Logo
    main-post-cover

    Instagram-da Reels videolarının baxış tarixçəsi imkanı istifadəyə verilib

    Sosial Media
    27.10.2025
    Emil
         Instagram yeni Watch history funksiyasını istifadəyə verib. Bu funksiya daha əvvəl baxılmış bütün Reels videolarını görməyə imkan yaradır. Bu barədə platformanın rəhbəri Adam Mosseri məlumat verib. Bölməyə daxil olmaq üçün menyuda “Settings” → “Your activity” → “Watch history” ardıcıllığını yerinə yetirmək lazımdır. İstifadəçilər siyahını tarixə, tarix aralığına və ya müəllifə görə sıralaya, həmçinin istədikləri videoları tarixçədən silə bilərlər. Əvvəllər, itirilmiş videonu tapmaq üçün istifadəçilər ya hesab məlumatlarını yükləməli, ya da bəyəndikləri məzmunu fərdi şəkildə axtarmalı olurdular. Oxşar funksiya TikTok-da artıq bir neçə ildir mövcuddur, lakin Instagram daha çox çeviklik təklif edir - istifadəçi görüntüləmə ardıcıllığını “yenidən köhnəyə” və ya “köhnədən yeniyə” doğru dəyişə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    avropa-birliyi-tiktok-facebook-ve-instagram-i-seffafliq-qaydalarini-pozmaqda-gunahlandirib
    Tech-Biznes

    Avropa Birliyi Tiktok, Facebook və Instagram-ı şəffaflıq qaydalarını pozmaqda günahlandırıb

    Avropa Komissiyası Avropa Birliyi ərazisində fəaliyyət göstərərkən şəffaflıq tələblərini pozduğuna görə TikTok və Meta şirkətlərinə qarşı ittiham irəli sürüldüyünü açıqlayıb. Xüsusilə, Avropa Komissiyası bu ABŞ və Çin texnologiya nəhənglərini Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən tədqiqatçılara “münasib səviyyədə çıxış” imkanı təqdim etmək öhdəliklərini pozmaqda günahlandırıb.
    valideynler-instagram-da-oz-usaqlarinin-suni-intellekt-personajlari-ile-unsiyyetlerini-mehdudlasdira-bilecekler
    Sosial Media

    Valideynlər Instagram-da öz uşaqlarının süni intellekt personajları ilə ünsiyyətlərini məhdudlaşdıra biləcəklər

    Meta şirkəti süni intellekt əsaslı virtual personajlara malik çat-botlarla ünsiyyəti məhdudlaşdırmaq üçün azyaşlılar üzərində valideyn nəzarətini gücləndirəcək yeni alətlər hazırlayır.
    instagram-yetkinlik-yasina-catmayan-istifadecileri-suni-intellektden-ve-hessas-mezmunlardan-qoruyacaq
    Sosial Media

    Instagram, yetkinlik yaşına çatmayan istifadəçiləri süni intellektdən və həssas məzmunlardan qoruyacaq

    Instagram, yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan qorumaq məqsədilə yeniyetmə hesabları üçün yeni məhdudiyyətlər tətbiq edir. Artıq 18 yaşdan aşağı istifadəçilər standart olaraq yalnız PG-13 reytinqinə uyğun məzmunu görə biləcəklər.
    instagram-in-tv-versiyasi-nezerden-kecirilir
    Sosial Media

    Instagram-ın TV versiyası nəzərdən keçirilir

    Instagram böyük ekranlarda məzmun izləməyə artan tələbat fonunda ayrıca TV tətbiqi yaratmaq imkanını nəzərdən keçirir. Bu barədə servisin rəhbəri Adam Mosseri məlumat verib.
    instagram-in-istifadeci-sohbetlerini-dinlediyi-sosial-sebekenin-rehberi-terefinden-tekzib-edilib
    Sosial Media

    Instagram-ın istifadəçi söhbətlərini dinlədiyi sosial şəbəkənin rəhbəri tərəfindən təkzib edilib

    Instagram-ın baş direktoru Adam Mosseri sosial şəbəkədəki səhifəsində bir paylaşım edərək, platformanın istifadəçiləri qulaq asaraq onlara uyğun reklam göstərmək istədiyi barədə yayılan mifə aydınlıq gətirməyə çalışıb.