
OpenAI yaxın həftələrdə öz süni zəka əsaslı brauzerini istifadəyə verə bilər
Proqram Təminatı
10.07.2025
Emil
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti yaxın həftələrdə süni zəka funksiyaları ilə təchiz olunmuş veb brauzerini təqdim edə bilər. Məlumata görə, bu layihə hazırda demək olar ki, tamamilə Google Chrome-un üstünlük təşkil etdiyi brauzer bazarında rəqabətin güclənməsinin bir hissəsi olacaq. Yeni brauzer süni zəka texnologiyalarından istifadə edəcək və internetdə gəzinməyin ənənəvi üsulunu dəyişə biləcək.

Ənənəvi brauzerlərdən fərqli olaraq, bu brauzer istifadəçi ilə qarşılıqlı əlaqənin bir hissəsini ChatGPT daxilində saxlayacaq və istifadəçinin xarici saytlara keçməsinə olan ehtiyacı azaldacaq. Əsas funksiyalardan biri isə Operator adlı süni zəka agenti ilə inteqrasiya olacaq. Bu agent internetdə müstəqil şəkildə məlumat axtara biləcək. Daha əvvəl The Information nəşri məlumat vermişdi ki, OpenAI 2024-cü ildə brauzer yaratmaq imkanını nəzərdən keçirib. Bu gün öz süni zəka əsaslı brauzerini təqdim etmiş Perplexity şirkətinə bənzər şəkildə, OpenAI də istifadəçi məlumatlarına birbaşa çıxış əldə etməyə və Google-un vasitəçi rolunu aradan qaldıraraq müstəqil bir ekosistem yaratmağa çalışır.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
ChatGPT-də təhsil rejiminin testinə start verilib
ChatGPT-də yeni Study Together rejimi istifadəyə verilib və bu rejim tələbələr və müəllimlərin süni zəkadan istifadə tərzini dəyişə bilər. Ənənəvi hazır cavablar təqdim etmək əvəzinə, çat-bot interaktiv öyrənmə təcrübəsi təklif edir - suallar verir və istifadəçini tənqidi düşünməyə təşviq edir.

Süni İntellekt
ChatGPT şahmatda keçən əsrin kompüter proqramına uduzub
Retro oyun konsolu Atari 2600 tezliklə 50 illiyini qeyd edəcək. Bu konsolda o dövr üçün texnoloji sıçrayış hesab olunan şahmat proqramı quraşdırılmışdı - insanlar onun vasitəsilə kompüterə qarşı şahmat oynaya bilirdilər.

Süni İntellekt
GPT-5 eyni anda bir neçə süni zəka modelini əvəz edəcək
OpenAI şirkəti yaxın vaxtlarda flaqman süni zəka modeli olacaq GPT-5-i təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Gözlənilir ki, bu model hazırda mövcud olan bir neçə süni zəka modelini - məsələn, GPT-4o və GPT-4-ü əvəz edəcək, bu da ChatGPT istifadəçiləri üçün iş prinsiplərini sadələşdirəcək və süni zəka texnologiyalarının effektivliyini artıracaq.

Təhlükəsizlik
ChatGPT saxta linklərin yayılması üçün alətə çevrilib
Netcraft şirkətinin tədqiqatçıları müəyyən ediblər ki, ChatGPT və digər çat-botlar istifadəçilər onlardan böyük şirkətlərin rəsmi sayt ünvanlarını soruşduqda tez-tez səhvlərə yol verirlər.

Proqram Təminatı
ChatGPT-dən xəbər saytlarına keçid olduqca artıb
ChatGPT platformasından xəbər saytlarına keçidlərin sayı artıb. Bu barədə məlumat Similarweb-in statistikalarında qeyd edilib. Lakin bu artım axtarış sistemindən edilən kliklərin azalmasını kompensasiya etmək üçün yetərli deyil.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
