Logo
    main-post-cover

    YouTube Shorts-a Google Veo 3 video generatoru əlavə ediləcək

    Sosial Media
    19.06.2025
    Emil
         YouTube-un baş direktoru Neal Mohan bildirib ki, süni zəka əsaslı ən yeni video generasiya modeli olan Google Veo 3 bu yay Shorts adlı qısa şaquli videolar bölməsinə əlavə olunacaq. Mohan həmçinin qeyd edib ki, hazırda qısa videoların orta gündəlik baxış sayı 200 milyardı keçib. Shorts yaradıcıları artıq əvvəlki nəsil Google Veo 2 modelindən istifadə edərək Dream Screen aləti vasitəsilə dinamik fon şəkilləri yarada bilirlər.
         Mohan, Veo 3 modelinin Shorts platformasında hansı konkret imkanlar təqdim edəcəyini dəqiqləşdirməyib, lakin video keyfiyyətinin yaxşılaşdırılması və səs yolunun yaradılması imkanı barədə məlumat verib. Hələlik bəlli deyil ki, Shorts yaradıcıları Veo 3-dən istifadə üçün ödəniş etməli olacaqlarmı. Hazırda Veo 3 ilə video yaratmaq üçün Google-un AI Pro və ya AI Ultra adlı ödənişli tarif planlarından birinə abunə olmaq tələb olunur. Süni zəka əsaslı video generatorlarının getdikcə daha geniş yayılması isə hamı tərəfindən müsbət qarşılanmır. The Verge nəşrinin jurnalisti Allison Johnson öz növbəsində Google Veo 3 video generatorunu “zibil satıcısının arzusu” adlandırıb.
    Paylaş
    Bənzər xəbərlər
    google-un-suni-zeka-axtarisi-sesli-sorgulari-basa-dusmeye-baslayib
    Proqram Təminatı

    Google-un süni zəka axtarışı səsli sorğuları başa düşməyə başlayıb

    Google süni zəka ilə işləyən axtarış rejimi AI Mode daxilində Search Live funksiyasını test etməyə başlayıb. Yeni funksiya istifadəçilərə axtarış sistemi üzərindən birbaşa səsli şəkildə süni zəka çat-botuna sual verməyə imkan yaradır.
    sosial-sebekeler-abs-da-televiziyani-geride-qoyaraq-xeberlerin-esas-menbeyine-cevrilibler
    Sosial Media

    Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər

    Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr amerikalılar üçün əsas xəbər mənbəyi kimi televiziyanı geridə qoyub. Aparılmış yeni araşdırmanın nəticələrinə əsasən ABŞ-da yetkin əhalinin 54%-i xəbərləri sosial şəbəkələr və ya video platformalar vasitəsilə əldə edir.
    google-gemini-videolari-analiz-etmeyi-oyrenib
    Proqram Təminatı

    Google Gemini videoları analiz etməyi öyrənib

    Gemini 2.5 Pro və Gemini 2.5 Flash süni zəka modellərinin stabil versiyalarının istifadəyə verilməsi ilə yanaşı, Google tərtibatçıları mobil tətbiqdəki Gemini çat-botuna video yükləmə və analiz etmə funksiyası əlavə ediblər.
    gemini-25-pro-ve-gemini-25-flash-in-stabil-versiyalari-istifadeye-verilib
    Proqram Təminatı

    Gemini 2.5 Pro və Gemini 2.5 Flash-in stabil versiyaları istifadəyə verilib

    Google, Gemini 2.5 Pro və Gemini 2.5 Flash adlı süni zəka modellərinin stabil versiyalarının istifadəyə verildiyini elan edib. Bununla yanaşı, şirkət yeni büdcəli süni zəka modeli Gemini 2.5 Flash-Lite-ı da təqdim edib.
    google-axtaris-neticelerini-audio-icmallara-ceviren-funksiya-test-edilir
    Proqram Təminatı

    Google axtarış nəticələrini audio icmallara çevirən funksiya test edilir

    Google yeni Audio Overviews funksiyasının testinə başlayıb. Bu funksiya mobil cihazlarda axtarış nəticələrinin ilk səhifəsində generativ neyroşəbəkələrdən istifadə edərək audio icmallar yaradır.