
Threads-in aylıq istifadəçi kütləsi 350 milyonu keçib
Sosial Media
02.05.2025
Emil
Meta şirkətinə məxsus mikrobloq platforması Threads-in auditoriyası sürətlə artmaqda davam edir. Şirkətin 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələri ilə bağlı çərşənbə günü verdiyi açıqlamada baş direktor Mark Zuckerberg bildirib ki, Threads platformasının aylıq aktiv istifadəçi sayı 350 milyondan çoxdur - bu, əvvəlki rüblə müqayisədə 30 milyon nəfər artım deməkdir. Yeni məlumatlar Threads-in artım tempinin sürətləndiyini göstərir. Ötən rübdə platforma aylıq auditoriyasını 20 milyon nəfər artırmışdı. Diqqətəlayiq məqamlardan biri də odur ki, Threads təkcə 1 ay ərzində Bluesky platformasının ümumi istifadəçi sayına yaxın qədər yeni istifadəçi cəlb edib. Son məlumatlara əsasən, mərkəzləşdirilməmiş sosial şəbəkə olan Bluesky-nin təxminən 35 milyon istifadəçisi var.

Bu arada X (keçmiş Twitter) sosial şəbəkəsinin baş direktoru Linda Yaccarino çərşənbə günü bildirib ki, platformanın aylıq aktiv istifadəçi sayı hazırda təxminən 600 milyon nəfərdir. Bu isə 2025-ci ilin yanvarında qeydə alınmış 586 milyon istifadəçi ilə müqayisədə cüzi bir artımdır. Threads-in auditoriyası hələlik Meta-nın digər sosial tətbiqləri - Facebook, Instagram, Messenger və WhatsApp ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır, lakin onun sürətli artımı platformanın mikrobloq xidmətləri ekosistemində mövqeyini möhkəmləndirir. Meta-nın açıqlamasına görə, ümumilikdə gündəlik olaraq 3.4 milyarddan çox insan şirkətə məxsus tətbiqlərdən ən azı birini istifadə edir. Zuckerberg investorlarla görüşdə bildirib ki, Threads-in artım tempi onun şirkətin növbəti böyük sosial platformasına çevriləcəyini göstərir.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Sosial Media
WhatsApp-ın aylıq istifadəçi kütləsi 3 milyardı keçib
Meta-nın baş direktoru Mark Zuckerberg rüblük maliyyə hesabatının dərcindən sonra keçirilmiş brifinqdə bildirib ki, WhatsApp tətbiqini ayda azı bir dəfə 3 milyarddan çox insan açır.

Proqram Təminatı
Meta AI tətbiqində ödənişli abunəlik istifadəyə verilə bilər
Meta AI tətbiqi yaxın zamanda ödənişli tarif planı ala bilər - OpenAI, Google və Microsoft-da da oxşar variantlar mövcuddur. Meta şirkəti əlavə hesablama resurslarına və ya funksiyalara ehtiyacı olanlar üçün “premium xidmət” təklif etməyə hazırdır.

Proqram Təminatı
Meta AI ayrıca süni zəka tətbiqi qismində istifadəyə verilib
Meta, Meta AI-ni WhatsApp, Instagram, Facebook və Messenger-ə inteqrasiya etdikdən sonra indi ayrıca bir süni zəka tətbiqi kimi istifadəyə verib. Bu tətbiq çərşənbə axşamı Meta-nın LlamaCon tədbirində təqdim olunub və istifadəçilərə Meta AI-ya ayrıca bir tətbiq vasitəsilə giriş imkanı verir.

Proqram Təminatı
İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər
Gemini süni zəka sisteminin aylıq istifadəçi sayı təxminən 350 milyon nəfər təşkil edir ki, bu da OpenAI-nin ChatGPT-si və hətta Meta AI ilə müqayisədə xeyli azdır.

Tech-Biznes
Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
Apple və Meta Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktına (Digital Markets Act - DMA) zidd hərəkət etdiklərinə görə cərimələnmiş ilk şirkətlər olublar.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
