Logo
    main-post-cover

    Google-un süni zəka icmalları səbəbilə saytlar trafik itirməyə başlayıblar

    Proqram Təminatı
    11.06.2025
    Emil
         Google axtarış sistemində süni zəka icmalları (AI Overviews) funksiyası və dialoq elementləri ilə təchiz olunmuş yeni axtarış rejimi (AI Mode) xəbər saytlarına keçidlərin sayını nəzərəçarpacaq dərəcədə azaldır. Məlumata əsasən istifadəçilər axtardıqları suallara qısa cavabları birbaşa axtarış nəticələrində alırlar və artıq ilkin informasiya mənbəyinə daxil olmağa ehtiyac duymurlar. Bu vəziyyət media orqanlarının trafikində kəskin azalmaya səbəb olur. Halbuki bu qurumlar reklam gəlirləri və jurnalistikanın maliyyələşməsi baxımından istifadəçi ziyarətlərindən asılıdırlar. Similarweb xidmətinin məlumatına əsasən, xarici media qurumu olan The New York Times-ın orqanik axtarışdan gələn trafik payı 2022-ci ildəki 44%-dən 2025-ci ilin aprelində 36.5%-ə düşüb.
         Trafik itkisi xüsusilə praktiki informasiya təqdim edən saytlar - bələdçilər, sağlamlıq məsləhətləri və məhsul icmalları - arasında daha kəskin hiss olunur. Eyni zamanda, Google nümayəndələri süni zəka funksiyalarının tətbiqinin əksinə olaraq ümumi axtarış trafikinin artmasına səbəb olduğunu iddia edirlər. Lakin media qurumlarının özləri bildirirlər ki, bu artımdan əsas faydanı məhz axtarış platformasının özü götürür. Buna baxmayaraq, bəzi böyük media orqanları artıq yeni şəraitə uyğunlaşmağa başlayıblar. Məsələn, The New York Times Amazon ilə əməkdaşlıq edərək öz məzmununun şirkətin süni zəka sistemlərinin təlimində istifadəsinə razılıq verib.
         The Atlantic redaksiyası da OpenAI ilə əməkdaşlıq edir. Perplexity platforması isə istifadəçi sorğularına cavab verən çat-botunun istifadə etdiyi mənbələrin müəlliflərinə reklam gəlirindən pay ayırmağı planlaşdırdığını bəyan edib. Qeyd etmək lazımdır ki, The Washington Post və The Atlantic kimi nəşrlərin baş redaktorları dəfələrlə vurğulayıblar ki, müstəqil jurnalistikanın yeni rəqəmsal reallıqlarda yaşamasını təmin etmək üçün biznes modellərinin tez bir zamanda dəyişdirilməsi vacibdir.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    chrome-brauzerinin-mue
    Proqram Təminatı

    Chrome brauzerinin müəyyən Apple cihazlarında dəstəyi dayandırılacaq

    Məlum olub ki, hazırda Google tərəfindən sınaqdan keçirilən Chrome internet brauzerinin növbəti versiyası Apple iOS 16 əməliyyat sistemi ilə işləyən cihazları dəstəkləməyəcək.
    google-gemini-tapsiriqlari-mueyyen-edilmis-vaxtda-yerine-yetirmeyi-oyrenib
    Proqram Təminatı

    Google Gemini tapşırıqları müəyyən edilmiş vaxtda yerinə yetirməyi öyrənib

    Google süni zəka köməkçisi Gemini-nin imkanlarını genişləndirməyə davam edir və ona planlaşdırılmış fəaliyyət funksiyası əlavə edib.
    google-gemini-25-dialoqlarda-emosiyalari-oturmeyi-oyrenib
    Proqram Təminatı

    Google Gemini 2.5 dialoqlarda emosiyaları ötürməyi öyrənib

    Google I/O 2025 konfransında şirkət öz multimodal modeli olan Gemini 2.5-in yeni versiyasını təqdim etdi. Bu versiya artıq real vaxtda audio və dialoq generasiyasını dəstəkləyir.
    mehkeme-google-un-monopoliyasinin-daha-yumsaq-tedbirlerle-aradan-qaldirilmasini-nezerden-kecirir
    Tech-Biznes

    Məhkəmə Google-un monopoliyasının daha yumşaq tədbirlərlə aradan qaldırılmasını nəzərdən keçirir

    Ötən həftənin cümə günü ABŞ Ədliyyə Nazirliyi və Google arasında onlayn axtarış və onunla bağlı reklam sahəsində Google-un inhisar mövqeyini zəiflətmək məqsədilə verilmiş təkliflər üzrə yekun arqumentləri dinləyən dairə hakimi Amit Mehta, çıxışında bildirdi ki, Google-a qarşı rəqabəti bərpa etmək üçün ABŞ Ədliyyə Nazirliyinin təklif etdiyi 10 illik məhdudiyyət rejimindən daha yumşaq tədbirlərin qəbulunu nəzərdən keçirir.
    google-veo-3-video-generatoru-android-ve-ios-de-istifadeye-verilib
    Proqram Təminatı

    Google Veo 3 video generatoru Android və iOS-də istifadəyə verilib

    Google I/O 2025 konfransında Veo 3 adlı süni zəka əsaslı video generatorunun təqdimatından sonra Google, aylıq 19$ dəyərində olan Google AI Pro abunə paketinə giriş imkanlarını genişləndirib.