Logo
    main-post-cover

    ABŞ və Çin TikTok ilə bağlı sövdələşmədə razılığa gəliblər

    Sosial Media
    16.09.2025
    Emil
         Madriddə amerikalı və çinli rəsmilərdən ibarət nümayəndə heyətləri arasında aparılmış danışıqlar qismən TikTok-un ABŞ-dakı biznesinin restrukturizasiyası ilə bağlı nəzərdə tutulan sövdələşməyə aid olub. ABŞ tərəfi sövdələşmənin çərçivə şərtlərinin razılaşdırıldığını təsdiqləyib və indi onların qarşıdakı cümə günü Donald TrumpXi Jinping tərəfindən təsdiqlənməsi gözlənilir. Reuters-in qeyd etdiyinə görə, iki ölkənin liderləri sövdələşməni cümə günü telefon danışığı zamanı müzakirə edəcəklər. ABŞ maliyyə naziri Scott Bessent-in sözlərinə görə, TikTok-un ABŞ-da 17 sentyabra qədər bloklanması təhlükəsi Çin tərəfini müəyyən razılaşmalara gəlməyə vadar edib.
         Hər halda, ABŞ-da TikTok-un qadağan edilməsinə verilən möhlət sövdələşmənin həyata keçirilməsi üçün şərait yaratmaq məqsədilə daha 90 gün uzadıla bilər. Amerikalı rəsmilərin sözlərinə görə, Çin tərəfi üçün TikTok-un Çin kimliyini qoruyub saxlamaq mühüm idi və sövdələşmənin ilkin şərtləri bunu mümkün edir. Eyni zamanda, ABŞ hakimiyyəti üçün əsas məsələ milli təhlükəsizliyin təmin olunması olub. ABŞ və Çin arasında TikTok ilə bağlı nələrin razılaşdırıldığı hələ açıqlanmır. Donald Trump bildirib ki, hələlik Çin tərəfinin TikTok-un ABŞ aktivlərində hər hansı payı saxlayıb-saxlamayacağı aydın deyil, lakin bu şərt cümə günü Çin lideri ilə müzakirə olunacaq.
         Sövdələşmənin həmçinin ABŞ Konqresindən də təsdiq alması tələb olunacaq. Trump öz sosial şəbəkəsi Truth Social-da bəyan edib ki, amerikalı gənclər “müəyyən şirkətin xilasından” çox məmnun qalacaqlar və ABŞ ilə Çin arasındakı münasibətlər onun fikrincə çox güclüdür. Çin rəsmiləri isə sövdələşmənin amerikalılara müəyyən intellektual hüquqların, o cümlədən TikTok-un platformanın unikal olmasında mühüm rol oynayan tövsiyə alqoritminə lisenziyanın verilməsini nəzərdə tuta biləcəyinə işarə ediblər. Bəzi məlumatlara görə, əgər TikTok ilə bağlı razılaşma əldə olunmasaydı, bu, ABŞ və Çin liderlərinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan görüşünü təhlükə altına qoya bilərdi.
    Paylaş
    Bənzər xəbərlər
    donald-trump-tiktok-u-abs-da-usaqlarin-namine-xilas-etmek-isteyir
    Sosial Media

    Donald Trump TikTok-u ABŞ-da uşaqların naminə xilas etmək istəyir

    ABŞ-ın hazırkı prezidenti Donald Trump ikinci müddətinin ilk günündə əvvəlki administrasiyadan miras qalan ağır bir vəziyyətlə - ölkədə Çin sosial şəbəkəsi TikTok-un fəaliyyətini qadağan edən qanunun qüvvəyə minməsi ilə üzləşib.
    trump-google-ve-apple-in-avropa-terefinden-cerimelenmesine-ciddi-cavabin-verileceyi-ile-hedeleyib
    Tech-Biznes

    Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

    ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, Google və Apple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır.
    avropa-birliyi-trump-in-hedelerine-baxmadan-texnoloji-saheni-sert-tenzimlemeye-davam-edecek
    Tech-Biznes

    Avropa Birliyi Trump-ın hədələrinə baxmadan texnoloji sahəni sərt tənzimləməyə davam edəcək

    Avropa rəsmiləri regionda qüvvədə olan qanunvericiliyin texnologiya şirkətlərinə tətbiq edilməsinin zəruriliyində israr ediblər, baxmayaraq ki, ABŞ prezidenti Donald Trump bu normaların ABŞ şirkətlərinə ziyan vurduğunu iddia edərək cavab olaraq rüsumlar tətbiq etməklə hədələyib.
    tiktok-ozel-yazismalarda-sesli-mesajlar-foto-ve-video-gondermeyi-mumkun-edib
    Sosial Media

    TikTok özəl yazışmalarda səsli mesajlar, foto və video göndərməyi mümkün edib

    TikTok-un tərtibatçıları platformanın messencerinə yeni funksiyalar əlavə ediblər ki, bu da onu adi video izləmə xidmətindən tam hüquqlu ünsiyyət vasitəsinə çevirməyə kömək edəcək.
    donald-trump-abs-sirketlerine-manee-yaradan-olkelere-elave-rusumlar-tetbiq-ede-biler
    Tech-Biznes

    Donald Trump ABŞ şirkətlərinə maneə yaradan ölkələrə əlavə rüsumlar tətbiq edə bilər

    ABŞ prezidenti Donald Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələrə qarşı əhatəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Bir neçə gün əvvəl dövlət başçısı bu məsələni Ağ Evdə Meta-nın baş direktoru Mark Zuckerberg ilə müzakirə etmişdi.