
İnsanlar Google Gemini əvəzinə ChatGPT və Meta AI-ya daha çox üstünlük verirlər
Proqram Təminatı
24.04.2025
Emil
Gemini süni zəka sisteminin aylıq istifadəçi sayı təxminən 350 milyon nəfər təşkil edir ki, bu da OpenAI-nin ChatGPT-si və hətta Meta AI ilə müqayisədə xeyli azdır. Bu rəqəm Google-un cavabdeh qismində iştirak etdiyi məhkəmə iclasında açıqlanmış sənədlərdə yer alıb. The Information-un məlumatına görə, Google-a qarşı davam edən antimonopoliya işinin son məhkəmə iclaslarından birində şirkət Gemini süni zəka köməkçisinin aktiv istifadəçi sayını əks etdirən slayd təqdim edib. Həmin məlumatlara əsasən, 2025-ci ilin mart ayına olan vəziyyətə görə, Gemini-nin aylıq aktiv istifadəçi sayı dünyada 350 milyon nəfərə çatıb. Gündəlik istifadəçi sayı isə təxminən 35 milyon nəfərdir.

Rəqiblərindən geri qalmasına baxmayaraq, Google 2024-cü ilin oktyabrından etibarən Gemini istifadəçi payını artırıb. Həmin vaxt gündəlik istifadəçi sayı 9 milyon, aylıq isə 90 milyon nəfər idi. Google bu rəqəmləri ABŞ Ədliyyə Nazirliyinin şirkətin süni zəka vasitəsilə axtarış sahəsindəki dominantlığını genişləndirməsinin qarşısının alınması ilə bağlı bəyanatı kontekstində təqdim edib. Lakin hazırda Google-un bu sahədə geridə qaldığı açıq-aşkar görünür. Onun göstəriciləri ilə müqayisədə OpenAI və Meta onu xeyli qabaqlayır. TechCrunch-ın məlumatına görə, 2024-cü ilin sentyabrına olan vəziyyətə əsasən, Meta AI-nin aylıq istifadəçi sayı 500 milyona yaxın olub.

OpenAI isə yaxın vaxtlarda bəyan edib ki, hər həftə ChatGPT-dən dünya üzrə 400 milyondan çox insan istifadə edir. Bu məlumatların hesablanma üsulu şirkətlər arasında fərqli olsa da, bu rəqəmlər şübhəsiz ki, Google-un OpenAI-dən süni zəka köməkçisi istifadəçilərinin sayına görə ciddi şəkildə geri qaldığını göstərir. Lakin hələ də qeyri-müəyyənlik qalır: Google-un təqdim etdiyi statistikaya Gemini-nin Workspace və Gmail kimi məhsullara inteqrasiyası daxil edilibmi? Halbuki bu məhsulların çox geniş istifadəçi bazası olduğu məlumdur.
Mənbə: 9to5google
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Daha bir şirkət Chrome brauzerinin alınmasında maraqlıdır
Perplexity şirkəti, əgər məhkəmə Google-u Chrome brauzerini satmağa məcbur etsə, onu almağa hazır olduğunu bəyan edib. Bununla belə, şirkət bildirir ki, Chrome-un Google ekosistemində qalması, onun OpenAI-nin nəzarətinə keçməsindən daha məqsədəuyğundur, çünki bu hal Chromium layihəsinin açıqlığını və sabitliyini təhlükə altına qoya bilər.

Proqram Təminatı
Google Play Market-də təsadüfi abunəlik və ya alış-verişlərdən qorunmaq üçün yeni mexanizm istifadəyə verilib
Google, Play Market tətbiqində istifadəçiləri təsadüfi alış-verişlərdən qorumaq məqsədilə yeni bir mexanizm tətbiq edib. Əvvəllər alış-veriş prosesinə biometrik identifikasiya və ya şifrə daxil etmə mərhələsi əlavə olunmuşdu - indi isə bu prosesə düyməni əvəz edən sürüşdürmə (slider) mexanizmi əlavə olunub.

Sosial Media
Son 10 ildə ilk dəfə YouTube playerinin istifadəçi interfeysi dəyişib
Bu gün YouTube platformasına ilk videonun yüklənməsindən düz 20 il ötür. Platformanın veb video playerinin istifadəçi interfeysinin hazırkı dizaynı 10 il ərzində dəyişdirilməmişdi və yubiley münasibətilə Google onu yeniləmək qərarına gəlib.

Tech-Biznes
Avropa Birliyi Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro məbləğində cərimələyib
Apple və Meta Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktına (Digital Markets Act - DMA) zidd hərəkət etdiklərinə görə cərimələnmiş ilk şirkətlər olublar.

Tech-Biznes
OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır
OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib.
Ən çox oxunanlar

Vivo X200 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
