WhatsApp-ın iPhone üçün çoxlu hesab dəstəyi yaxınlaşır
Sosial Media
19.11.2025
Sevinc
Şirkət bu funksiyanın necə işlədiyini izah edən rəsmi FAQ səhifəsini yayımlayıb, lakin hazırda heç kim bu funksiyadan istifadə edə bilmir. WhatsApp-ın dəstək saytında aktivləşən FAQ səhifəsi ikinci hesabın əlavə olunması, profillər arasında keçid və hər iki nömrə üzrə bildirişlərin idarə olunması ilə bağlı addım-addım təlimatlar təqdim edir. Reddit istifadəçilərinin də qeyd etdiyi kimi, funksiyanın özü hələ tətbiqdə mövcud deyil. Son versiyaya yenilənsə və cihaz yenidən başlatılsa belə, iPhone istifadəçiləri hələ də yalnız bir hesabdan istifadə edə bilir.
Digər istifadəçilər isə rəsmi sənədlərə baxmayaraq funksiyanın hələ heç kimdə işə düşmədiyini təsdiqləyiblər. Qeyd edək ki, bu vəziyyət WhatsApp üçün tamamilə yeni deyil. Platforma 2025-ci ilin yanvarından bəri iOS-da çoxlu hesab dəstəyini test edir.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
WhatsApp-da hər bir çat üçün yaddaş həcmini idarə etmək mümkün olacaq
Meta şirkəti WhatsApp messencerində yeni bir funksiyanı sınaqdan keçirir - bu funksiya hər bir çat üçün yaddaşda tutulan həcmi ayrıca idarə etməyə imkan verəcək.
Süni İntellekt
OpenAI əməkdaşları şirkətin ümumi süni intellekt əvəzinə ikinci Facebook-u yaradacağından narahatdırlar
OpenAI daxilində şirkətin hansı istiqamətə doğru irəlilədiyi barədə mübahisələr güclənir. Məlumata görə, şirkət daxilində getdikcə daha çox əməkdaş hesab edir ki, şirkət AGI (ümumi süni intellekt) hədəfinə doğru irəliləmək əvəzinə, Facebook kimi bir istiqamətə yönəlmək riski daşıyır.
Sosial Media
Hüquqşünaslar Meta şirkətinə yeniyetmələrin psixi sağlamlıqları ilə bağlı tədqiqat məlumatlarını gizlətməyi məsləhət görüblər
Meta şirkətinin hüquqşünasları əməkdaşlara sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlıqlarına zərərli təsirləri barədə məlumatların yer aldıqları tədqiqat hissələrini gizlətməyi və ya silməyi tövsiyə ediblər - bunu Vaşinqton məhkəməsi müəyyən edib.
Tech-Biznes
Avropa Birliyi Tiktok, Facebook və Instagram-ı şəffaflıq qaydalarını pozmaqda günahlandırıb
Avropa Komissiyası Avropa Birliyi ərazisində fəaliyyət göstərərkən şəffaflıq tələblərini pozduğuna görə TikTok və Meta şirkətlərinə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb. Xüsusilə, Avropa Komissiyası bu ABŞ və Çin texnologiya nəhənglərini Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən tədqiqatçılara “münasib səviyyədə çıxış” imkanı təqdim etmək öhdəliklərini pozmaqda günahlandırıb.
Sosial Media
WhatsApp ekran paylaşma funksiyası vasitəsilə dələduzluq halında istifadəçini xəbərdar edəcək
WhatsApp, istifadəçinin tanımadığı biri ilə videozəng zamanı ekran paylaşma funksiyasını aktivləşdirməyə çalışdıqda müdaxilə etməyə başlayacaq. Bu funksiya dələduzlar tərəfindən onlayn bank hesabına giriş məlumatlarını və ya təsdiqetmə kodunu ələ keçirmək məqsədilə sui-istifadə oluna bilər.
Ən çox oxunanlar