Logo
    main-post-cover

    ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb

    Proqram Təminatı
    07.10.2025
    Emil
         OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçilərinin sayı 800 milyona çatıb. Bu göstərici süni intellekt əsaslı çat-botun dünya üzrə istifadəçilər, proqramçılar və şirkətlər arasında məşhurluğunun artmaqda davam etdiyini göstərir. ChatGPT-nin təsirli artımı OpenAI-nin daha çox süni intellekt çipi əldə etməyə və daha güclü süni intellekt infrastrukturunu qurmağa çalışdığı dövrə təsadüf edir. Avqust ayında OpenAI bildirmişdi ki, platforma həftəlik 700 milyon aktiv istifadəçi həddinə yaxınlaşır. Mart ayının sonuna qədər bu rəqəm 500 milyon idi. Altman deyib: “Bu gün 4 milyon proqramçı OpenAI ilə işləyir. Hər həftə 800 milyondan çox insan ChatGPT istifadə edir və biz API vasitəsilə dəqiqədə 6 milyarddan çox token emal edirik. Sizin sayənizdə süni intellekt sadəcə insanların oynadığı bir texnologiyadan, hər gün yeni nələrsə yaratdıqları bir alətə çevrildi”.
         Altman bu açıqlamanı OpenAI Developer Day tədbirində əsas çıxışı zamanı edib. Tədbirdə həmçinin ChatGPT daxilində tətbiqlər yaratmaq və daha mürəkkəb agent sistemləri qurmaq üçün yeni alətlər təqdim olunub. Altman yeni məhsulları təqdim edərkən qeyd edib: “Bu, insanlarla ünsiyyət qura bilən, interaktiv, adaptiv və fərdiləşdirilmiş tətbiqlərin yeni nəslinin yaranmasına imkan verəcək”. ChatGPT 2022-ci ilin noyabrında istifadəyə verilib və çox qısa müddətdə istifadəçi sayının misilsiz artımını nümayiş etdirərək, süni intellekt əsaslı aparıcı istehlak məhsuluna və tarixdə ən sürətlə böyüyən onlayn servislərdən birinə çevrilib. OpenAI, hələ də rəsmi olaraq qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş olsa da, ötən cümə axşamı 6.6 milyard dollar məbləğində səhmlərin özəl satışı nəticəsində dünyanın ən bahalı özəl şirkətinə çevrilib. Şirkətin dəyəri artıq 500 milyard dollar olaraq qiymətləndirilir.
    Paylaş
    Bənzər xəbərlər
    openai-ve-amd-arasinda-coxmilyardli-terefdasliq-muqavilesi-imzalanib
    Tech-Biznes

    OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb

    OpenAI çip istehsalçısı AMD ilə çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalayıb. Şirkət öz məlumat mərkəzləri üçün AMD-dən prosessorlar alacaq və çip istehsalçısının səhmlərindən bir paket əldə edəcək.
    openai-oz-suni-intellekt-esasli-cihazinin-hazirlanmasinda-problemler-ile-qarsilasib
    Cihazlar+

    OpenAI öz süni intellekt əsaslı cihazının hazırlanmasında problemlər ilə qarşılaşıb

    OpenAI və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive-in komandası süni intellekt əsaslı gizli cihazın hazırlanması zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üzərində çalışır.
    sora-video-generatoru-diger-sirketlere-gelir-getirecek
    Tech-Biznes

    Sora video generatoru digər şirkətlərə gəlir gətirəcək

    Neyron şəbəkələr tərəfindən yaradılan kontentin müəllif hüquqları ilə qorunması məsələsi uzun müddətdir ki, hüquq sahiblərini narahat edir.
    openai-nin-sora-tetbiqi-istifadeye-verildiyinden-2-gun-sonra-app-store-da-esl-hite-cevrilib
    Proqram Təminatı

    OpenAI-nin Sora tətbiqi istifadəyə verildiyindən 2 gün sonra App Store-da əsl hitə çevrilib

    OpenAI-nin süni intellekt əsaslı video generasiyası üçün yaratdığı Sora tətbiqi istifadəyə verildikdən 2 gün sonra ABŞ App Store-un ümumi reytinqində üçüncü yeri tutub.
    openai-elon-musk-xai-ugursuzluqlarini-bize-qarsi-mehkeme-iddialari-ile-gizletmeye-calisir
    Tech-Biznes

    OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"

    Son onillikdə Elon Musk OpenAI-nin inkişafında iştirak edib, lakin sonradan startapın digər təsisçiləri ilə qarşıdurmaya girib və ChatGPT-nin kommersiya uğurundan sonra keçmiş tərəfdaşlarını hər fürsətdə məhkəməyə verməyə başlayıb.