət gözlədiyini açıqladı. Ötən il Midjourney avadanlıq hazırlanması layihəsi üçün əməkdaş axtarışına başladığını bildirdi və eyni zamanda video və üçölçülü obyektlər yaratmaq üçün elan etdiyi modellərin təlimini davam etdirirdi.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    bmt-suni-zeka-2033-cu-ile-qeder-is-yerlerinin-yarisini-ixtisar-edecek
    Süni İntellekt

    BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"

    BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) proqnozuna görə, 2033-cü ilə qədər süni zəka bazarının həcmi 4.8 trilyon dollara çatacaq. Lakin süni zəkanın üstünlükləri məhdud iştirakçı dairəsi üçün əlçatan olacaq ki, bu da inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqin daha da artmasına səbəb ola bilər.
    gpt-45-suni-zeka-modeli-turing-testinden-kece-bilib
    Süni İntellekt

    GPT-4.5 süni zəka modeli Turing testindən keçə bilib

    OpenAI şirkətinin GPT-4.5 süni zəka modeli Turing testindən keçib - insanlar onu 73 % hallarda “insan” kimi qəbul ediblər. Araşdırma göstərib ki, süni zəkaya sadəcə olaraq “insan olduğunu sübut et” deyildikdə, onun nəticələri daha zəif olur, nəinki konkret bir rol verildikdə.
    suni-zeka-ilk-defe-universitet-telebesi-oldu
    Süni İntellekt

    Süni zəka ilk dəfə universitet tələbəsi oldu

    Avstriya universiteti dünyada ilk dəfə olaraq süni zəkanı rəsmi şəkildə tələbə kimi təhsilə qəbul edib. Flynn adlı sistem Vyana Tətbiqi İncəsənət Universitetində rəqəmsal incəsənət proqramı üzrə qəbul olunub.
    microsoft-cto-su-5-ilden-sonra-suni-zeka-proqram-teminati-kodunun-95-ni-tertib-edecek
    Süni İntellekt

    Microsoft CTO-su: "5 ildən sonra süni zəka proqram təminatı kodunun 95%-ni tərtib edəcək"

    Microsoft-un texniki direktoru Kevin Scott bildirib ki, artıq 5 ildən sonra prqram təminatı kodunun 95%-i süni zəka tərəfindən tərtib olunacaq.
    google-deepmind-umumi-suni-zekanin-2030-cu-ile-qeder-yaranacagini-proqnozlasdirir
    Süni İntellekt

    Google DeepMind ümumi süni zəkanın 2030-cu ilə qədər yaranacağını proqnozlaşdırır

    Google DeepMind ümumi süni zəkanın (AGI) təhlükəsizliyinə yanaşma ilə bağlı məqalə dərc edib. Şirkət AGI-ni müxtəlif zehni vəzifələrdə bacarıqları peşəkar yetkin insan səviyyəsinə bərabər olan sistem kimi təyin edir.