Logo
    main-post-cover

    Avropa Birliyi Tiktok, Facebook və Instagram-ı şəffaflıq qaydalarını pozmaqda günahlandırıb

    Tech-Biznes
    24.10.2025
    Emil
         Avropa Komissiyası Avropa Birliyi ərazisində fəaliyyət göstərərkən şəffaflıq tələblərini pozduğuna görə TikTok Meta şirkətlərinə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb. Xüsusilə, Avropa Komissiyası bu ABŞ və Çin texnologiya nəhənglərini Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən tədqiqatçılara “münasib səviyyədə çıxış” imkanı təqdim etmək öhdəliklərini pozmaqda günahlandırıb. “Komissiya həmçinin ilkin olaraq Meta şirkətinin InstagramFacebook platformalarında istifadəçilərə qanunsuz məzmun barədə xəbər vermək üçün sadə mexanizmlər təqdim etmək, eləcə də məzmun moderasiyası ilə bağlı qərarları effektiv şəkildə mübahisələndirmək imkanını təmin etmək öhdəliklərini pozduğunu müəyyən edib” - deyə tənzimləyici qurumun bəyanatında bildirilir.
         Avropa Komissiyasının ilkin nəticələrində qeyd olunur ki, Facebook, Instagram və TikTok tədqiqatçılara açıq məlumatlara çıxış üçün müraciət etdikdə onları çətinləşdirən prosedurlar və alətlər tətbiq etmiş ola bilər. Bu isə çox vaxt tədqiqatçıların natamam və ya etibarsız məlumatlar əldə etmələrinə gətirib çıxarır ki, bu da onların, məsələn, istifadəçilərin - o cümlədən yetkinlik yaşına çatmayanların - qanunsuz və ya zərərli məzmuna məruz qalıb-qalmadıqlarını müəyyən etmək qabiliyyətinə mənfi təsir göstərir. Avropa Birliyinin qanunvericiliyinə əsasən, tədqiqatçılar sosial şəbəkələrin məlumatlarına çıxış imkanına malik olmalıdırlar, çünki bu, ictimaiyyətə texnologiyanın istifadəçilərin fiziki və ya psixoloji sağlamlığına potensial təsirini qiymətləndirməyə imkan verir.
         Avropa Komissiyası şirkətlərə öz nəticələri ilə tanış olmağı və yazılı cavab təqdim etməyi təklif edib. Əgər ilkin nəticələr təsdiqlənərsə, Avropa Komissiyası qanunvericilik tələblərinə əməl edilməməsi barədə qərar qəbul etmək və bunun ardınca qlobal illik dövriyyənin 6%-dək cərimə tətbiq etmək hüququna malik olacaq. 2025-ci ilin aprelində Meta şirkəti Avropa Birliyi tərəfindən Facebook və Instagram sosial şəbəkələrinin Rəqəmsal Bazarlar Qanununun (Digital Markets Act, DMA) reklam sahəsindəki tələblərinə əməl etmədiyinə görə 200 milyon avro məbləğində cərimələnmişdi.
    Paylaş
    Bənzər xəbərlər
    meta-ai-istifadecilere-fotolarini-redakte-etmeyi-ve-sosial-sebekede-paylasmagi-teklif-edecek
    Sosial Media

    Meta AI istifadəçilərə fotolarını redaktə etməyi və sosial şəbəkədə paylaşmağı təklif edəcək

    Meta Platforms şirkəti öz süni intellekt botu Meta AI üçün yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya istifadəçilərin smartfonlarında saxlanılan, lakin hələ sosial şəbəkələrdə paylaşılmamış şəkillərdə dəyişikliklər təklif etməyə imkan verəcək.
    valideynler-instagram-da-oz-usaqlarinin-suni-intellekt-personajlari-ile-unsiyyetlerini-mehdudlasdira-bilecekler
    Sosial Media

    Valideynlər Instagram-da öz uşaqlarının süni intellekt personajları ilə ünsiyyətlərini məhdudlaşdıra biləcəklər

    Meta şirkəti süni intellekt əsaslı virtual personajlara malik çat-botlarla ünsiyyəti məhdudlaşdırmaq üçün azyaşlılar üzərində valideyn nəzarətini gücləndirəcək yeni alətlər hazırlayır.
    instagram-yetkinlik-yasina-catmayan-istifadecileri-suni-intellektden-ve-hessas-mezmunlardan-qoruyacaq
    Sosial Media

    Instagram, yetkinlik yaşına çatmayan istifadəçiləri süni intellektdən və həssas məzmunlardan qoruyacaq

    Instagram, yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan qorumaq məqsədilə yeniyetmə hesabları üçün yeni məhdudiyyətlər tətbiq edir. Artıq 18 yaşdan aşağı istifadəçilər standart olaraq yalnız PG-13 reytinqinə uyğun məzmunu görə biləcəklər.
    polisler-suni-intellekt-terefinden-yaradilan-evsiz-sexsler-trendini-dayandirmagi-xahis-edirler
    Sosial Media

    Polislər süni intellekt tərəfindən yaradılan evsiz şəxslər trendini dayandırmağı xahiş edirlər

    Süni intellekt vasitəsilə video generasiya texnologiyalarının ən açıq tətbiq sahələrindən biri məşhurların görünüşünün təqlidi olub. Hətta artıq həyatda olmayan ulduzların arxiv müsahibələrini imitasiya edən videolar da geniş yayılıb.
    instagram-in-tv-versiyasi-nezerden-kecirilir
    Sosial Media

    Instagram-ın TV versiyası nəzərdən keçirilir

    Instagram böyük ekranlarda məzmun izləməyə artan tələbat fonunda ayrıca TV tətbiqi yaratmaq imkanını nəzərdən keçirir. Bu barədə servisin rəhbəri Adam Mosseri məlumat verib.