
ChatGPT saxta linklərin yayılması üçün alətə çevrilib
Təhlükəsizlik
07.07.2025
Emil
Netcraft şirkətinin tədqiqatçıları müəyyən ediblər ki, ChatGPT və digər çat-botlar istifadəçilər onlardan böyük şirkətlərin rəsmi sayt ünvanlarını soruşduqda tez-tez səhvlərə yol verirlər. Testlər zamanı GPT-4.1 modeli düzgün URL ünvanını yalnız halların 66%-ində təqdim edib. Qalan hallarda isə ya mövcud olmayan səhifələrə yönləndirmə olub (29%), ya da legitim, lakin istifadəçinin axtardığı sayta aid olmayan səhifələr göstərilib (5%). Netcraft şirkətinin təhdidlərin araşdırılması şöbəsinin rəhbəri Rob Duncan izah edib ki, bu cür səhvlər dələduzlar üçün yeni imkanlar yaradır.

Əgər süni zəka işləməyən bir domen təqdim edərsə, kibercinayətkarlar həmin domeni qeydiyyatdan keçirib fişinq səhifəsi yarada bilərlər. Problem ondadır ki, çat-botlar sözləri və assosiasiyaları təhlil edirlər, lakin saytların nüfuzlarını yoxlamırlar. Məsələn, ChatGPT bir dəfə Wells Fargo bankının saytı ilə bağlı sorğuya cavab olaraq əvvəllər fişinq hücumlarında istifadə olunmuş saxta bir səhifənin ünvanını təqdim edib. Duncan-ın sözlərinə görə, kibercinayətkarlar öz metodlarını yeni reallıqlara uyğunlaşdırırlar, çünki istifadəçilər getdikcə daha çox axtarış sistemləri əvəzinə süni zəkaya güvənirlər və çat-botların səhv edə biləcəklərini nəzərə almırlar.
Dələduzlar, süni zəkanın cavablarında yer alma ehtimalını artırmaq üçün xüsusi olaraq məzmun yaradırlar. Məsələn, Netcraft saxta Solana API-si aşkar edib. Bu API GitHub repozitoriyaları, tədris materialları və saxta sosial şəbəkə hesabları vasitəsilə yayılıb. Məqsəd isə zərərli kodu çat-botların cavablarına daxil etmək olub. Ekspert bildirib ki, bu sxem təchizat zəncirinə edilən hücumlara bənzəyir, lakin burada məqsəd fərqlidir - tərtibatçıları səhv API-dən istifadə etməyə məcbur etmək. Hər iki halda dələduzlar mərhələli şəkildə hərəkət edirlər, lakin nəticə eyni dərəcədə təhlükəlidir.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
ChatGPT-dən xəbər saytlarına keçid olduqca artıb
ChatGPT platformasından xəbər saytlarına keçidlərin sayı artıb. Bu barədə məlumat Similarweb-in statistikalarında qeyd edilib. Lakin bu artım axtarış sistemindən edilən kliklərin azalmasını kompensasiya etmək üçün yetərli deyil.

Tech-Biznes
OpenAI mütəxəssislərinin Meta-ya necə cəlb olunduqları məlum olub
Meta süni zəka sahəsində istedadlı kadrları cəlb etmək üçün misilsiz bir kampaniya aparır. Şirkət OpenAI əməkdaşlarına 4 il üçün 300 milyon dollara qədər kompensasiya paketləri təklif edir, bunun 100 milyon dollardan çoxu ilk il üçün nəzərdə tutulub.

Süni İntellekt
Çin süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır
Çin şirkətləri süni zəka sahəsində ABŞ-ın qlobal üstünlüyünü sarsıdır. Bu qarşıdurma dünyanı texnoloji “soyuq müharibə” yoluna yönəldib və digər ölkələr ABŞ və ya Çin süni zəka sistemləri arasında seçim etmək məcburiyyətində qalırlar.

Tech-Biznes
Sam Altman Meta-nın OpenAI mütəxəssislərini özünə cəlb etməsindən şikayətlənib
OpenAI-nin baş direktoru Sam Altman Meta rəhbəri Mark Zuckerberg-i süni zəka sahəsində istedadlı kadrları öz tərəfinə çəkməkdə sərt şəkildə tənqid edib. Onun fikrincə, Meta-nın bu davranışları gələcəkdə ciddi mədəniyyət problemlərinə yol aça bilər.

Süni İntellekt
ChatGPT uğurla kosmik gəmini idarə edə bilirmiş
Tədqiqatçılar böyük dil modellərinin (LLM) kosmik gəmini idarə edib-edə bilməyəcəklərini sınaqdan keçiriblər. GPT və LLaMA bazasında çalışan süni zəka agenti Kerbal Space Program adlı simulyatorda keçirilmiş beynəlxalq avtonom naviqasiya yarışmasında ikinci yeri tutub.
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
