Logo
    main-post-cover

    OpenAI süni intellekt agentlərinin dəqiqələr ərzində yaradılmasına imkan verən AgentKit alətini istifadəyə verib (VİDEO)

    Proqram Təminatı
    07.10.2025
    Emil
         OpenAI şirkəti Dev Day 2025 adlı tədbirdə müxtəlif mürəkkəblik səviyyəli tapşırıqlar üçün süni intellekt agentlərinin hazırlanmasını və yerləşdirilməsini sadələşdirmək məqsədi daşıyan yeni alət - AgentKit-i təqdim edib. Şirkətin rəhbəri Sam Altman bildirib ki, AgentKit - OpenAI platformasının tək interfeysində birləşdirilmiş vahid komponentlər toplusudur və bu, müstəqil istifadəçi agentlərinin daha sürətli yaradılmasına və optimallaşdırılmasına kömək edəcək. OpenAI-nin bloqunda qeyd olunur ki, bu alət bir neçə mühüm moduldan ibarətdir. Birincisi - Agent Builder-dir. Altman onu “agentlər yaratmaq üçün Canva” kimi təsvir edib.
         Bu modul vizual şəkildə məntiqin, mərhələlərin və ideyaların dizaynını təmin edir və hal-hazırda bir çox tərtibatçı tərəfindən istifadə olunan Responses API əsasında qurulub. İkinci modul ChatKit adlanır. O, sadə şəkildə tətbiqlərə inteqrasiya oluna bilən daxili çat interfeysi təqdim edir. Tərtibatçılar bu interfeysi öz tətbiqlərinə daxil edə, həmçinin veb-saytlarda yerləşdirə və məhsulun mövzusu və ya şirkət brendinə uyğun şəkildə tənzimləyə bilərlər. Üçüncü modul - Evals for Agents adlanır. O, süni intellekt agentinin performansını ölçür və onun ümumi davranışını, eləcə də ayrı-ayrı komponentlərini çoxsaylı məlumat dəstləri əsasında qiymətləndirir. AgentKit həmçinin OpenAI konnektorlar reyestrinə çıxış imkanı yaradır.
         Bu, tərtibatçılara agentləri daxili alətlərə və üçüncü tərəf sistemlərinə təhlükəsiz şəkildə qoşmağa imkan verir. Bütün bu proses idarəetmə paneli vasitəsilə həyata keçirilir və tam nəzarətlə təhlükəsizlik qorunur. İstifadə rahatlığını nümayiş etdirmək üçün OpenAI mühəndisi Christina Huang Dev Day səhnəsində canlı yayım zamanı cəmi 8 dəqiqədən az müddətdə tam funksional iş prosesi və iki süni intellekt agenti yaratdı. Sam Altman əlavə edib ki, AgentKit, OpenAI komandasının ilk agentlərini hazırlayarkən çatışmayan bütün elementləri özündə birləşdirir. O həmçinin bildirib ki, şirkət artıq bir sıra tərəfdaşlarla müqavilələr bağlayıb və bu tərəfdaşlar yeni alətin köməyi ilə agentlərin tətbiqi və miqyaslandırılması prosesinə başlayıblar.
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-birbasa-catda-spotify-canva-figma-ve-s-tetbiqleri-ise-salmagi-oyrenib
    Proqram Təminatı

    ChatGPT birbaşa çatda Spotify, Canva, Figma və s. tətbiqləri işə salmağı öyrənib (VİDEO)

    OpenAI şirkəti illik DevDay 2025 tədbirində ChatGPT daxilində üçüncü tərəf tətbiqlərini yaratmaq və onlarla qarşılıqlı əlaqə qurmaq üçün yeni üsul təqdim edib. Bazar ertəsindən etibarən çat-bot istifadəçiləri Booking.com, Expedia, Spotify, Figma, Coursera, Zillow və Canva kimi şirkətlərin tətbiqlərinə birbaşa daxil ola biləcəklər.
    chatgpt-nin-heftelik-aktiv-istifadeci-kutlesi-800-milyona-catib
    Proqram Təminatı

    ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb

    OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçilərinin sayı 800 milyona çatıb. Bu göstərici süni intellekt əsaslı çat-botun dünya üzrə istifadəçilər, proqramçılar və şirkətlər arasında məşhurluğunun artmaqda davam etdiyini göstərir.
    openai-ve-amd-arasinda-coxmilyardli-terefdasliq-muqavilesi-imzalanib
    Tech-Biznes

    OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb

    OpenAI çip istehsalçısı AMD ilə çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalayıb. Şirkət öz məlumat mərkəzləri üçün AMD-dən prosessorlar alacaq və çip istehsalçısının səhmlərindən bir paket əldə edəcək.
    openai-oz-suni-intellekt-esasli-cihazinin-hazirlanmasinda-problemler-ile-qarsilasib
    Cihazlar+

    OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb

    OpenAI və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive-in komandası süni intellekt əsaslı gizli cihazın hazırlanması zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üzərində çalışır.
    sora-video-generatoru-diger-sirketlere-gelir-getirecek
    Tech-Biznes

    Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək

    Neyron şəbəkələr tərəfindən yaradılan kontentin müəllif hüquqları ilə qorunması məsələsi uzun müddətdir ki, hüquq sahiblərini narahat edir.