Logo
    main-post-cover

    Instagram-da fərdiləşdirilmiş Reels lenti funksiyası istifadəyə verilib

    Sosial Media
    17.04.2025
    Emil
         Instagram Blend adlı yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu funksiya sizə və dostlarınıza özəl, fərdiləşdirilmiş Reels lentini yaratmağa imkan verir. Blend yalnız dəvətlə aktivləşdirilə bilər və onu ya bir dostla, ya da qrup çatında yaratmaq mümkündür. Fərdi lentlər hər gün yeni məzmunla yenilənir. Siz Blend dəvətini qəbul etdikdən və ya bir qrupa qoşulduqdan sonra çatdakı hər bir şəxs üçün seçilmiş Reels videolarına baxa biləcəksiniz. Qrupdakı biri hər hansı bir Reels-ə reaksiya verdikdə, Instagram sizə bildiriş göndərəcək ki, bu mövzuda DM çatında söhbəti davam etdirə biləsiniz.
         Bu funksiyanın arxasındakı əsas fikir dostlarınızın hansı Reels videolarına maraq göstərdiyini kəşf etmək, eyni zamanda onlarla birgə yeni məzmunlar taparaq əlaqəni gücləndirməkdir. Blend funksiyası Instagram-a yeni sosial element gətirməyi hədəfləyir və son illərdə influnserlər və reklamların artması fonunda kölgədə qalan “dostlarla an paylaşmaq” prinsiplərinə geri dönüşü təşviq edir. Blend-in istifadəyə verilməsi ilə Instagram istifadəçilərə TikTok-da olmayan bir funksiyaya çıxış imkanı yaradır - bu da Instagram-ın əsas rəqiblərindən biridir.
         Instagram üçün Blend həm Reels bölməsində yeni məzmunların kəşfini artırmaq, həm də izlənmə müddətini yüksəltmək üçün bir vasitə ola bilər, çünki bu funksiya istifadəçiləri qısa formatlı videoları birlikdə izləməyə təşviq edir. Blend yaratmaq üçün bir nəfərlə və ya qrupla olan DM çatını açmalı və çatın yuxarısında yerləşən yeni Blend ikonuna toxunmalısınız. Daha sonra “Dəvət et” seçimini seçərək DM çatındakı insanları Blend-ə qoşulmağa dəvət etməlisiniz. Ən azı bir nəfər dəvətinizi qəbul etdikdə Blend yaradılacaq. Yaratdığınız Blend-ə yenidən baxmaq üçün DM çatına daxil olub Blend ikonuna toxunmaq kifayətdir.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    meta-imessage-in-instagram-ve-facebook-messenger-den-meshur-oldugunu-dusunur
    Sosial Media

    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür

    Meta artıq bir neçə ildir ki, antiinhisar iddiası ilə üzləşir və 2021-ci ilin iyun ayında Federal Məhkəmə Hakimi işi rədd etsə də, ABŞ Federal Ticarət Komissiyası (FTC) 2022-ci ildə daha təkmilləşdirilmiş bir şikayət təqdim etmişdi.
    mark-zuckerberg-instagram-in-ayrica-sirkete-cevrileceyini-istisna-etmir
    Tech-Biznes

    Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir

    Mark Zuckerberg, Instagram-ın müstəqil bir şirkətə çevrilməsini istisna etmir. O bu ideyanı ABŞ Federal Ticarət Komissiyası (FTC) Instagram və WhatsApp-ın alınması ilə bağlı antiinhisar araşdırmasına başlamazdan 1 il əvvəl təklif etmişdi.
    instagram-ve-whatsapp-in-meta-dan-ayrilmasina-dair-mehkeme-isinde-ciddi-subut-teqdim-edilib
    Tech-Biznes

    Instagram və WhatsApp-ın Meta-dan ayrılmasına dair məhkəmə işində ciddi sübut təqdim edilib

    ABŞ Federal Ticarət Komissiyasının (FTC) Meta şirkətinə qarşı antimonopoliya məhkəmə prosesində irəli sürdüyü ittiham xətti, Meta-nın iddiasına görə, 10 il əvvəl yazılmış məktublara əsaslanır. Əgər FTC bu işdə qalib gəlsə, Meta Instagram və WhatsApp-ı itirmək riski ilə üzləşə bilər.
    whatsapp-ve-instagram-in-meta-dan-potensial-ayrilmasina-dair-mehkeme-prosesine-start-verilib
    Tech-Biznes

    WhatsApp və Instagram-ın Meta-dan potensial ayrılmasına dair məhkəmə prosesinə start verilib

    Bu gün Meta şirkətinə qarşı sosial şəbəkələr sahəsində qanunsuz inhisar yaratmaq ittihamı ilə məhkəmə prosesi başlayıb. Bu, Meta-nın Instagram və WhatsApp-ı alması ilə əlaqələndirilir.
    instagram-da-sifrelenmis-reels-ler-test-edilir
    Sosial Media

    Instagram-da şifrələnmiş Reels-lər test edilir

    Məlumdur ki, ABŞ-da TikTok-un qeyri-müəyyən vəziyyəti fonunda Meta təcili olaraq Instagram və digər tətbiqlərini təkmilləşdirməyə başlayıb.