Logo
    main-post-cover

    OpenAI GPT-5-in "xasiyyətini" bir qədər yumşaldıb

    Proqram Təminatı
    18.08.2025
    Emil
         OpenAI yeni modeli GPT-5-in "xasiyyətini bir qədər yumşaltmaq" qərarına gəlib. Keçən həftənin cümə günü şirkət elan etdi ki, süni intellekti yeniləyərək onu "daha isti və mehriban" edir. GPT-5-in təqdimatı əvvəl planlaşdırıldığı qədər problemsiz keçmədi. Şirkətin baş direktoru Sam Altman etiraf edib ki, buraxılış "bizim gözlədiyimizdən bir qədər daha gərgin" oldu. Bir çox istifadəçi açıq şəkildə bildirib ki, əvvəlki GPT-4o onlara daha çox xoş gəlirdi - çünki yeni modelin tonu çox quru və uzaq səslənirdi. İndi isə OpenAI GPT-5-ə kiçik “insani” əlavələr edib: məsələn, "Yaxşı sualdır" və ya "Əla başlanğıcdır" kimi ifadələr.
         Tərtibatçıların sözlərinə görə, bu ifadələr yaltaqlıq məqsədi daşımır, sadəcə danışıq tonunu daha təbii göstərmək cəhdidir. Şirkət bildirib ki, daxili testlər bu versiyada əvvəlki ilə müqayisədə yaltaqlıq səviyyəsinin artmadığını göstərib. OpenAI rəhbərliyi jurnalistlərlə şam yeməyi zamanı diqqəti GPT-5-dən sonrakı planlara yönəltməyə çalışsa da, uğursuz start yenə də əsas müzakirə mövzusu olaraq qalırdı. Şirkətin vitse-prezidenti Nick Turley izah edib ki, yeniləməyə qədər model "çox birbaşa və sərt" idi, lakin indi ünsiyyətdə daha isti olacaq. Başqa sözlə, GPT-5 rəsmi olaraq “nəzakət kurslarından” keçib. Lakin yeni versiyanın istifadəçilərin xoşuna gəlib-gəlməyəcəyi hələ açıq sualdır.
    Paylaş
    Bənzər xəbərlər
    sam-altman-openai-nin-perspektivlerinden-ve-diger-movzulardan-danisib
    Süni İntellekt

    Sam Altman OpenAI-nin perspektivlərindən və digər mövzulardan danışıb

    OpenAI-nin baş direktoru Sam Altman jurnalistlərlə böyük bir şam yeməyi təşkil edib və söhbət zamanı bir neçə diqqətçəkən açıqlamalar verib. O, şirkətin gələcək kursu barədə danışıb,
    sam-altman-suni-intellekt-sahesini-balon-adlandirib
    Tech-Biznes

    Sam Altman süni intellekt sahəsini balon adlandırıb

    Hələ iqtisadçılar süni intellekt boom-unun fonunda fond bazarının mümkün “qızışmasından” danışarkən, OpenAI rəhbəri Sam Altman mətbuatla şam yeməyi zamanı kifayət qədər açıq şəkildə mövqeyini bildirib.
    openai-chatgpt-tetbiqi-vasitesile-2-milyard-dollar-gelir-elde-edib
    Tech-Biznes

    OpenAI ChatGPT tətbiqi vasitəsilə 2 milyard dollar gəlir əldə edib

    OpenAI tərəfindən hazırlanmış ChatGPT mobil tətbiqi 2023-cü ilin mayında istifadəyə verildikdən bəri 2 milyard dollar gəlir əldə edib, hər yükləmədən orta hesabla 2.91$ qazandırıb.
    korporativ-musteriler-gpt-5-den-memnundurlar
    Tech-Biznes

    Korporativ müştərilər GPT-5-dən məmnundurlar

    Sam Altman və ChatGPT, OpenAI şirkətini təkcə süni intellekt sahəsində dünya liderinə çevirməklə kifayətlənməyib, həm də onu mədəni bir fenomen halına gətirib. Məlumata görə, korporativ müştərilər arasında tanınma və qəbul qazanmaqla uğurun həqiqi monetizasiyasına çatmaq üçün təxminən 3 il vaxt tələb olunub.
    openai-nin-top-meneceri-chatgpt-de-potensial-reklam-elanlarindan-danisib
    Proqram Təminatı

    OpenAI-nin top meneceri ChatGPT-də potensial reklam elanlarından danışıb

    ChatGPT-də hələ ki, daxili reklam yoxdur - lakin bu, tezliklə dəyişə bilər. OpenAI-ın çat-botu daha da monetizasiya etmək planları barədə şirkətin yüksək vəzifəli meneceri Nick Turley danışıb.