Logo
    main-post-cover

    Google axtarış nəticələrini audio icmallara çevirən funksiya test edilir

    Proqram Təminatı
    17.06.2025
    Emil
         Google yeni Audio Overviews funksiyasının testinə başlayıb. Bu funksiya mobil cihazlarda axtarış nəticələrinin ilk səhifəsində generativ neyroşəbəkələrdən istifadə edərək audio icmallar yaradır. Təcrübi funksiyanın köməyi ilə istifadəçi öz sualına bir növ podkast üslubunda cavab ala biləcək – burada süni zəka sanki özü ilə söhbət edir. Məsələn, istifadəçi “Küy azaldıcı qulaqlıqlar necə işləyir?” sualını verdikdə, “People also ask” bölməsində Generate Audio Overview adlı bir düymə peyda ola bilər.
         Bu düyməyə klik edildikdə, süni zəka tərəfindən mövzu üzrə iki aparıcının danışığı formatında qısa podkast icmalı yaradılır. Audio faylın generasiyası adətən 30-40 saniyə çəkir. Yaradılan səs faylı birbaşa axtarış nəticələrinə yerləşdirilir və mini player vasitəsilə idarə olunur - istifadəçi səsi işə sala, dayandıra, sürəti tənzimləyə və səsi söndürə bilər. Playerin altında isə bu icmalın yaradılmasında istifadə olunan mənbələrə keçidlər göstərilir: Uyğun məzmunlu səhifələr, məqalələr və digər açıq materiallar.
         Bu funksiya daha əvvəl mətn, şəkil və audio generasiyası üçün universal multimodal platforma kimi təqdim olunmuş Gemini dil modeli əsasında işləyir. Audio Overviews, bu modelin Google-un axtarış məhsullarına inteqrasiyasının davamıdır. Bənzər bir funksiya əvvəllər NotebookLM layihəsində də tətbiq olunmuşdu. Burada süni zəka istifadəçinin sənədləri əsasında audio xülasələr yaradırdı. Audio Overviews funksiyasının testləri Search Labs təşəbbüsü çərçivəsində həyata keçirilir və hazırda yalnız ABŞ-da yaşayan və ingilis dilini seçmiş istifadəçilər üçün əlçatandır.
    Paylaş
    Bənzər xəbərlər
    google-instant-apps-formatindan-imtina-edecek
    Proqram Təminatı

    Google Instant Apps formatından imtina edəcək

    Google bu ilin sonunda Instant Apps (ani tətbiqlər) formatını bağlamaq niyyətində olduğunu açıqlayıb. Şirkət bu qərarını həmin funksiyanın nadir hallarda istifadə olunması ilə izah edib.
    google-pixel-smartfonlari-android-16-nin-stabil-versiyasini-elde-etmeye-baslayiblar
    Proqram Təminatı

    Google Pixel smartfonları Android 16-nın stabil versiyasını əldə etməyə başlayıblar

    Google Pixel smartfonları stabil Android 16 versiyasını əldə etməyə başlayıblar. Lakin bu ilin əvvəlində elan edilmiş Material 3 Expressive dizayn konsepsiyası çərçivəsində nəzərdə tutulan genişmiqyaslı yeni istifadəçi interfeysi dizaynı, görünür ki, daha sonraya təxirə salınıb.
    google-un-suni-zeka-icmallari-sebebile-saytlar-trafik-itirmeye-baslayiblar
    Proqram Təminatı

    Google-un süni zəka icmalları səbəbilə saytlar trafik itirməyə başlayıblar

    Google axtarış sistemində süni zəka icmalları (AI Overviews) funksiyası və dialoq elementləri ilə təchiz olunmuş yeni axtarış rejimi (AI Mode) xəbər saytlarına keçidlərin sayını nəzərəçarpacaq dərəcədə azaldır.
    chrome-brauzerinin-mue
    Proqram Təminatı

    Chrome brauzerinin müəyyən Apple cihazlarında dəstəyi dayandırılacaq

    Məlum olub ki, hazırda Google tərəfindən sınaqdan keçirilən Chrome internet brauzerinin növbəti versiyası Apple iOS 16 əməliyyat sistemi ilə işləyən cihazları dəstəkləməyəcək.
    google-gemini-tapsiriqlari-mueyyen-edilmis-vaxtda-yerine-yetirmeyi-oyrenib
    Proqram Təminatı

    Google Gemini tapşırıqları müəyyən edilmiş vaxtda yerinə yetirməyi öyrənib

    Google süni zəka köməkçisi Gemini-nin imkanlarını genişləndirməyə davam edir və ona planlaşdırılmış fəaliyyət funksiyası əlavə edib.