Logo
    main-post-cover

    Facebook hesabına şifrəsiz daxil olmaq mümkün olacaq

    Sosial Media
    19.06.2025
    Emil
         Facebook Passkey (giriş açarı) texnologiyası ilə avtorizasiya dəstəyini tətbiq etməyə başlayıb. Bu o deməkdir ki, istifadəçilər artıq ənənəvi şifrələrdən imtina edib, barmaq izi və ya üz tanıma kimi daha etibarlı identifikasiya üsulunu seçə biləcəklər. Bu yanaşma sosial şəbəkə hesablarına icazəsiz giriş cəhdlərini xeyli çətinləşdirir. Passkey texnologiyası standart şifrələrə nisbətən daha təhlükəsiz alternativ hesab olunur, çünki giriş açarını nə tapmaq, nə də üçüncü şəxslərə ötürmək mümkündür. Həmçinin bu texnologiya fişinq hücumlarına qarşı da müdafiəni təmin edir. Yəni cinayətkarlar istifadəçiləri saxta saytlara yönləndirərək avtorizasiya məlumatlarını əldə edə bilməzlər.
         Çünki giriş açarı konkret bir domenə bağlıdır və brauzer onu başqa saytlarda, o cümlədən fişinq məqsədilə yaradılmış səhifələrdə istifadə etməyə cəhd göstərməyəcək. Meta giriş açarlarının dəstəklənməsinin dəqiq tarixlərini açıqlamayıb, yalnız bu funksiyanın yaxın zamanda Android iOS üçün nəzərdə tutulmuş tətbiqlərdə istifadəyə veriləcəyini bildirib. Bundan əlavə, şirkət giriş açarlarının dəstəyini Messenger mesajlaşma tətbiqinə də əlavə etməyi planlaşdırır ki, istifadəçilər Facebook-da istifadə etdikləri eyni giriş açarını orada da tətbiq edə bilsinlər. Platformaya daxil olmaq üçün həmçinin fiziki açar və ya iki faktorlu autentifikasiya texnologiyasından da istifadə etmək mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər
    meta-openai-mutexessislerini-100-milyon-dollarliq-bonus-ile-ozune-celb-etmek-isteyibmis
    Tech-Biznes

    Meta OpenAI mütəxəssislərini 100 milyon dollarlıq bonus ilə özünə cəlb etmək istəyibmiş

    Süni zəka sahəsində dəyərli kadrlar uğrunda mübarizənin kəskinliyi OpenAI-nin qurucusu Sam Altman-ın qardaşı Jack Altman tərəfindən aparılan podkastda səsləndirdiyi fikirlərlə bir daha diqqətə çatdırılıb.
    istifadeciler-instagram-hesablarinin-sebebsiz-bloklanmasindan-sikayet-edirler
    Sosial Media

    İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər

    Son bir neçə həftə ərzində Instagram sosial şəbəkəsinin istifadəçiləri platforma administrasiyası tərəfindən səhvən bloklanan hesabların sayının kəskin artdığından şikayət edirlər.
    facebook-ve-instagram-da-yaxin-zamanda-suni-zeka-reklamlari-sergilenecek
    Süni İntellekt

    Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək

    Facebook və Instagram sosial şəbəkələrinin sahibi olan Meta Platforms şirkəti marketoloqlar üçün reklam videolarının yaradılmasını daha ucuz və rahat etmək məqsədilə bu sahədəki inkişafını davam etdirir.
    sosial-sebekeler-abs-da-televiziyani-geride-qoyaraq-xeberlerin-esas-menbeyine-cevrilibler
    Sosial Media

    Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər

    Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr amerikalılar üçün əsas xəbər mənbəyi kimi televiziyanı geridə qoyub. Aparılmış yeni araşdırmanın nəticələrinə əsasən ABŞ-da yetkin əhalinin 54%-i xəbərləri sosial şəbəkələr və ya video platformalar vasitəsilə əldə edir.
    meta-ai-ile-yazismalarin-hamiya-gorunduyu-xeberdarligi-verilir
    Proqram Təminatı

    Meta AI ilə yazışmaların hamıya göründüyü xəbərdarlığı verilir

    Meta Platforms istifadəçiləri şirkətin Meta AI adlı süni zəka çat-botu tətbiqində şəxsi və məxfi məlumatları paylaşmamağa çağırıb. Bu xəbərdarlıq, bir çox istifadəçinin şəxsi məlumatları Meta AI-nin ictimai lentində paylaşmasından sonra edilib.