Logo
    main-post-cover

    Trump Google və Apple-ın Avropa tərəfindən cərimələnməsinə ciddi cavabın veriləcəyi ilə hədələyib

    Tech-Biznes
    08.09.2025
    Emil
         ABŞ prezidenti Donald Trump keçən həftənin cümə günü bəyan edib ki, GoogleApple kimi ABŞ texnologiya şirkətlərinə Avropa tərəfindən tətbiq olunan diskriminasiya cərimələri ləğv etmək məqsədilə ticarət araşdırmasına başlamağı planlaşdırır. O bu barədə Truth Social sosial şəbəkəsində, Avropa Komissiyasının Google-u reklam biznesində rəqabətə zidd praktikalara görə 2.95 milyard avro (3.45 milyard dollar) məbləğində cərimələdiyinin məlum olmasından bir neçə saat sonra yazıb.
         “Biz bu cür vəziyyətin parlaq və misilsiz ABŞ ixtiraçılığına qarşı baş verməsinə imkan verə bilmərik və əgər bu baş verərsə, mən məcbur olub 301-ci Bölməyə uyğun olaraq prosedura başlayacağam ki, bu vergi ödəyən ABŞ şirkətlərinə tətbiq edilən ədalətsiz cərimələri ləğv edim” - deyə Trump Truth Social hesabında qeyd edib. ABŞ prezidenti qeyd edib ki, Google əvvəllər “saxta iddialar və ittihamlar” üzrə 13 milyard dollar ödəyib.
         “Bu, son dərəcə ədalətsizdir və ABŞ vergi ödəyiciləri buna dözməyəcəklər!” - deyə Trump bəyan edib. O, həmçinin Avropa Birliyini Apple-dan guya rəqabətə zidd fəaliyyətə görə milyardlarla dollar məbləğində vergi borcları və cərimələr tələb etməklə şantajda ittiham edib. Onun sözlərinə görə, Apple 17 milyard dollar məbləğində cərimələnib və görünür, bu məbləğə şirkətin 2024-cü ildə İrlandiya məhkəməsinin qərarı ilə iyul ayında ödədiyi 16.5 milyard dollar (14.25 milyard avro) vergi borcu da daxildir. Trump hesab edir ki, Apple öz pullarını geri almalıdır.
     
    Paylaş
    Bənzər xəbərlər
    texnoloji-sahenin-liderlerinin-umumi-bazar-deyeri-21-trilyon-dollara-catib
    Tech-Biznes

    Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb

    Google-un antiinhisar işi üzrə məhkəmə qərarı Alphabet və Apple səhmlərinin kəskin artmasına səbəb olub. Broadcom isə 10 milyard dollarlıq yeni müştəri qazanıb.
    avropa-birliyi-google-sirketini-3-milyard-avroya-yaxin-meblegde-cerimeleyib
    Tech-Biznes

    Avropa Birliyi Google şirkətini 3 milyard avroya yaxın məbləğdə cərimələyib

    Avropa Komissiyası Google-u reklam texnologiyaları sektorunda rəqabətə zidd fəaliyyətə görə 2.95 milyard avro cərimələyib. Bu, artıq Avropa Birliyi tənzimləyiciləri ilə 10 illik antiinhisar araşdırması çərçivəsində şirkət üçün dördüncü böyük cərimədir.
    google-un-veo-3-video-generatoru-google-photos-a-elave-edilib
    Proqram Təminatı

    Google-un Veo 3 video generatoru Google Photos-a əlavə edilib

    Google-un ən son video generasiya modeli Veo 3 Google Photos-a gəlib. Yeni model mobil tətbiqin “Create” bölməsində əlçatan olub və ABŞ-dakı istifadəçilərə sabit şəkillərini videolara çevirməyə imkan verir.
    fransa-google-sirketini-325-milyon-avro-mebleginde-cerimeleyib
    Tech-Biznes

    Fransa Google şirkətini 325 milyon avro məbləğində cərimələyib

    Fransanın məlumatların qorunması üzrə tənzimləyici qurumu Google-a Gmail istifadəçilərinə reklamların düzgün göstərilməməsi və Google hesablarının istifadəçi razılığı olmadan cookie fayllarından istifadə edilməsi səbəbindən 325 milyon avro məbləğində cərimə tətbiq edib.
    google-istifadeci-konfidensialligini-pozduguna-gore-425-milyon-dollar-cerime-odemeli-olacaq
    Tech-Biznes

    Google istifadəçi konfidensiallığını pozduğuna görə 425 milyon dollar cərimə ödəməli olacaq

    Keçən çərşənbə günü San-Fransisko məhkəməsində keçirilmiş dinləmələrin yekununda münsiflər heyəti qərar çıxardı ki, Google şirkəti istifadəçilərin şəxsi həyat toxunulmazlığı hüququnun pozulması ilə bağlı qaldırılmış kollektiv iddia üzrə 425.7 milyon dollar kompensasiya ödəməlidir.