Logo
    main-post-cover

    Facebook və Instagram-da yaxın zamanda süni zəka reklamları sərgilənəcək

    Süni İntellekt
    18.06.2025
    Emil
         FacebookInstagram sosial şəbəkələrinin sahibi olan Meta Platforms şirkəti marketoloqlar üçün reklam videolarının yaradılmasını daha ucuz və rahat etmək məqsədilə bu sahədəki inkişafını davam etdirir. Bu dəfə şirkət süni zəkaya əsaslanan və şəkilləri tam formatlı videolara çevirə bilən yenilənmiş xidməti elan edib. Reklamverənlər 20-yə qədər şəkil yükləməklə, musiqi və üzərində mətn olan videolar yarada bilirlər. Meta-nın baş direktoru Mark Zuckerberg bu ili süni zəkanın əsas prioritetlərindən biri elan edib.
         Şirkət OpenAI, Google Microsoft ilə böyük dil modellərinin hazırlanması və onların əsasında istifadəçi yönümlü funksiyaların yaradılması sahəsində rəqabəti davam etdirir. Bu ay Meta 14.3 milyard dollar həcmində Scale AI startapına investisiya yatırıb və süni zəka sahəsində yeni bir proqramçı komandası formalaşdırıb. Bununla yanaşı, Meta süni zəkanı öz reklam biznesinin əsas inkişaf istiqaməti kimi müəyyənləşdirib. Bu sahə şirkətin illik gəlirinin təxminən 98%-ni təşkil edir.
         Meta-nın reklamverənlərinin böyük hissəsi kiçik bizneslərdir və onlar üçün marketinq materiallarının istehsalı nə qədər ucuz başa gələrsə, həmin kontentin Facebook və Instagram platformalarında irəli çəkilməsinə bir o qədər çox vəsait ayıra bilirlər. Meta daha əvvəl mətn göstərişlərinə əsaslanaraq reklam şəkilləri yaradan alət, eləcə də şəkilləri GIF formatına çevirən vasitə təqdim etmişdi. Şirkət, həmçinin, istehlakçı seqmentinə yönəlmiş və mətn təsviri əsasında video yaradan Movie Gen adlı süni zəka generatoru üzərində də işləyir.
    Paylaş
    Bənzər xəbərlər
    sosial-sebekeler-abs-da-televiziyani-geride-qoyaraq-xeberlerin-esas-menbeyine-cevrilibler
    Sosial Media

    Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər

    Tarixdə ilk dəfə olaraq sosial şəbəkələr amerikalılar üçün əsas xəbər mənbəyi kimi televiziyanı geridə qoyub. Aparılmış yeni araşdırmanın nəticələrinə əsasən ABŞ-da yetkin əhalinin 54%-i xəbərləri sosial şəbəkələr və ya video platformalar vasitəsilə əldə edir.
    meta-ai-ile-yazismalarin-hamiya-gorunduyu-xeberdarligi-verilir
    Proqram Təminatı

    Meta AI ilə yazışmaların hamıya göründüyü xəbərdarlığı verilir

    Meta Platforms istifadəçiləri şirkətin Meta AI adlı süni zəka çat-botu tətbiqində şəxsi və məxfi məlumatları paylaşmamağa çağırıb. Bu xəbərdarlıq, bir çox istifadəçinin şəxsi məlumatları Meta AI-nin ictimai lentində paylaşmasından sonra edilib.
    suni-zeka-resm-eserini-4-saata-berpa-edib-video
    Süni İntellekt

    Süni zəka rəsm əsərini 4 saata bərpa edib (VİDEO)

    Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Alex Kachkine rəsm əsərlərinin aylarla davam edən bərpasını cəmi bir neçə saata reallaşdırmağa imkan verən rəqəmsal bərpa üsulu hazırlayıb.
    openai-pentaqon-ucun-herbi-suni-zeka-hazirlayacaq
    Süni İntellekt

    OpenAI Pentaqon üçün hərbi süni zəka hazırlayacaq

    OpenAI ABŞ Müdafiə Nazirliyi ilə süni zəkanın dövlət qurumlarında tətbiqinə yönəlmiş yeni “OpenAI hökumət üçün” proqramı çərçivəsində 200 milyon dollar dəyərində müqavilə imzalayıb.
    instagram-da-paylasimlarin-repost-funksiyasi-yeniden-test-edilir
    Sosial Media

    Instagram-da paylaşımların repost funksiyası yenidən test edilir

    Instagram istifadəçilərə paylaşımları repost etmək imkanı verməyə başlayıb. Bu barədə TechCrunch platformanın sahibi olan Meta şirkətindən təsdiq aldıqdan sonra məlumat yayıb.